Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Motel
Motel (ing. motor hotel) — Avtoturistlər üçün xidmət göstərən mehmanxana.
Mortal Kombat
Mortal Kombat (azərb. Ölümcül döyüş‎, qısa variantı: MK) – "Action" (ing. Hərəkətli) janrında hazırlanan oyunlardan biridir. "Midway Games" kompaniyası tərəfindən yaradılmışdır. "Mortal Kombat" oyunu rəngarəng döyüş fəndləri ilə seçilir. Bu döyüş fəndlərində qəddarlıq müşahidə olunur. "Mortal Kombat" videooyunu 1991-ci ildə Ed Bun, Con Tobias, Con Vogel və Den Forden tərəfindən hazırlanmağa başlanır. İlk vaxtlarda Ed Bun və Con Tobias videooyun qəhrəmanının Jan-Klod Van Dammın olacağını düşünürdülər. Lakin yeni hazırlanacaq videooyun, janrındakı qəddarlıq xüsusiyyətinə görə "Street Fighter II" kimi döyüş janrlı oyunlardan fərqlənməli idi. Bu səbəbdən oyunun məzmunu dəyişdirilir.
Yann Martel
Yann Martel(ing. Yann Martel; d. 25 iyun 1963[…], Salamanka, Kastiliya və Leon) — Kanada yazıçısı. Yann Martel, 25 iyun 1963-cü ildə İspaniyanın Salamanka şəhərində kanadalı diplomat ailəsində dünyaya gəlib. Valideynləri ilə birlikdə Avropanı, Mərkəzi və Şimali Amerikanı dolaşıb, Alyaskada, Kosta-Rikada yaşayıb. Yaşa dolduqdan sonra Türkiyəyə və Hindistana səyahət edib. Kanadanın Trent Universitetində fəlsəfə öyrənib, yoqa ilə məşğul olub. Y.Martelin ikinci romanı olan “Pinin həyatı” yazıçıya böyük uğur qazandırıb, bu əsərə görə 2002-ci ildə Booker mükafatınına layiq görülüb. Əsərdə 15 yaşlı yeniyetmə Pinin başına gələn inanılmaz hadisələr, onun Sakit Okeanda kiçik bir qayıqda amansız təbiətə və onunla birlikdə sağ qalmış vəhşi pələngə qarşı müqaviməti, yaşamaq uğrunda mübarizəsi öz əksini tapıb.
Mark Martel
Mark Martel — Kanadalı rok musiqiçisidir. O 1999-cu ildə Downhere qrupunu qurmuşdur. 2013-cü ildə isə, solo karyerasına başlamışdır. Martel, həm də Queen qrupunun musiqi aranjimanları və solist Freddi Merkyuri ilə oxşarlıq təşkil edən vokalı ilə tanınır. "Bohemiya Rapsodiyası" filmində Merkyurinin ifalarını təmin etmişdir. == Başlanğıc == Mark Martel Kanadanın Monreal şəhərində Mişel Martel və Barbara Beresford Martelin ailəsində anadan olmuşdur. O, Saskaçevanın Karonport şəhərində Brayrkrest Kolleci və Seminariyasında təhsil almış, burada otaq yoldaşı Ceson Cömeyn və bir neçə dostu ilə birgə musiqi qrupu yaratmışdır. == Karyerası == === Downhere (1999–2012) === Martel 1999-cu ildə Downhere (bəzən "downhere" kimi stilizə edilir) adlı musiqi qrupu yaradır. Dörd illik kollecdən sonra qrup Tennessi ştatının Naşvill şəhərinə köçür və burada Word Records ilə müqavilə bağlayırlar. Qrup fəaliyyəti ərzində bir sıra mükafatlara layiq görülür.
