Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boloniya
Bolonya (it. Bologna) — İtaliyanın şimalında yerləşən şəhədir, eyni adlı vilayətin və Emiliya-Romanya bölgəsinin inzibati mərkəzidir. Əhalinin sayı 381 min nəfərdir. (2010-cu ilin göstəricilərinə görə). İnkişaf etmiş sənayesinə görə və bir neçə nəqliyyat dəhlizinin bu şəhərdən keçdiyinə görə, Bolonya ölkədə həyat səviyyəsinə görə birincilərdəndir. Bolonyanı həmçinin İtaliyanın aşpazlıq paytaxtı da adlandırırlar. == Əhalisi == Bolonyanın illər üzrə demoqrafik göstəriciləri: == Maraqlı fakt == Hələ vahid İtaliyanın mövcud olmadığı dövrdə 1325-ci ildə İtaliyanın Bolonya ve Modena şəhərleri arasında müharibə baş verdi. Onun səbəbi adi vedrə olub. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçdı. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri isteyirdilər.
Bosniya
Bosniya (bosn. Bosna, serb. Босна, xorv. Bosna) — Bosniya və Herseqovinanın böyük bir hissəsini təşkil edən tarixi vilayəti. Dinar öndağlığı ilə Ortadunay çökəkliyi ilə ayrılır. Bosinyanın sahəsi 41 min km² təşkil edir. Bu isə Bosniya və Herseqovinanın 80 % ərazisini təşkil edir. Ölkənin cənub hissəsində isə Hersoqovina vilayəti qərarlaşır. Bosniya və Hersoqovina vilayətləri arasında sərhəd dəqiq bəlli olmasa belə İvan-Planinə görə götürülür. Hər iki vilayət orta əsrlərdən bir-biri ilə sıx bağlıdır.
Maqniya
Maqniya (ərəb. مغنية‎) — Əlcəzairin şimal-qərbində, Tlemsen vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Mərakeşlə sərhədə yaxın ərazidə, eyniadlı düzənlikdə, Tafina çayının qərbində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 363 metrdir.Maqniya ölkənin paytaxtı Əlcəzairdən təxminən 475 kilometr (295 mil) qərb-cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 114,634 nəfər idi.
Molosiya
Molossiya, rəsmən Molossiya Respublikası (Republic of Molossia) — ABŞ-nin Nevada ştatının Deyton şəhəri yaxınlığında 1977-ci ildə Ceyms Spilman (Kral I Ceyms) və Kevin Bo (baş nazir) tərəfindən müstəqilliyi elan olunmuş virtual-dövlət.
Meliya
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Molina
Bakxaris (lat. Baccharis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Moonia
Moonia (lat. Moonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Moonia ecliptoides (F.Muell.) Benth.
Moziya
Myoziya (lat. Moesia, yun. Μοισία) — Serbiya, Bolqarıstan və Rumıniyanın Dunay çayının cənubundakı torpaqları arasında qalan qədim Roma əyaləti və tarixi bölgə. == Coğrafiya == Antik coğrafiya mənbələrinə görə Myoziya cənubdan Balkan (Haemus) və Şar dağları, qərbdən Drina çayı (Drinus), şimaldan Dunay çayı və şərqdən Qara dəniz ilə əhatə olunmuşdur. Bölgə əhalisinin böyük hissəsi fraklar və illiryalılar Bölgə adını e.ə. 75 - e.ə. 29 illəri arasında bura işğal olunmazdan qabaq yaşayan frak-ilirya mənşəli mozilərdən almışdır. 6-cı ildən bu bölgə Roma əyaləti olmuşdur. Bölgə 87-ci ildə Roma imperatoru Domisian tərəfindən Yuxarı Myoziya və Aşağı Myoziya olmaqla iki yeni əyalətə ayrımışdır. == Tarix == E.ə.
Olbiya
Olbiya (it. Olbia) — Sardiniyada şəhər.
Qoliya
Qoliya (serb-kiril Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. == Coğrafiya == Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür. Moravitsa və Studenitsa çayları başlanğıcını Qoliyadan götürür.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. == Tarixi == Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Boloniya Universiteti
Bolonya Universiteti (it. Università di Bologna) — Avropanın ən qədim və daima fəaliyyət göstərən ali məktəbi. İtaliyanın Bolonya şəhərində yerləşir. Qədimliyinə görə onun "rəqibi" Mərakeşdə yerləşən Əl-Qarauin Universitetidir. Ancaq Avropa universitetlərindən fərqli olaraq, ərəb universitetləri diplom vermirdilər. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür. == Maraqlı faktlar == 1222-ci ildə rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. == Həmçinin bax == Ən qədim universitetlərin siyahısı Əl-Qarauin Universiteti == Mənbə == Boissier. Centenaire de l’université de Bologne // Revue de deux mondes. — 1888.
