Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nordin Musampa
Nordin Musampa (d. 13 oktyabr 2001, Almere, Niderland) — Eerste Diviziya təmsilçilərindən olan "Yonq Ayaks" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Musampa Almere Siti akademiyası vasitəsilə inkişaf etmişdir. 2016-cı ildə Maddi Erediviziya təmsilçilərindən olan "Ayaks" klubu ilə müqavilə imzalamışdır. Onun idealı "Barselona" klubunun futbolçusu Lionel Messidir. Musampa öz peşəkar karyerasında debütünü 25 mart 2019-cu ildə "Utrext II" klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. == Şəxsi həyatı == Musampa Almere şəhərində anadan olmuşdur. Valideynləri isə Konqo Demokratik Respublikası vətəndaşlarıdır.
Muşabad (Urmiya)
Muşabad (fars. ‎‎موش اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Tristan Muyumba
Tristan Muyumba Nkita (7 mart 1997-ci ildə anadan olub) — Monako klubundan icarə əsasında Belçika Birinci Divizion B təmsilçilərindən olan Serkl Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Muyumba öz peşəkar karyerasında debütünü Monako klubu ilə 26 aprel 2017-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Monako Fransa Kubokunun yarımfinal mərhələsində Pari Sen-Jermenə 5-0 hesabı ilə məğlub olmuşdur.
Taras Şamba
Taras Şamba (29 iyul 1938, Suxumi – 13 oktyabr 2020) — Abxaziya və Rusiya ictimai-siyasi xadimi, hüquq elmləri doktoru (1985), Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetinin prorektoru (2002-2008), Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri. Qeyri-rəsmi olaraq ömürlük "Abxaziyanın xalq prezidenti" tituluna malikdir. Qardaşı Sergey Şamba Abxaziya Respublikasının keçmiş baş naziridir. == Bioqrafiya == 1963-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İş həyatına Suxumi Prokurorluğunun müstəntiqi olaraq başlamış, Sovet İttifaqı Kommunist Partiyası Abxaziya Regional Komitəsində təlimatçı işləmişdir. 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İK yanında Ali Partiya Məktəbini, 1975-ci ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. 1975-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dövlətin nəzəriyyəsi və praktikası, demokratiya və qanunun aliliyi, milli dövlət quruluşu və iş hüququ sahəsində mütəxəssisdir. Üstəlik bu mövzularda 300-dən çox nəşrin müəllifidir. 75-dən çox kitab və məqalənin müəllifi, Abxaziya Respublikası Konstitusiyası layihəsinin mətnini hazırlayanvə Abxaziya Respublikası Prezidentinin ilk populyar alternativ seçkilərinin təşəbbüskarı olan şəxsdir.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Musarza Mirzəyev
Mirzəyev Musarza- Kadusi — tarixçi-etnoqraf, toponomist, yazıçı, jurnalist, pedaqoq - əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Musarza Oğul oğlu Mirzəyev 1958-ci il martın 4-də Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. 1975-ci ildə Mahmudavar kənd tam orta məktəbini, 1979-cu ildə isə ADPU-nun tarix fakültəsini bitirmişdir. Masallı rayonunun Türkoba (1979-1991) və Mahmudavar kənd tam orta məktəblərində(1988), Lənkəran Dövlət Universitetində (1992-1993) müəllim, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd inzibati ərazi dairəsində nümayəndəsi (1994), "Çağırış", "Yeni qəzet" və "Tolışı sədo" qəzetlərinin xüsusi müxbiri, "Yeni qəzet"in redaktor müavini (1994) vəzifələrində işləmişdir. Əyalətdə ümumtəhsil məktəbində çalışmasına baxmayaraq yaşadığı diyarın tarixi, etnoqrafiyası və toponimləri haqqında bəhs edən 10-dan artıq kitab, 500-ə qədər məqalənin, tarixi etnoqrafik oçereklərin müəllifidir. Hal-hazırda (1988) Mahmudavar kənd tam orta məktəbində müəllim işləyir. Pedaqoji fəaliyyətlə yanaşı eyni zamanda bölgənin tədqiqi ilə də məşğul olur. Məktəbdə Heydər Əliyev muzeyi təşkil etmişdir. Musarza Mirzəyevin pedaqoji ustalığı nəzərə alınaraq ona "Metodist müəllim" (1991), "Ali dərəcəli müəllim" (1995) kateqoriyaları verilmiş, 2011-ci ildə isə "əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin X və XIII qurultaylarının nümayəndəsi olmuşdur.