Benedikt Morel
Benedikt Morel (fransızca: Bénédict, Augustin Morel; 22 noyabr 1809[…], Vyana – 30 mart 1873[…], Ruan) — 19'cu əsrdə psixiatriya nəzəriyyələrinə böyük dərəcədə təsir edən bir Fransız psixiatrı. Ruhi xəstəliyin eləcə'də zehni və psixi xəstəliklərin səbəblərini araşdırdı və irsiyyətin bu xəstəliklərə əhəmiyyəti barədə məqalələr hazırladı. == Haqqında == Benedikt Morel fransızların Avstriyaya qarşı hərbi əməliyyatları dövründə Avstriyanın paytaxdı Vyanada fransız ailəsində anadan olub. Atası bir Fransız ordusu təminatçısı idi, anasının isə kim olduğu bilinmir. 1831-ci ildə gənc ikən səyahətlərindən sonra Parisdə yerləşdi, özünü jurnalistika'da sınadı, 1839-cu ildə tibb işinə başladı. Benedikt Morelin otağ yoldaşı olduğu bir tələbə dostu Claude Bernard onu daha sonra Morelin müəllimi olan psixiatr Jean-Pierre Falret ilə tanış etdi. == Tibb elminə töhfəsi == Morel, həm elmi, həm də publisistik tərzdə məqalələr dərc edərək öz psixiatrik tədqiqatlarına başladı. 1856-cı ildə Morel St John'daki psixiatriya xəstəxanasının baş həkimi təyin edildi. Xəstələrə qarşı mütərəqqi və insani yanaşdığı qeyd olunur. 1857-ci ildə, bəzi təxminlərə görə gələcəkdə psixiatriyada irsi araşdırmaların əsasını qoyan Traité des Dégénérescences (Fransızca - Degenerasiyaların Müalicəsi) adlı əsərini nəşr etdirdi.
Xorxe Morel
Xorxe Emmanuel Morel Barrios (isp. Jorge Emanuel Morel Barrios; 22 yanvar 1998, Asunsyon, Paraqvay) — Paraqvay təmsilçilərindən olan Quarani klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvay futbolçusudur. Morel peşəkar karyerasına Quarani klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 15 fevral 2016-cı ildə Paraqvay Premyer Liqasında Sportivo Lukeno klubuna qarşı oyunda etmişdir. 2016-cı ildə Boqarin klubu ilə Paraqvay çempionu olmuşdur. 2015-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Morel Venesuela, Peru, Argentina, Ekvador və iki dəfə Kolumbiya və Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Braziliya millisinə qarşı oyunda Morel bir qolla yadda qalmışdır. 2015-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Morel Suriya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Ermak (Mortal Kombat)
Ermak (ing. Ermac) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Ermak haqqında ilk məlumatlar == Bir sıra jurnallarda Ermak personajının Mortal Kombat videooyunun birinci hissəsində gəldiyini dərc edirdilər. Əslində, Ermak personajı səhv nəticəsində yaranmışdır. "Skorpion" personajının qırmızı rəngə boyanan zaman oyunda belə bir ifadə çıxmışdır: "Error Mace". Məhz bu sözün sayəsində həmin personaj "Ermak" adını qazanmışdır. == Həyatı == Ermak personajı bir çox ruhların birləşməsindən yaranmışdır. Kano-nun qulu olmuşdur. Ondan yaxşı qatil çıxırdı. Bu halından normal hala dönməsini isə gözləri görməyən, yaxşı qılınc oynadan Kenşi təmin etmişdir.
Hotaru (Mortal Kombat)
Hotaru (ing. Hotaru) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Kameleon (Mortal Kombat)
Kameleon (ing. Khameleon) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Frost (Mortal Kombat)
Frost (ing. Frost) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Frost nindza qadın personajlarından biridir. Qüvvə səhətdən Sab-Zironu xatırladır.
Fujin (Mortal Kombat)
Fujin (ing. Fujin) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Mortal Kombat Mythologies: Sub-Zero seriyasında peyda olmuş, Mortal Kombat 4 oyununda isə oynanılan personaj kimi canlandırılmışdır. Fujin "Mortal Kombat" seriyalarında tanrılardan biri kimi göstərilir.
Havik (Mortal Kombat)
Havik (ing. Havik) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Jarek (Mortal Kombat)
Jarek (ing. Jarek) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Kabal (Mortal Kombat)
Kabal (ing. Kabal) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Haqqında == "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir.
Kano (Mortal Kombat)
Kano (ing. Kano) — "Mortal Kombat" oyun seriyasının personajlarından biri.
