Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Motivasiya
Motivasiya - özünü və başqalarını özünün şəxsi və ya ictimai məqsədlərə nail olunması üçün fəaliyyətə vadar etmə prosesidir. Bu, insan fəaliyyətinin təşkilidir.Motivasiyadan danışarkən tələbat və ehtiyac və mükafatlandırma anlayışlarından geniş istifadə olunur.Tələbat dedikdə, insanın bütün bu keyfiyyətlərindən asılı olaraq özünəxas formaya düşmüş ehtiyacları nəzərdə tutulur. Ehtiyac - insanın müəyyən bir məqsədə xidmət edəcək nəyinsə çatışmamazlığmı hiss etmək qabiliyyətidir. Mükafatlandırnanın iki növü var: daxili və xarici. Daxili mükafatlandırma insanın özünün fəaliyyət prosesində yerinə yetirdiyi işlə əlaqədar olaraq aldığı zövqdür, rahatlıqdır. Xarici mükafatlandırma dedikdə isə insana yerinə yetirdiyi işin keyfiyyət və miqdarından asılı olaraq təşkilat tərəfindən verilən əmək haqqı, əlavə haqqlar, vəzifəcə irəli çəkilmə, kolleltiv tərəfindən alqışlatma və s. nəzərdə tutulur. Motivləşdirmə- anlayışı çox aspektli və çox istiqamətlidir. Fred Lyutens göstərir ki, ayrı-ayrı müəlliflərin əsərlərində bu anlayış müxtəlif cür ifadə edilir; zərurət, motivlər, məqsədlər, arzu, ehtiras, tələbat, sövqetmə, mükafatlandırma, məramlar. Lakin "motivləşdirmə" latın sözü olub "sövqetmə", "oyatmaq" mənası verir.
Aktivasiya karotajı
Aktivasiya karotajı — süxurların xarici ionlaşdırıcı mənbələrlə şüalandırılması nəticəsində onlarda yaranan süni radioaktiv izotopların, yaxud izomerlərin şüalanması xüsusiyyətlərini ölçməyə əsaslanan geofiziki üsul. Radioaktiv izotoplarla aktivləşdirilmiş qum, yaxud məhlulun süxurların içərisində yerləşdirilməsindən sonra onların qamma-şüalanmasının qeydiyyatına əsaslanır. Aktivasiya karotajı üsulu neft-qaz quyularında kollektor çöküntüsü və süxur laylarında çatlılığın və kavernaların (boşluqların), hidrogeoloji tədqiqatlarda isə laydamayenin axın istiqaməti və sürətinin müəyyən edilməsinə imkan yaradır. Qazıma quyularının kəsilişindəki kollektorların radon qazı ilə şüalandırılmasından sonra müxtəlif vaxtlarda təkrar ölçmələr nəticəsində alınmış qamma-karotaj əyrilərini müqayisə etməklə layların neft-qaz və su ilə doyumluluğu qiymətləndirilir. Geoloji məsələlərlə yanaşı Aktivasiya Karotajı üsulu neft-qaz və hidrogeoloji quyularda boru arxasında sementin səviyyəsi, sement halqasının qalınlığı, boruda zədələnmə və perforasiya yerinin və laylar arasında hidrodinamik əlaqənin müəyyən edilməsi kimi məsələlərin həllində geniş istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.