Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manqurt
Manqurt — türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölə. Manqurt halına gətirilmək istənən adamın başı qırxılır, yaş dəvə boynunun dərisi sarılar və beləcə əlləri qolları bağlı olaraq Günəş altında buraxılır. Dəvə dərisi quruduqca gərilər. Gərilən dəri başı sıxar və inanılmaz ağrılar verərək ağlını itirməsinə səbəb olar. Belə bir adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilir. == Etimologiya == (Bun/Ban/Man) kökündən törəmişdir. Bun sözü ağıl yoksunluğunu ifadə edər. Monqolca Mun/Mung (Türkcə Bun/Bung) felleri ağlını itirməyi, Munah (Türkcə Bunah) sözləri yaşlılıq səbəbiylə ağlını itirmiş olan kəsləri izah edər. Köhnə Altaycada Manu, Tungus və Mancur dillərində Mana sözcüyü ağlın itirilməsini və istifadə edilməz hala gəlməyi bildirir.
Manqurt (dəqiqləşdirmə)
Manqurt - kökünü danan, qınından çıxıb, qınını bəyənməyən kimsə. Manqurt (film, 1990) - Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında çəkilmiş film. Manqurt (balet, Y. Simakin) - balet. Manqurt haqqında rəvayət (balet, K. Moldobasanov) - qırğız bəstəkarı Kalıy Moldobasanovun baleti. Manqurt (balet, N. Zakirov) - özbək bəstəkarı Nurilla Zakirovun baleti.
Manqurt (film, 1990)
Manqurt (türk. Mankurt- Vahşetin davulları, rus. Манкурт) — görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında SSRİ və Türkiyə ortaq istesalı olan film. == Məzmun == Valideynləri, keçmişi haqqda yaddaşını, utanma, vicdan, şərəf hisslərini itirmiş, insan görkəmində zombidən bəhs edən fəlsəfi, faciəvi hekayə... Filmin qəhrəmanı düşmənə əsir düşür, başına keçə keçirilir və susuz səhrada bir neçə gün buraxılır, yaddaşını tamamən itirir və... anasını öldürür.
Manqurt (film, 2003)
== Məzmun == Film-tamaşa başına qoyun dərisi keçirilən və tədricən manqurtlaşan oğlanın keçirdiyi iztirablardan söhbət açır. == Film haqqında == Film-tamaşa qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanından bir parça əsasında ekranlaşdırılmışdır.
Müsküri
Müsküri — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Yusif Müsküri Şihabuddin b. Abdulhalim əl-Müskürinin Şərhul Fəraiz adlı əsəri Yazılma tarixi 1083/1672. Abdussalam oğlu Məhəmməd Müsküri - Azərbaycanda yazılan ilk elmihal kitabını da Abdussalam oğlu Məhəmməd Müsküri yazıb.
Müşkür
Müskür sancağı
Səhra müşğülü
Yusif Müsküri
Yusif Müsküri – mənşəcə Azərbaycan türklərindən olan xəlvəti şeyxlərindən biri, sufi şairi. Yusif Müskürinin tam adı Yusif ibn Əli əl-Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat, ləqəbi Ziyaəddindir. Qarabağdan Şirvana köç etmiş ailədə dünyaya göz açmışdır. Atası Şirvanın tanınmış alimlərindən biri olmuşdur. Elmi təhsilini əvvəlcə atasından almış, 9 yaşında qiraəti-səba və aşərə ilə Quranı hifz etmiş, həddi-büluğa yetişəndə dərs deməyə başlamışdır. Daha sonra həccə gedərək Misir, Qüds, İskəndəriyyə, Şam və Bağdadda olmuşdur. Buradakı alimlərdən hədis, təfsir və fiqh elmlərini təhsil etmiş, əqli və nəqli elmlərdə dövrün önəmli alimi olmuşdur. Daha sonra Şirvanın mərkəzi Şamaxıya dönüb elm tədrisi ilə məşğul olmuşdur. Yusif Ziyaəddin Məxdum Azərbaycan mənbələrində Yusif Müsküri olaraq qeyd edilir. Bakıda (Əlyazmalar fondunda) qorunan və ona aid edilən "Bəyanül əsrar lit-talibin" və "Silsilətül-uyun" adlı əlyazma əsərlərində adı Yusif əl-Şirvaniəl Müsküri kimi qeyd edilib.