Kay (Mortal Kombat)
Kay (ing. Kai) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Kenşi (Mortal Kombat)
Kenşi Takahaşi (ing. Kenshi Takahashi) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Kintaro (Mortal Kombat)
Kintaro (ing. Kintaro) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Yeraltı dünyanın ən güclü döyüşçüsüdür. Qoroya nisbətən hündürdür.
Kira (Mortal Kombat)
Kira (ing. Kira) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Kitana (Mortal Kombat)
Kitana (ing. Kitana) - "Mortal Kombat" oyun seriyasının əsas personajlarından biridir. Sindelin qızı, Liu Kenqin yaxın dostudur.
Kobra (Mortal Kombat)
Kobra (ing. Kobra) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Kratos (Mortal Kombat)
Kratos (ing. Kratos) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Kratos Şao Kannı öldürdükdən sonra Yer dünyası bir müddətlik xilas olmuşdur. Bu səbəbdən Reyden və Fucin ona öz minnətdarlığını bildirmişlər. "Kratos" personajı "Müharibə Tanrısı" (ing. God of War) adlı videooyun seriyasının əsas personajıdır. 2011-ci ildə hazırlanan yeni "Mortal Kombat" versiya üçün bu personaj oyuna daxil edilmişdi.
Mavado (Mortal Kombat)
Mavado (ing. Mavado) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Milina (Mortal Kombat)
Milina (ing. Mileena) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Milinanın Kitana ilə görünüşü eynidir. Fərq isə paltarı və silahlarındadır.
Mokap (Mortal Kombat)
Mokap (ing. Mokap) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Mokap personajı Conni Keycin yaxın dostudur.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Cartel
Cartel — 1995-ci ildə Almaniyada yaradılmış məşhur Türk rep qrupudur. Qrupun əsası Almaniyada qoyulmuş, 7 üzvdən ibarət olmuşdur. Cartel qrupunun albomu ilk dəfə Avropada buraxılmışdır. Tezliklə MTV musiqi kanalında Avropada kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən qrupla bağlı müsahibələr dərc edilib. Türk musiqisinin səsini dünyaya çatdıran nadir ansambllardan biri ola bilmiş qrup Türkiyədə də böyük məşhurluq qazanmağı bacarmışdır. İndiyədək İstanbulda Beşiktaş İnönü Stadionunda çıxış edən ilk və yeganə türk rap qrupudur. Radio və televiziya təşkilatları tərəfindən ilk həftə ərzində 100.000 disk satıldığında "Qızıl Kaset", 250.000 disk satıldığında isə "İkili Platinum" mükafatlarına layiq görülmüşlər. İngilis, alman, ispan dilində yazılmış musiqiləri bu türk rep qrupunun dil zənginliyini bir daha nümayiş etdirir. Cartel CD-diskini Türkiyədə yayınlanmasından qabaq Almaniyada 29.000 ədəd satmışdı. Türkiyədə ümumilikdə 543.000 ədəd satmış və türk rep tarixində ən çox satılan qrup olmuşdur.
Hostel
Hostel (ing. hostel - yataqxana) — qonaqları qısa və ya uzun müddətli yaşayış ilə təmin edən Avropada yaşayış sistemi. Bir qayda olaraq, otaqda əlavə imkanlar olmayan bir yataqxana. Şəhər yataqxanaları bura aid edilir, hansı ki, ümumi yerləşməyə malikdir.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Martes
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Martyel
Martyel (fr. Martiel, oks. Marcièl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-ruerq. INSEE kodu — 12140. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 903 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 570 nəfər (15-64 yaş) arasında 450 nəfər iqtisadi cəhətdən fəal, 120 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə 69.8%).
Mergel
Mergel — qarışıq gil-karbonat tərkibli daşabənzər çökmə dağ süxurları. Tərkibi: 50-75% karbonat (kalsit, bəzən dolomit), 25-50% — həll olmayan çöküntülər (SiO2 + R2O3). Süxuryaradan karbonat minerallarının tərkibindən asılı olaraq, mergeller əhəng və dolomit mənşəli mergellərə bölünürlər. Adi mergellərin həll olmayan çöküntülərində silis miqdarı biryarımlıq oksidlərin miqdarından 4 dəfədən çox deyil. Nisbəti SiO2 : R2O3> 4 olan mergellər silisli mergellər qrupuna aid edilir.
