Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kubik sinqoniya
Kubik sinqoniya — ali kateqoriyalı kristalloqrafik sinqoniya. Bir-birinə perpendikulyar və eyni ölçü vahidinə malik üç kristalloqrafik oxla səciyyələnir (α=β=γ=90°, α=b=c). Kubik sinqoniya kristallarında məchul həndəsi sabit yoxdur. Kubik sinqoniya kristallarının fəza şəbəkəsində elementar özək kubdur. 5 sinfi var. Bunların hər birində 4 üçlük simmetriya oxunun (4L³) iştirakı zəruridir. Kubik sinqoniya kristalları elektrik və istilikkeçirmələrinə, həmçinin optik xassələrinə görə izotropdur. Polidimit Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006. Кубик сингонија // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә].
Kristalloqrafik sinqoniya
Kristallik Sinqoniyalar Bütün kristallar 7 sinqoniyaya bölünür: Triklin Monoklin Romb Triqonal Tetraqonal Heksaqonal Kub Bu 7 sinqoniya daxilində 32 sinif ayrılır: Triklin — 2 (monoedr və pikanoid) Monoklin — 3 (domat, sfenoif, prizma) Romb - 3 (rombik piramida, rombik disfenoid, rombik dipiramida) Triqonal - 5 (triqonal piramida, romboedrik, ditriqonal piramida, triqonal trapesoedr, triqonal skalenoedr) Heksaqonal — 7 (triqonal dipiramida, heksaqonal piramida, heksaqonal dipiramida, ditriqonal dipiramida, diheksaqonal piramida, heksaqonal trapesiya, diheksaqonal dipiramida) Tetraqonal - 7 (tetraqonal disfenoid, tetraqonal piramida, tetraqonal dipiramida, tetraqonal skalenoedr, ditetraqonal piramida, tetraqonal trapesiya, ditetraqonal dipiramida) Kub — 5 (pentaqontriteraedr, didodeaker, heksatetraedr, pentaqontrioktaedr, heksaoktaedr) sinifə bölünür. Sinqoniyaların və siniflərinin adlarından göründüyü kimi onlar yuyanca rəqəm və sözlər ile adlandırılmışdır. Dilimizə tərcümə etdikdə: mono — bir, klin — ox, triklin — üç ox, heksaqonal — altı bucaq, tetraedr — dörd üz və s. deməkdir.
Monoklinal
Monoklinal — Yer qabığında süxur laylarının bir istiqamətə doğru maili yerləşməsi.
Monoklinal dərə
Monolitik nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Monolitik sütun
Monolitik sütun və ya “tək fazalı sütun” (single-phase column) ənənəvi olaraq gövdəsi çox hissəli olaraq deyil, bir hissəli şəkildə istehsal olunan sütun növləri üçün istifadə olunan bir termindir. Monolitik bir sütun (və ya bir hissəli sütun), mil hissəsi şaquli hissələr əvəzinə böyük bir daş parçasından düzəldilmiş böyük bir sütundur. Daha kiçik sütunlar ümumiyyətlə tək daş hissələrindən düzəldilir, lakin daha az monolitik olaraq xarakterizə olunur, çünki bu termin normalda daha az yayılmışdır və bu şəkildə hazırlanmış daha böyük sütunlar üçün istifadə olunur. Monolitik sütunlardan istifadə etmək, karxanalarda və hərəkətdə əhəmiyyətli dərəcədə əlavə çətinliklər yaradır və eyni zamanda bir binada əzəmətin və vacibiyyətin ifadəsi kimi qəbul edilə bilər.
Simfoniya
Simfoniya [yun. symphonia – ahəngdar] - Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri.
Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Birinci simfoniya
Birinci simfoniya (Qara Qarayev)
Doqquzuncu simfoniya
Doqquzuncu simfoniya (Motsart)
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir. Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim.
Sitoniya yarımadası
Sitoniya yarımadası (yun. Σιθωνία) Yunanıstanda yerləşən yarımada. Halkidiki yarımadasının cənubunda yerləşən üç yarımadadan biridir. Sahillərini Egey dənizinin suları yuyur. Eyni adlı icmanın ərazisini təşkil edir. İcmanın mərkəzi Nikiti şəhəridir. Yarımadanın adı poseydonun oğlu Sitonun adı ilə bağlıdır. Antik dövrlərdə Sitoniyada Qaleps, Torona, Sinq, Sarta, Derra. Sitoniya qərbdən Kasandra körfəzi, şərqdən Ayon-Orosla əhatələnir. Yarımadanın cəmnub qutaracağında Drepanon burnu yerləşir.
