Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amorphis
Amorphis — 1990-cı ildə Cen Reçberqeri, Tomi Koyvusaari və ESA Holopaynin tərəfindən Finlandiyanın Helsinki şəhərində qurulan bir metal qrupudur. İlk əvvəl death metal ilə başlayan qrup, daha sonra melodik və proqressiv metala yönəldi. 1989-cu ildə Violent Solution adlı speed metal qrupunda fəaliyyət göstərən Jan və ESA, musiqiçilərin fərqli janrlara yönəlmələri səbəbilə qısa müddətdə qrupu tərk etdilər. Bundan sonra death metal qrupu qurmağa qərar verən ikili, yanlarına vokalist Tomi'ni və bas gitarist Oppu Laynini də alaraq Amorphis'i yaratdı. Eyni zamanda Abhorrence adlı bir qrupda da çalan Tomi, Amorphis'də bir tərəfdən gitara çaldığı vaxt, digər tərəfdən də qrupun vokalistliyini edirdi. Amorphis ilk demosunu yayımladıqdan qısa bir müddət sonra Abhorrence dağılmışdı, lakin dağılmadan əvvəl Tomi'nin Relapse Recordsa göndərdiyi demolar bəyənilmişdi. Çox təəssüf ki səsyazma şirkətindən müqavilə tələbi qrup dağıldıqdan sonra gəldi. Bu təklifi Amorphis'in xeyrinə istifadə etməyə qərar verən Tomi və digər Amorphis üzvləri, qısa bir müddət sonra 1992-ci ilin noyabr ayında "The Karelian Isthmus" adlı ilk albomlarını satışa çıxardılar. Ardından da "Privilege of Evil" adlı bir EP yayımlandı. 1994-cü ildə "Tales from the Thosand Lakes" adlı albomunu yayımlayan qrup, bu albomda Finlandiyanın yerli dastanı olan Kalevala'nı konsepsiya olaraq istifadə etmişdi.
Morphine
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. == Xarici keçidlər == George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Moraviç dairəsi
Moraviç dairəsi (serb. Моравички управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. Dairənin inzibati mərkəzi Çaçak şəhəridir. == İnzibati bölgüsü == Dairənin sahəsi 4 icmaya bölünüb: Çaçak, Qorni Milanovats, Luçani və İvanitsa. == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Moraviç dairəsinin 212.603 sakini var. Əhalinin 53.8 faizi şəhərlərdə yaşayır.