Mirzəyev Musarza- Kadusi — tarixçi-etnoqraf, toponomist, yazıçı, jurnalist, pedaqoq - əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Musarza Mirzəyev | |
---|---|
Musarza Oğul oğlu Mirzəyev | |
Doğum tarixi | |
Doğum yeri | Mahmudavar, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Talış |
Fəaliyyəti | müəllim |
Tanınır | tarixçi-etnoqraf, toponomist, yazıçı, jurnalist, pedaqoq |
Mükafatları | əməkdar müəllim |
Musarza Oğul oğlu Mirzəyev 1958-ci il martın 4-də Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. 1975-ci ildə Mahmudavar kənd tam orta məktəbini, 1979-cu ildə isə ADPU-nun tarix fakültəsini bitirmişdir. Masallı rayonunun Türkoba (1979-1991) və Mahmudavar kənd tam orta məktəblərində(1988), Lənkəran Dövlət Universitetində (1992-1993) müəllim, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd inzibati ərazi dairəsində nümayəndəsi (1994), "Çağırış", "Yeni qəzet" və "Tolışı sədo" qəzetlərinin xüsusi müxbiri, "Yeni qəzet"in redaktor müavini (1994) vəzifələrində işləmişdir. Əyalətdə ümumtəhsil məktəbində çalışmasına baxmayaraq yaşadığı diyarın tarixi, etnoqrafiyası və toponimləri haqqında bəhs edən 10-dan artıq kitab, 500-ə qədər məqalənin, tarixi etnoqrafik oçereklərin müəllifidir. Hal-hazırda (1988) Mahmudavar kənd tam orta məktəbində müəllim işləyir. Pedaqoji fəaliyyətlə yanaşı eyni zamanda bölgənin tədqiqi ilə də məşğul olur. Məktəbdə Heydər Əliyev muzeyi təşkil etmişdir. Musarza Mirzəyevin pedaqoji ustalığı nəzərə alınaraq ona "Metodist müəllim" (1991), "Ali dərəcəli müəllim" (1995) kateqoriyaları verilmiş, 2011-ci ildə isə "əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin X və XIII qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin (1994), Masallı Rayon Ağsaqqallar Şurasının və Masallı Ziyalılar Cəmiyyətinin üzvüdür. "Kadusi" təxəllüsü ilə mətbuatda çıxış edir. Haqqında yerli, ölkə və xarici mətbuatda, "XX əsr Azərbaycan yazıçıları" ensiklopedik məlumat kitabında, "Azərbaycan yazıçıları XX-XXI yüzillikdə" (müəllif Teymur Əhmədov, B.,2011), "Masallının söz çələngi" (tərtibçi Allahverdi Bayrami, B.,2011) və digər kitablarda məlumat verilmişdir. Ailəlidir, iki övlad atasıdır.
Ziya Bünyadov Musarza müəllimi "diplomsuz alim" adlandıraraq yazmışdır: "Elmi dərəcəsi olmayan adi bir kənd müəlliminin tədqiqat əsərini çap etdirməsi, bəzi diplomlu alimlərimizə nümunədir. Eşq olsun belə kənd ziyalısına".
Musarza Mirzəyev barədə akademik, tarix elmlər doktoru İqrar Əliyev;
professor, tarix elmləri doktoru Seyidağa Onullahi, Qəmərşah Cavadov, Anar İsgəndərov, tarix üzrə fəlsəfə doktoru Abdulla Fazili;
professor, coğrafiya elmləri doktoru Elxan Nuriyev, Nadir Məmmədov (coğrafiyaçı);
professor, filologiya elmləri doktoru Əbülfəz Rəcəbli, Vaqif Yusifli;
professor, pedaqogika elmləri doktoru Şahrza Ağayev, Mircəfər Həsənov; Fərahim Sadıqov
professor, tibb elmləri doktoru Mehman Ağayev,
yazıçı Əlisa Nicat; Elmira Axundova (siyasətçi); şair Şəkər Aslan; Azad Talışoğlu; Əjdər Fərzəli
İlahiyyat üzrə fəlsəfə doktoru Mirəziz Seyidzadə və.s şəxslər dəyərli fikirlər şöyləmişlər. Həmçinin Rusiya və İranın bəzi tədqiqatçı alimləri mətbuatda Musarza Mirəyev barədə çıxış ediblər.