Beşinci simfoniya (Bethoven)
Simfoniya No. 5 °C minorda — Lüdviq van Bethoven tərəfindən 1804–1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808-ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır. Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır: Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə — diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir. Beşinci simfoniyanın yazılması uzun müddət çəkmişdir. Üçüncü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq beşinci simfoniyanın ilk qeydlərini etməyə başlamışdır.
Beşinci simfoniya (Motsart)
Beşinci simfoniya Volfgang Amadey Motsartın 1765-ci ilin dekabrında 9 yaşında ikən Haaqada, Qərbi Avropaya ailəvi turu müziklində olduğu zaman yazdığı simfoniyadır. Motsart Haaqada olduğu müddətdə ciddi xəstələnmiş və güman ki, bu kompozisiyanı sağalma dövründə yazmışdır. Simfoniya iki qoboy və bir simli alət üçün yazılmışdır. Forma üç ölçülü İtalyan üvertyurasından ibarətdir: Allegro 4/4 Andante, 2/4 Allegro molto, 3/8 Hər üç hərəkət xüsusilə qaboylarlın ifasında daha çox nəzərə çarpır. B ♭ (bemol) əsas açarındakı ilk canlanma simfoniyanın açılışını edir, sonra isə G minor açarına nisbətdə daha təntənəli, matəm hərəkəti başlayır. Qısa, səs-küylü bir finalı əsəri sonlandırır. Finaldakı açılış mövzusu, Motsartın ötən il Londonda görüşdüyü İohann Kristian Baxın konsertindəki final konsertdən qaynaqlanır. Eyni mövzu Motsartın daha sonrakı, daha yetkin bir əsəri olan Fiqaro'nın Toyunda ortaya çıxdı: Akt 2 1786-cı ildəki Final , K. 492.
Birinci simfoniya (Motsart)
Simfoniya No. 1 E Majorda — Volfqanq Amadey Motsartın 1764-cü ilin yazında, hələ 8 yaşı olarkən yazdığı simfoniya. Simfoniya Londonda, Motsart ailəsinin İngiltərəyə səfəri zamanı yazılmışdır. Volfqanqın atası Leopold Motsartın xəstəliyi ilə bağlı ailə 1764-cü ilin yayında İngiltərəyə köçməyə məcbur olmuşdur. Əsər ilk dəfə 1765-ci ildə fevralın 21-də ifa edilmişdir, 13 may 1765-ci ildə Motsartın London vida konsertində bir daha nümayiş etdirilmişdir. Hazırda bu simfoniyanın yazıldığı Vestminster şəhərciyində, Ebury küçəsində yerləşən 180 nömrəli evdə xatirə lövhəsi vurulmuşdur. Simfoniya 11 dəqiqə davam edir və 3 hissədən ibarətdir. Motsartın birinci simfoniyasında iki tanınmış bəstəkarın: İohann Xristian Baxın və Karl Fridrix Abelin və Motsartın atasının təsiri aydın şəkildə özü göstərir. Allegro Molto (5 dəqiqə) Andante (4 dəqiqə) Final. Presto (2 dəqiqə) İngiltərə musiqişünası və ədəbiyyatşünası Cuthbert Girdlestone "Motsartın piano konsertləri" kitabında bu simfoniya aşılışı ilə iyirmi il sonra bəstələnmiş Motsartın 22 K482 nömrəli fortepiano konserti arasındakı oxşarlığı qeyd etmişdi.
Doqquzuncu simfoniya (Motsart)
Doqquzuncu simfoniya — simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ildə yazılmışdır. Doqquzuncu simfoniyanın nə vaxt yazılması haqqında müxtəlif fikirlər vardır. Bir sıra tədqiqatçılar simfoniyanın 1769-cu və ya 1770-ci illərdə, Motsartın İtaliyaya ilk səfəri zamanı yazıldığını iddia edirlər. Lakin bəzi tarixçilər isə doqquzuncu simfoniyanın 1772-ci ilin iyun ayından əvvəlki tarixə aid olmadığını iddia edirlər. Hazırda doqquzuncu simfoniyanın əlyazması Polşanın Krakov şəhərində Yagellon Kitabxanasında saxlanılır.
Dördüncü simfoniya (Motsart)
Simfoniya № 4 re major, KV 19 — 1765-ci ildə Motsart tərəfindən yazılmış simfoniya.
