Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monofagiya
Monofagiya (q.yun. μόνος – tək; φαγεῖν – yemək) — heyvanların eyni qida hesabına qidalanmaya ixtisaslaşmasının son dərəcəsi. Əsasən, çoxlu növləri olan qruplarda, xüsusən həşəratlarda, bəzi qurdlarda, xərçəngkimilərdə və molyusklarda yayılmışdır. Onurğalılarda çox azdır. Monofagiya bitkiyeyən növlərə (məsələn, uzunburun böcəyin xırda forması yalnız buğda, iriləri isə qarğıdalı ilə qidalanır və s.), həmçinin heyvan parazitlərinə xasdır. Monofagiya bir sıra bərabəryağlı xərçənglər və qansoran parazitlər (gənələr, birələr) üçün də xarakterikdir. Биологический энциклопедический словарь / глав. ред. М. С. Гиляров. — М.: Советская энциклопедия, 1986.
Monofiliya
Monofiliya (q.yun. μόνος – tək; φῦλον – tayfa, cins, növ) — müəyyən qrup orqanizmin ümumi əcdaddan əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi. Həyat ağacı ümumi kökdən başlanğıc alır və 2 gövdəyə (bitkilər və heyvanlar aləmi) ayrılır. Bunların hər birindən iri gövdələr – tiplər əmələ gəlir, o da tədricən siniflər, dəstələr, fəsilələr və nəhayət cinslərə budaqlanır. Cinslər ayrı-ayrı budaqlar dəstəsindən ibarət növlərdən təşkil olunmuşdur. Çarlz Darvin bitki və heyvan yetişdirmək sahəsindən dəlillər gətirməklə monofiliyanı əsaslandırmışdır. O, müasir ev göyərçinlərini tədqiq edərək göstərdi ki, onların əcdadı vəhşi göyərçindir (Columba livia). Darvindən sonra müxtəlif bioloji fənlərin dəlilləri əsasında heyvanlar və bitkilər aləminin təbii qruplarının əksəriyyətinin əmələ gəlməsində monofiliya bir daha sübut edilmişdir. Müxtəlif insan irqlərinin vahid bir mənşədən başlanğıc alması da monofiliyaya misaldır.
Monofobiya
Monofobiya— tək qalma fobiyasıdır; eqoist olmaq qorxusu və ya tək qalmaq qorxusudur. Xəstələrin fiziki olaraq xəstə olmasına ehtiyac yoxdur, lakin onlar özlərinə məhəl qoyulmadığını və ya sevilmədiyini hiss edirlər. Monofobiya bəzi digər fobiyalarla, məsələn, agorafobiya ilə birlikdə mövcud ola bilər və ümumiyyətlə agorafobik klasterin bir hissəsi hesab olunur. Bu o deməkdir ki, monofobiya bəzi narahatlıq pozğunluqları və hiperventilyasiya pozğunluqları ilə eyni xüsusiyyətlərə malikdir. Aqorafobik qrupa aid olan fobiyası olan insanların əsas narahatlığı fövqəladə hallarda kömək istəməkdir. Bu o deməkdir ki, insanlar cəmiyyətə qarışmaqdan, izdihamda qalmaqdan, tək qalmaqdan qorxurlar. Onlar oxşar olsalar da, monofobiya, agorafobiya (ictimaiyyətə çıxmaq və ya böyük izdihamın arasına düşmək qorxusu), özünə nifrət və ya sosial narahatlıq ilə eyni şey deyildir. Bu, digər fobiyalarla əlaqəli olan xüsusi bir fobiyadır. Monofobiyanın müxtəlif tərifləri var, o cümlədən , izolofobiya və eremofobiya. Bunlar bir az fərqlidir, lakin əsasən eyni şeyi ifadə edir.
Monofoniya
Monofoniya (q.yun. μόνος – tək; φωνή – səs) — bir neçə mənbədən (məsələn, orkestr alətlərindən) gələn səs dalğalarını birlikdə bir daşıyıcı üzərinə yazan səsyazma üsulu. Yazı ümumi qurğudan (məsələn, renroduktordan) səsləndirilir. Bu zaman müxtəlif mənbələrdən alınmış səslər sanki bir nöqtədən eşidildiyi üçün səslənmənin perspektivliyi təhrif olunur, səsin tembri dəyişir, ayrı-ayrı mənbələrə uyğun səslərin eşidilmə dəqiqliyi azalır və s. Monofonik səsyazma tədricən daha təkmil stereofonik səsyazma ilə əvəz olunur.
Monoqamiya
Monoqamiya — fərdin eyni anda yalnız bir partnyoru olduğu nikah və ya münasibət forması. Monoqamiya ibtidai icma cəmiyyəti dağıldıqdan sonra qoşa nikahdan təşəkkül tapmışdır. Əmlakın kişiyə məxsus olması və varislərə keçməsi, qadının hüquqsuzluğu və s. monoqamiyanın xarakterik xüsusiyyətləri idi. Monoqamiya erkək və dişi cinslər arasında əlaqədir. Erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s.
Heyvanlarda monoqamiya
Monoqamiya (heyvanlarda) — erkək və dişi cinslər arasında əlaqə; erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və. s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və. s. adətən, bir mövsüm, meymunlarda isə bir neçə il davam edir.