Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Million Dollar Homepage
The Million Dollar Homepage — 26 avqust 2005-ci ildə Aleks Teu tərəfindən qurulan veb sayt. Teu İngiltərədə təhsil alan universitet tələbəsi idi və saytı təhsil haqqını ödəmək üçün qurmuşdur. Ana səhifə 1000 x 1000 piksel olaraq milyon pikseldən ibarətdir. Aleks 10 × 10 ölçüsündə olan hər bloku 1 dollara satışa çıxarmışdı. Blokları satın alanlar özlərinə məxsus blokda reklam yerləşdirəcəkdilər. Bu sayt bir müddət sonra internet ulduzuna çevrildi. Alexa reytinqinə görə 40.044 ziyarət ilə təxminən 127-ci sırada yer aldı. 1 yanvar 2006-cı ildə son 1000 piksel eBay platfomasında auksiona çıxarıldı. Auksion 11 yanvarda 38.100 dollarla yekunlaşdı və saytın ümumi gəliri 1.037.100 ABŞ dolları oldu.
Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Gallion
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Merlion
Merlion (ing. Merlion, çin. 魚尾獅, malay Singa-Laut) — Sinqapurun simvolu, mifik varlıq. Xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.Merlion sözü mer ("dəniz", ing. mermaid — "su pərisi") və lion ("şir"). Şir gücü və qorxmazlığı simolizə edir. Balıq isə Sinqapurun dənizlə olan sıx bağlılığına işarə edir. Şəhərin adı sanskrit sözü olan sinqa ("şir") və pura sözlərindən meydana gəlmiş və qədim əfsanəyə görə şəhərə bu adı şahzadə Sanq Nila Utama verib. Şahzadə cəngəllikdə şirlə qarşılaşmış və qılıncını çıxararaq döyüşə hazırlaşmış. Ancaq şir və şahzadə bir-birinin gözlərinə baxaraq sülhlə ayrılmışlar.
Muflon
Muflon (lat. Ovis orientalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü.
Mullit
Mullit — mineral, Al4[6]Al4[4][O3(O0,5OHF)ïSi3AlO16]. Qatışıqları: Fe3+, Ti. Mullit - rombik. Habitus prizmatik. Ayrılması {010} üzrə orta. Rəngi rəngsiz, bənövşəyi, qırmızı. Sərtliyi 6. Xüsusi çəkisi 3,03. Lavalar içərisində olan fillit və gil süxurların ksenolitlərində, şlaklarda və odadavamlı məmu­lat­larda rast gəlinir. Geologiya terminlərinin izahlı lüğəti.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Golden Billion
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Robert Mulligan
Robert Malliqan (23 avqust, 1925 – 20 dekabr, 2008) — məşhur amerikalı rejissoru. 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında çəkilmiş "Bülbülü öldürmək" adlı filmin müəllifidir. Rejissor bu filmdən əlavə "Summer of '42" ,"The Other" ,"The Man in the Moon","Same Time, Next Year" və "Kiss Me Goodbye" kimi filmlərin də müəllifidir.
Toyota Allion
Toyota Allion — Toyotanın 2001-ci ildən etibarən Yaponiyada istehsal etdiyi sedan avtomobil modeldir. Toyota Allionun 2001-ci ildən 2007-ci ilə qədər ilk nəsil istehsalı baş tutmuşdur. 2007-ci ildən bu günə qədər isə ikinci nəsil avtomobillər istehsal edilir və istehsalı davam etməkdədir. 20 dekabr 2004-cü ildən istehsal olunan Allion modeli LED işıqla təchiz olunmuşdur.
Tullio Pinelli
Tullio Pinelli (it. Tullio Pinelli; 24 iyun 1908[…], Turin – 7 mart 2009[…], Roma) — İtaliyan ssenarist. Tullio Pinelli 24 iyun 1908-ci ildə İtaliyanın Turin şəhərində anadan olmuşdur. Pinelli öz fəaliyyətinə hüquqşünas kimi başlamışdır. Amma boş vaxtını teatrlar üçün pyeslər yazmağa sərf edirdi. Pinellidə italyan vətənpərvərliyi özünü göstərirdi. Belə ki, onun böyük dayısı general Ferdinando Pinelli Kalabriyada quldur qiyamının yatırılmasında böyük xidmətləri olmuş insan idi. Onun gələcək əməkdaşı Fellini ilə ilk görüşü 1947-ci ildə əks tərəfdə oturub eyni qəzeti oxuduğu bir köşkdə olmuşdu. Pinelli demişdi: "Bir-birimizlə görüş yaradıcılıqda ildırım zərbəsi kimi olmuşdu. Biz əvvəldən eyni dildə danışırdıq.