Meryel
Mafflie (fr. Maffliers) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 4.376 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 27 km şimal-qərbdə, Serji belediyyənin 12 km şimal-şərqdə yerləşir.
Morestel
Morestel (fr. Morestel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morestel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38261. Kommunanın 1999-cu il üçün əhalisi 3034 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Morfem
Morfem (yun. morphe - forma) — sözün leksik və ya qrammatik mənası olan hissəsi (kök, şəkilçi, yaxud önşəkilçi). Termin elmə Boduen de Kurtene tərəfindən daxil edilmişdir. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır. Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar. Sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəs kök adlanır. Sözün kökü ∏ işarəsi ilə göstərilir. Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi isə şəkilçi adlanır.
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Merkel
Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[…], Eymsbüttel[d], Hamburq, Qərbi Almaniya) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Morfey
Morfey (q.yun. Μορφεύς - “formalaşdıran”, “[yuxuları] formalaşdıran”) — yunan mifologiyasında yaxşı yuxular tanrısı. Atası yuxu tanrısı Hipnosdur. Bir versiyaya görə, anası Afroditanın üç lütfündən biri olan Zevsin və Evrinomun qızı Aglaia idi, adı hərfi mənada "aydın" deməkdir. Başqasına görə - Nyukta, gecə ilahəsinin qızıdır. Morfey istənilən formada ola bilər və yuxuda insanlara görünə bilər. O, təsvir etdiyi şəxsin səsini və danışıq tərzini tam dəqiqliklə təqlid edə bilir. Yunanlar onu demək olar ki, həmişə məbədlərində kiçik qanadları olan qamətli bir gənc kimi təsvir edirdilər, lakin bəzi sənət abidələrində o, əlində çiçək olan saqqallı qoca kimi görünür. Morfey padşahların və qəhrəmanların xəyallarını izləməyə borcludur. Morfeyin əsas emblemi xəyallar dünyasına açılan əkiz qapılardır.
Koktel
Kokteyl (ing. cocktail) bir neçə komponenti qarışdırmaqla əldə edilən içkidir. Çox vaxt kokteyllər ya spirtli içkilərin birləşməsidir, ya da bir və ya daha çox spirtli içkinin meyvə şirəsi, ətirli şərbət və ya qaymaq ​​kimi digər maddələrlə qarışdırılmış formasıdır. Kokteyllər dünyanın müxtəlif bölgələri arasında çox dəyişir və bir çox internet saytları həm orijinal reseptləri, həm də köhnə və daha məşhur kokteyllərin öz şərhlərini dərc edir. Kokteyllər alkoqollu (bir və ya daha çox spirtli içkiləri tərkib hissəsi kimi özündə birləşdirir) və alkoqolsuz ola bilər. == Adın mənşəyi == İçki kimi kokteylin ilk yazılı qeydi 1803-cü ildə ABŞ-də "The Farmers Cabinet" jurnalındakı bir məqalədə ortaya çıxdı. Alkoqollu içki kimi kokteylin ilk tərifi üç il sonra 13 may 1806-cı ildə "The Balance and Columbian Repository" (Hudson, New York) jurnalında ortaya çıxdı. Ənənəvi olaraq, kokteyl inqrediyentlərinə spirtli içki, şəkər, su və bitterlər daxil idi, lakin bu tərif 1800-cü illərdə likör əlavə etməyə qədər artdı. 1862-ci ildə Cerri Tomas "How to Mix Drinks" və ya "The Bon Vivant's Companion" adlı barmenlər üçün təlimat kitabçası nəşr etdi, bu kitabçada bitterlərdən istifadə edərək kokteyllər üçün 10 resept var ki, onları punş və kobler kimi digər içkilərdən fərqləndirdi. Kokteyllər 1900-cü illərdə təkamül etməyə və populyarlıq qazanmağa davam etdi və 1917-ci ildə Missuri ştatının Sent-Luis şəhərindən olan Julius S. Walsh cunior "kokteyl partisi" terminini istifadə etdi.
Murteyl
Murteyl və ya Çiçəkbulaq (1991-ci ildən sonra Geğatap) — Qaraqoyunlu dərəsində kənddir. Murteyl Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 24 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1931-ci ildə 161 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar. Murteyl kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti. Digər Mürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.