Müştəba Əliyev
Müştəba Əliyev (tam adı: Müştəba İsmayıl oğlu Əliyev d. 1954, Ağdam; ö. 26 avqust, 2017, Bakı) — tədqiqatçı-jurnalist == Bioqrafiya == Müştəba Əliyev 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin 1 illik fars-dili kurslarını əla qiymətlərlə bitirib diplom və sertifikat almışdır. 1977-1997-ci illərdə “Azərbaycan məktəbi” jurnalında, “Sovet kəndi” (sonrakı adları “Həyat”, “Bərəkət”), “''Ədalət''” qəzetlərində müxtəlif vəzifələrdə işləmişdir. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1997-ci ildən 2010-cu ilədək “Əlillər” (əvvəlki adı “Vətən uğrunda”) qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2004-cü ildən 2012-ci ilədək Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri işləmişdir.
Yayoi Kusama
Yayoi Kusama (草間 彌生, Kusama Yayoi, d. 22 mart 1929) — Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur. Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib. Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir. == Həyatı == Yayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.
Yayoy Kusama
Yayoi Kusama (草間 彌生, Kusama Yayoi, d. 22 mart 1929) — Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur. Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib. Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir. == Həyatı == Yayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.
Qızıl Samba
Futbol mükafatı sayılan "Qızıl Samba" Avropa qitəsində ilin ən yaxşı braziliyalı oyunçusuna təqdim olunur. Mükafat Sambafoot şirkəti tərəfindən təsis edilmişdir. İlk mükafat 2008-ci ildə öz sahibini tapmışdır. Qalib 3 mərhələlik sorğu ilə müəyyən edilir. Buraya jurnalistlər, futbolçunun yoldaşları və internet üzərindən səsvermə daxildir. == Tarix == 2008-ci ildə qalib Milan FKın yarımmüdafiyəçisi Kaka olmuşdur. Mançester Sitidən Robinyo və Sevilyadan Luis Fabiano ardıcıl olaraq ikinci və üçüncü yerləri tutmuşdur. Namizədlər sırasında 30 futbolçu var idi. Səsvermə dekabr ayının 1-dən 30-dək davam etmişdir. Nəticədə səslərin 25.03%-ı Kaka lehinə, 14.34% Robinyo üçün, 13.65% səs isə Luis Fabiano üçün verilmişdir.
Musab ibn Umeyr
Müsəb ibn Ümeyr (ərəb. مصعب بن عمير‎ Müs'əb ibn 'Ümeyr; 585, Məkkə – 625) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. == Bioqrafiya == Müsəb ibn Ümeyr varlı Məkkəli ailəsində anadan olmuşdur. Qüreyş qəbiləsinin Əbd-əd-Dar nəslindən idi. İslamı qəbul etdikdən sonra İslam müxaliflərinin təqiblərindən qorxaraq bir müddət onu gizlədir. Ailəsi onun İslamı qəbul etməsindən xəbər tutduqdan sonra onu dinindən dönməyə məcbur etməyə çalışır və onu ev dustaqlığında saxlayırlar. Təqiblərdən qaçaraq Efiopiyaya köçür və oradan gəldikdən sonra ailəsi onun müsəlman olması ilə barışmalı olur. 621-ci ildə Kəbənin ənənəvi ziyarəti zamanı Mədinəli Aus və Xəzrəc qəbilələrinin nümayəndələri Əqabə adlanan yerdə danışıqlar aparmaq üçün Məhəmməd peyğəmbərlə görüşür. On iki mədinəli Məhəmməd peyğəmbərə yalnız Allaha ibadət etməyə, oğurluq etməməyə, zina etməməyə, uşaq öldürməməyə, böhtan və böhtandan çəkinməyə and içmiş, həmçinin Məhəmmədə peyğəmbər olaraq itaət edəcəklərinə and içmişlər. Əvvəlcə müəyyən çətinliklərlə qarşılaşan Əsəd ibn Zürarə Mədinədə təbliğat aparır və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir.