Buğurt qalası
Buğurt qalası — Şirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam. == Coğrafi mövqe == Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. == Şirvanşahlar dövründə == Nə zaman tikildiyi bilinmir. Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Müşkür (Xaçmaz)
Müşkür (əvvəlki adı: Pavlovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Müşkür bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinir Yalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Müşkür mahalı
Müskir mahalı — Quba xanlığında mahal. İndiki Xaçmaz Dərbənd mahalından cənubda Müşkür mahalı yerləşirdi. Bu mahal Xəzər sahilində Samurçay və Vəlvələçay arasındakı ərazini əhatə edirdi. Müşkür mahalının naibi Yəhya bəy olmuşdur.
Züğürt Ağa
Züğürt Ağa — Nesli Çölgeçenin rejissorluğu ilə 1985-ci ildə çəkilmiş Türkiyə istehsalı dram filmi. Filmdə Türkiyədə feodalizmin süqutundan bəhs edilir. Burada Şənər Şenin canlandırdığı Züğürt Ağa obrazı Haraptar kəndində ev sahibidir. Sonradan kəndə işləmək üçün gələn hiyləgər Kekeç Salman quraqlıq səbəbilə kifayət qədər məhsul yığa bilməyən kənd camaatını Ağanın mallarını oğurlayıb bu malları sataraq İstanbula köçmələrini təşkil edir. Əlində az olan, mərabəsini itirən Ağa kənddən şəhərə köçmüş, ailəsi ilə birlikdə İstanbulda yeni həyat qurmağa çalışmışdır. 1986 Antalya Qızıl Portağal Film Festivalı,En İyi Yardımcı Kadın Oyuncu — Füsun Dəmirəl 1986 Antalya Qızıl Portağal Film Festivalı, En İyi Müzik — Atilla Özdemiroğlu 1986 İstanbul Film Festivalı, En İyi Türk Filmi — Nesli Çölgeçen Filmin Haraptar kəndində baş tutan səhnələrinin çəkilişləri 1985-ci ilin payızında Şanlıurfanın Sultantəpə kəndində aparılmışdır.
Boz müşgül
Boz müşgül (lat. Falco ardosiaceus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Buğurt qalası döyüşü
Qəley-Buğurt qalası
Buğurt qalası — Şirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam. Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. Nə zaman tikildiyi bilinmir. Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Züğürt Ağa (film, 1986)
Züğürt Ağa — Nesli Çölgeçenin rejissorluğu ilə 1985-ci ildə çəkilmiş Türkiyə istehsalı dram filmi. Filmdə Türkiyədə feodalizmin süqutundan bəhs edilir. Burada Şənər Şenin canlandırdığı Züğürt Ağa obrazı Haraptar kəndində ev sahibidir. Sonradan kəndə işləmək üçün gələn hiyləgər Kekeç Salman quraqlıq səbəbilə kifayət qədər məhsul yığa bilməyən kənd camaatını Ağanın mallarını oğurlayıb bu malları sataraq İstanbula köçmələrini təşkil edir. Əlində az olan, mərabəsini itirən Ağa kənddən şəhərə köçmüş, ailəsi ilə birlikdə İstanbulda yeni həyat qurmağa çalışmışdır. 1986 Antalya Qızıl Portağal Film Festivalı,En İyi Yardımcı Kadın Oyuncu — Füsun Dəmirəl 1986 Antalya Qızıl Portağal Film Festivalı, En İyi Müzik — Atilla Özdemiroğlu 1986 İstanbul Film Festivalı, En İyi Türk Filmi — Nesli Çölgeçen Filmin Haraptar kəndində baş tutan səhnələrinin çəkilişləri 1985-ci ilin payızında Şanlıurfanın Sultantəpə kəndində aparılmışdır.