Boloniya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Bosniya Krallığı
Bosniya krallığı (bosn. Bosansko kraljevstvo, serb. Краљевина Босна, xorv. Kraljevina Bosna) — Balkan yarımadasının ərazisində, XIV əsrin ikinci yarısından XV əsrin ikinci yarısına qədər mövcud olmuş tarixi dövlət. I Tvrtkonun hakimiyyət illərində (1377–1391) krallıq Balkan yarımadasının ən güçlü dövlətlərindən biri olmuşdur. Mövcudluğunu Osmanlı imperiyası (1463) tərəfindən varlığına son qoyulmuşdur. 1495–1499-ci illər ərzində Bosniya kralı titulunu Yanoş Korvin daşımışdır. O, Macarıstan kralı I Matyaşın oğlu idi. == Tarixi == === XIV əsr === 1353-ci ildə Bosniya banatının Banı 15 I Tvrtko olmuşdur. 1363-ci ildə o, Macarıstan kralı I Böyük Layoşa qarşı müharibəyə başlayır.
Bosniya Posavinası
Bosniya Posavinası — Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən region. Sava çayının cənub sahilində yerləşən iri bir düzənlik. Şimaldan çayla, şimal-qərbdən Motayisa, cənubdan Ozren və Trebava, cənub-şərqdən Maevisa dağları ilə əhatələnmişdir. Bosniya və Herseqovinanın daxili regionları ilə Bosna çayının vadisi, Doboy və Vranduk dərələri ilə keçid vardır. Qərb hissədə isə Ukrina çayının vadisi bu funlksiyanı yerinə yetirir. Faktiki olaraq regionun böyük hissəsi Serb Respublikasının ərazisinə düşür. Bununla belə bura Posav kantonunun iki dairəsidə daxildir. == İqtisadiyyat == Bosniya müharibəsinə qədər xüsusi ilə son on il ərzində region Bosniya və Herseqovinanın ən inkişaf etmiş bölgələrindən biri idi. Bura ölkənin vacib kənd təsərrüfatı, sənaye regionlarından olmuşdur. Region su və meşə resursları ilə zəngindir.
Bosniya böhranı
Bosniya böhranı — 8 oktyabr 1908-ci ildə Avstriya-Macarıstan imperiyasının rəsmi olaraq Bosniya-Herseqovinanı ilhaq etməsilə meydana çıxan beynəlxalq böhrandır. Bəhs edilən dövrdə Bosniya-Herseqovina ərazisi Osmanlı imperiyası tabeliyində idi. 1908-ci ilin oktyabrın 3-də Avstriya-Macarıstanın Parisdəki səfiri Fransanın prezidentinə məktub göndərdi. Məktubda deyilirdi ki, Avstriya-Macarıstan Bosniyanı ilhaq etməyə hazırlaşır və Rusiya, Almaniya və İtaliya Bosniyanın ilhaqına etiraz etmir. 1908-ci ilin oktyabrın 5-də Avstriya-Macarıstanın imperatoru Bosniyanın ilhaq edilməsi haqqında fərman imzaladı. Oktaybrın 6-da Avstriya-Macarıstan hökuməti qismən səfərbərlik elan etdi. Almaniya Avstriyanın hərəkətinə etiraz etmədi. İtaliya isə Avstriya-Macarıstana narazılığını bildirdi. Fransa hökuməti bildirdi ki, Avstriya-Macarıstanın Bosniyanı ilhaq etmək haqqında qərarına hörmətlə yanaşır. == Dövlətlərin münasibəti == === Fransa === Fransa çalışırdı ki, Almaniya Mərakeş məsələsində ona güzəşt etsin.1908-ci il oktyabrın 8-də Rusiya hökuməti bildirdi ki, Avstriya-Macarıstanın aksiyası Berlin müqaviləsinə ziddir və həmin müqaviləni imzalamış dövlətlərin iştirakı ilə müzakirə edilməlidir.
Bosniya dili
Bosniya dili — Bosniya və Herseqovinanın rəsmi dili. Bosniya dili serb-xorvat dilinin regional variantı sayılır.
Bosniya diyarı
Bosniya diyarı (serb. Босанска Крајина, bosn. Bosanska Krajina, xorv. Bosanska krajina) — Bosniya və Herseqovinanın şimal-qərbində yerləşmiş tarixi vilayət. Vilayət üç çay ilə əhatələnmişdi — Sava, Una və Bras. Üstəlik həmdə Bosniya və Herseqovinanın tarixi, iqtisadi və mədəni subyekti. Hazırda diyar ərazisi Bosniya və Herseqovinanın iki subyekti arasında bölünmüş halındadır: Serb Respublikası və Bosniya və Herseqovina Federasiyası. Bosniya diyarının şimal-qərbi həmdə Boxaç diyarı olaraq tanınır. Bu isə eyni adlı (bosn. Bihaćka Krajina) Bixaç şəhərindən götürülmüşdür.