Keri Mullis
Keri Banks Mullis (ing. Kary Banks Mullis; 28 dekabr 1944[…], Lenuar[d], Şimali Karolina – 7 avqust 2019[…], Nyuport-Biç[d], Kaliforniya) — Amerikalı biokimyaçı, PCR metodunun yaradıcısı, 1993-cü il Kimya üzrə Nobel Mükafatı laureatı. == Tərcümeyi halı və elmi işi == Kari Mullis 28 dekabr 1944-cü ildə Şimali Karolina ştatının Lenoir şəhərində fermer ailəsində anadan olub və uşaqlığını Cənubi Karolina ştatının Kolumbiya şəhərində keçirib. Onun biologiyaya ilk marağına səbəb kənd həyatı idi. Mullis 1966-cı ildə Corciya Texnologiya İnstitutunu bitirib və 1972-ci ildə Berkli Kaliforniya Universitetində biokimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb, burada protein quruluşu və sintezini öyrənib. Dissertasiya müdafiə etdikdən sonra Mullis müvəqqəti olaraq elmi fəaliyyətdən uzaqlaşaraq elmi fantastika janrında bədii əsərlər yazır. Lakin, o, tezliklə biokimyaya qayıtdı və 2 il Kanzas Universitetinin Tibb Fakültəsində çalışdı və sonra biotexnologiya korporasiyalarından birinə keçdi. Bu şirkətdə işləyərkən Mullis 1983-cü ildə molekulyar biologiya və tibbdə inqilab edən polimeraz zəncir reaksiyası metodunu inkişaf etdirdi. 1993-cü ildə alim bu kəşfinə görə kimya üzrə Nobel mükafatı alıb. Keri Mullis 7 avqust 2019-cu ildə 74 yaşında Nyuport-Biçdəki evində ürək və tənəffüs çatışmazlığı, ağciyər iltihabının ağırlaşmalarından vəfat etdi. .
Karnegi Mellon Universiteti
Karnegi Mellon Universiteti (ing. Carnegie Mellon University) — ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən özəl ali təhsil müəssisəsi. == Reytinqi == Yarandığı gündən universitet qəbul etdiyi yeni-yeni proqramlarla dünya universitetləri arasında əsas yerlərdən birini tutub. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2009-cu il üzrə reytinqinə görə, Karnegi Mellon Universiteti ABŞ ali məktəbləri üzrə 22-ci, bu ölkənin universitetləri arasında kompüter elmləri üzrə 4-cü, mühəndislik elmləri üzrə 6-cı, biznes sahəsi üzrə 15-ci, dövlət siyasəti üzrə 10-cu, təsviri incəsənət sahəsi üzrə 7-ci, psixologiya elmi üzrə isə 17-ci yerə layiq görülmüşdür. == Məşhur məzunları == Karnegi Mellon Universitetinin əməkdaşları və məzunlarından 16-sı Nobel, 10-u Tyurinq, 4-ü Oskar mükafatına layiq görülüblər. Məzunlardan "General Motors" şirkətinin keçmiş direktoru və ABŞ-nin beşinci təhlükəsizlik naziri Çarlz Ervin Uilsonu, milyarder Devid Tepperi, "Java" proqramlaşdırma dilinin yaradıcısı Ceyms Hoslinqi, "Sun Microsistems" kampaniyasının yaradıcılarından Endi Bextolşaymı, məşhur pop-rəssam Endi Uorxolu və b. qeyd etmək olar. Eləcə də bu universiteti çoxlu sayda tanınmış aktyor bitirib. Bunlar aktrisalar Holli Hanter, Barbara Feldon, Meqan Hilti, Kot de Pablo, aktyorlar Ceyms Kromvell, Get Smart, Ted Denson, Van Hensis, Metyu Bomer, Bleyr Andervud və başqalarıdır. Klinton Devisson – fizika üzrə Nobel mükafatı laureatı; Otto Stern – fizika üzrə Nobel mükafatı laureatı; Pol Flory – kimya üzrə Nobel mükafatı laureatı; Herbert Simon – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Franko Modiqliani – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Merton Miller – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Robert Lukas – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Con Popl – kimya üzrə Nobel mükafatı laureatı; Volter Kohn – kimya üzrə Nobel mükafatı laureatı; Pol Loterbur – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Edvard Preskott – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Ada Yonath – kimya üzrə Nobel mükafatı laureatı; Nilofər Bəxtiyar – Pakistanın federal turizm naziri; Çarlz Ervin Vilson – ABŞ-nin keçmiş müdafiə naziri; Piter De Mut – Pensilvaniyadan olan konqresmen; Lerri Giammo – Merillend ştatının Rokvill şəhərinin meri; Kliford Şull – fizika üzrə Nobel mükafatı laureatı; Con Forbes Neş – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Edvard Preskot – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Con Holl – fizika üzrə Nobel mükafatı laureatı; Oliver Uilliamson – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı.
Tullio Levi-Çvita
Tullio Levi-Çvita (ing. Tullio Levi-Civita, 29 mart 1873, Padua – 29 dekabr 1941, Roma) — İtaliya riyaziyyatçısı və mexanikidir; çoxölçülü fəzaların diferensial həndəsəsinə aid işləri böyük əhəmiyyətə malikdir.
Vilyo-Lua-Mollon
Vilyo-Lua-Mollon (fr. Villieu-Loyes-Mollon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01450. 2010-ci ildə əhalinin sayı 3095 nəfər təşkil edirdi. 2010-cu ildə 2037 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1573 nəfər İqtisadi cəhətdən fəal, 464 nəfər hərəkətsizdir (fəaliyyət göstəricisi - 77.2%, 1999-cu ildə 71.2%). 1573 aktiv sakindən 1462 nəfər (778 kişi və 684 qadın), 111 nəfəri işsizdir (51 kişi və 60 qadın). Fəal olmayan 464 nəfər arasında 174 nəfər şagird və ya tələbə, 181 nəfər pensiyaçı, 109 nəfər digər səbəblərə görə hərəkətsizdir.