Dördüncü simfoniya (Part)
Simfoniya No. 4 Los-Anceles (Mələklər və şəhər) — Estoniya bəstəkarı Arvo Partın dördüncü simfoniyasıdır. Dördüncü simfoniya bəstəkarın 1976-cı ildən sonra yazdığı ilk simfoniya olmaqla, bəstəkara məxsus tintinabuli tərzindədir. Bəstəkarın əsərləri arasında Dördüncü simfoniya genişmiqyaslı instrumental tintinabulyasiyaya yer verilmiş ilk əsərdir. “Summa” və “Für Alina” kimi əvvəlki əsərlərini Part SATB xoru və ya azsaylı musiqi alətləri üçün yazmışdır. 2008-ci ildə yazılmış və 10 yanvar 2009-cu ildə premyerası baş tutmuş simfoniya 2010-cu ildə Ən Yaxşı Müasir Klassik əsər nominasiyasında Qremmi mükafatına namizəd göstərilmiş, lakin mükafatı qazana bilməmişdir. Əsər Los Anceles Filarmoniya Assosasiyası və onun drijoru Esa-Pekki Salonen, Kanberra Beynəlxalq Musiqi Festivalı və Sidney konservatoriyasının sifarişi əsasında yazılmışdır. Bəstəkar Dördüncü simfoniyanı Üçüncü simfoniyadan 37 il sonra yazmışdır. Aradakı müddət ərzində bəstəkar əsasən xor və kiçik vokal ansambllar üçün mistik əsərlər yazmışdır. Əsər adını – “Los-Anceles” - əsas sifarişçinin adından almışdır.
Onuncu simfoniya (Motsart)
Onuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən İtaliyaya ilk səfəri zamanı, 1770-ci ildə bəstələnmişdir. Motsart bu simfoniyanı Milanda karnaval zamanı bəstələməyə başladı və bir neçə ay sonra Boloniyada başa çatdırdı. Simfoniyanın əlyazmasında birinci cümlənin sonunda Motsart ("Finis Laus Deo") Tanrıdan təriflər yazmışdı, lakin əlyazmada əsərin yazılma tarixi barədə heç bir qeyd yoxdur. Buna görə konkret dövr müəyyən deyil: Köxel kataloqunun altıncı nəşrində (1964) simfoniyanın tarixi ilə bağlı yalnız bir qey vardır: "ehtimal ki, 1770". Simfoniya bir italyan uvertürası şəklindədir və 2 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti təxminən 9 dəqiqədir. Allegro, 3/4 Andante, 3/8 Allegro, 2/4 G-Dur, 2/4-Takt, 129 Takte Jean Massin və Brigitte Massin , Motsart , Fayard, coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 978-2-213-00309-2 ) , səh. 642 (en) Neal Zaslaw və William Cowdery , Mozart'ın mükəmməlliyi : Wolfgang Amadeus Mozartın musiqi əsərlərinə bələdçi , New York, WW Norton & Company ,1990, 350 səh.
Otuzuncu simfoniya (Motsart)
Otuzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən 5 may 1774-cü ildə Zalsburqda tamamlanmışdır. 1773-1774-cü illərdə Zalsburqda yazılmış digər simfoniyalarda olduğu kimi, Motsart 30-cu simfoniyanın əlyazmasında yazılma tarixini tanınmaz bir hala salmışdır. Tədqiqatçıların fikrincə, Volfqanq Amadey Motsartın bu əsəri plagiat müəlliflərdən qorumaq üçün onun daha əvvəllər yazılmış bir əsər olması təsəvvürünü yaratmaq idi. Simfoniya 4 hissədən ibarətdir.
Yeddinci simfoniya (Motsart)
Yeddinçi simfoniya Volfqanq Amadey Motsartın ailəsi Moraviyanın Olomouts və Brno şəhərlərindən qayıtdıqdan sonra yazılmış və 1768-ci ildə Vyanada tamamlanmışdır. Ehtimal olunur ki, bu simfoniyanın ilk premyerası özəl konsertlərin birində baş tutmuşdur. Simfoniyanın əlyazması hazırda Berlində Preusischer Kulturbesitz kitabxanasında saxlanılır. 1768-ci ilin iyul ayında Volfqanq Amadey Motsart bu simfoniyanı yenidən işləmişdir, bu zaman karnizlərin və timpanilərin silinməsi. fleyta və bassonların əlavə edilməsi heyrətamizdir; bu Motsartın bu əsəri komik bir musiqi əsəri üçün zəruri hesab etməməsi ilə əlaqəli ola bilər.. Simfoniyanın ifa müddəti 11 dəqiqədir. Simfoniya 4 hissədən ibarətdir. Allegro, 4/4. Andante, 2/2. Menetto və Trio, 3/4 Molto allegro, 2/4.