Bosniya müharibəsi
Bosniya müharibəsi — Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər davam etmiş müharibə. Döyüşün tərəfləri serb birləşmələri, Bosniya müsəlman ordusu və xorvatlar idi. 3 ildən artıq davam edən bu müharibədə 200.000-ə yaxın insan qətlə yetirilmiş (Beynəlxalq Qızıl Xaç cəmiyyətinin məlumatlarında görə bu rəqəm 312 mindir), 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdür. Bu müharibədə qətlə yetirilənlərin əksəriyyəti müsəlman bosniyalılar idi və müharibə onlara qarşı soyqırımı xarakteri daşıyırdı[mənbə göstərin].
Bosniya soyqırımı
Bosniyalı Soyqırımı — Bosniya və Herseqovinada 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırım, etnik təmizləmə və kütləvi qırğınlardır.Bosniya serblərinin nəzarətində olan ərazilərdə baş verən etnik təmizləmə kampaniyası Bosniya müsəlmanları və Bosniya xorvatlarını hədəf aldı. Etnik təmizləmə kampaniyasına məhkumetmə, qanunsuz həbs, kütləvi təcavüz, cinsi təcavüz, işgəncə, şəxsi və ictimai əmlakın talan edilməsi və məhv edilməsi, mülki şəxslərə qarşı qeyri-insani rəftar; siyasi liderlərin, ziyalıların və mütəxəssislərin hədəf alınması; mülki şəxslərin qanunsuz deportasiyası və köçürülməsi; mülki şəxslərin qanunsuz atəşə tutulması; daşınmaz və şəxsi əmlakın qanunsuz mənimsənilməsi və talan edilməsi; evlərin və müəssisələrin dağıdılması; və ibadət yerlərinin dağıdılması daxil idi. Niyyət Bosniya müsəlmanlarını məhv etmək olduğuna görə, bu hadisələrə soyqırım adı verilmişdir.
Bosniya vilayəti
Bosniya vilayəti — əsasən Bosniya və Herseqovina dövlətinin bugünkü ərazisi də daxil olmaqla Osmanlı imperiyasının birinci səviyyəli inzibati vilayətlərindən olub. Bu vilayət, cənubdan Kosovo vilayəti ilə həmsərhəd idi. 1867-ci il inzibati islahatlarından əvvəl vilayət Bosniya əyaləti adlandırılıb. 19-cu əsrin sonlarında olan məlumata görə, vilayətin 46000 km² sahəsi var idi.1878-ci ildə Avstriya-Macarıstanın Bosniya və Hersoqovinanı işğal etməsindən sonra, Osmanlı vilayəti kimi fəaliyyətini dayandırsa da, formal olaraq Avstriya-Macarıstan tərəfindən idarə olunmasına baxmayaraq, 1908-ci ilə qədər daha otuz il öz mövcudluğunu saxlayıb. 1908-ci ildə Avstriya-Macarıstan rəsmən vilayəti öz ərazisinə birləşdirdi. == İnzibati ərazi vahidləri == Vilayətin sancaqları: Bosniya sancağı İzvornik sancağı Herseqovina sancağı Travnik sancağı Bihaç sancağı == İstinadlar == == Xarici keçidlər == Palairet, Michael R.. „The Balkan Economies c.1800-1914: Evolution without Development“.
Bosniya əyaləti
Bosniya əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Melaniya Qreqo
Melaniya Qreqo (19 iyun 1973) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Melaniya Qreqo, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Nauyoyi Vilniya
Nauyoyi Vilniya (pol. Nowa Wilejka) - şəhər Vilniya çayının sahilləri boyunca Litvanın paytaxtı Vilnusun şərq qonşuluğunda yerləşir. Şəhərin seniyuniya statusu var. 2011-ci ildəki siyahı almaya görə bələdiyyədə qeydiyyatda olan 31, 933 nəfər var. == Tarixi == Şəhərin tarixi 19-cu əsrə qədər uzansa da, tarixi əhəmiyyətliliyi özünü Birinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə özünü göstərib. Şəhər keçmişdən bəri dəryaz və mismar istehsalında ixtisaslaşıb. Belə ki, Birinci Dünya müharibəsindən əvvəl 3 milyondan çox dəryaz istehsal edilib. O dövrdə şəhər Dünyadakı ən böyük dəryaz və mismar istehsal edən fabrikə sahib idi.. 1941-ci ildəki İyun deportasiyası zamanı 30 000-dən çox köçkün Nauyoyi Vilniya dəmiryolu stansiyasından keçmişdi. == Abidələr == 1911-ci ildə Müqəddəs Kasimir kilsəsi tikilib.