Samba Yakob Diallo
Samba Yakob Diallo (d. 1958) — Qvineyalı boksçu. Samba Diallo Qvineyanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Samba Diallo birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Puerto-Rikonun nümayəndəsi Felipe Nieves ilə üz-üzə gəldi. Həmin görüşdə Samba Diallo rəqibinə 0:5 hesabı ilə uduzdu.
Usama Bin Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Avad bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Usama Bin Ladin
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Avad bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Vampir Ovçusu D: Qana Susama
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Personajlar == == Xarici keçidlər == Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.
Usama bin Ladenin Abbottabaddakı kompleksi
Yerli xalq tərəfindən Vəziristan malikanəsi (urdu وزیرستان حویلی; Vəziristan havəli) olaraq bilinən və ya digər adı ilə Üsamə bin Ladenin Abbottabaddakı kompleksi — əl-Qaidənin başçıları arasında yer alan və təşkilatın yaradılmasından 2 may 2011-ci ildə ölümünə qədər yaradıcısı olduğu Üsamə bin Ladenin bir dövr gizli şəkildə yaşadığı, müxtəlif quruluşlardan yaradılan kompleks. Pakistanın Xayber-Paxtunxva əyalətindəki Abbottabad şəhərinə bağlı “Bilal Town” qəsəbəsində yer alan kompleks Pakistan Hərbi Akademiyasının təxminən 1,3 km cənub qərbində, torpaq bir yolun sonunda yerləşirdi. Üsamə bin Laden Pakistanlı bir kəşfiyyat vəzifəli şəxsin ifadələrinə görə 2006-cı ilin yanvarında, həyat yoldaşlarından biri olan Əməl Əhməd Əbdülfəttahın həbs olunduqdan sonra Pakistan səlahiyyətli şəxslərinə verdiyi sorğulamadakı ifadəsinə görə isə 2005-ci ildən bu kompleksdə yaşamağa başlamışdı. Üç mərtəbəli əsas quruluşdan ibarət olan kompleksin ətrafı beton divarlar və bu divarlarında üzərinə hazırlanan tikanlı tellərdən əhatəli idi. Giriş hissəsində metaldan hazırlanan təhlükəsizlik qapısının yer aldığı kompleksdə, müxtəlif heyvanlar ilə bir tərəvəz bağı da mövcud idi. Üsamə bin Ladenin kuryeri olduğu Əbu Əhməd əl-Küveytinin varlığını və yaşadığı ərazini aşkar edən Amerika kəşfiyyatçıları, bunun sayəsində 2010-cu ilin avqustunda kompleksi tapdılar. Edilən ümumi baxış və axtarışlar nəticəsində kompleksdə Üsamə bin Ladenin yaşamaq ehtimalının yüksək olduğu aşkar olundu. 2011-ci ilin may ayının 1-dən 2-inə keçən gecə Amerika xüsusi təyinatlı qüvvələrinin kompleksə hazırladığı və “Neptun Nizəsi əməliyyatı” olaraq adlandırdığı hücumda, bin Ladenlə yanaşı kompleksdə yaşayan dörd nəfər də öldürüldü. Əməliyyatdan daha sonra istifadə edilməyən və Pakistan ordusu tərəfindən qorunun kompleks, 2012-ci ilin fevral ayında Pakistan səlahiyyətliləri tərəfindən dağıdıldı. == Tarixi == === Kuryerin aşkarlığı, kompleksin tapılması və ümumi xronologiya === Üsamə bin Ladenin kuryeri olduğu Əbu Əhməd əl-Küveytinin həyatda olduğunu və yaşadığı ərazini aşkara çıxaran Amerikalı kəşfiyyatçılar, əl-Küveytini izləyərək 2010-cu ilin avqust ayında bu kompleksi tapdılar.