Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təndirli
Təndirli dağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində dağ. Təndirli (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Pendirli sous
' 'Pendirli sous -Hindistan mətbəxi. == Hindistan mətbəxi == Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur.Samosa: Şimali Hind mətbəxinə aiddir. Üçbucaq və ya aypara şəklində açılmış xəmir içi ədviyyatlı kartof, qiymə və soğan ilə doldurulmaqla hazırlanır.
Təndirli (Miyanə)
Təndirli (fars. تندرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (33 ailə).
Təndirli dağı
Təndirli dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyni istiqamətli Ağsal şaxəsindən cənub-qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında, 1649,6 m hündürlüyü olan dağ. Dağ Arpaçay su anbarının sol sahilində, Şahbulaq kəndindən 1,5 km qərbdədir. Üst Permin Üst Murqab yarımmərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.
İskəndər Çəndirli
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
Protea mundii
Protea mundii (lat. Protea mundii) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, -1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri”; "dördnala çapmaq”; "qiymətli Çin ipəyi”; "sakit"; "enli alın” və s.
Hami Mandıralı
Hami Mandıralı (20 iyul 1968, Arsin, Trabzon ili) — forvard mövqeyində oynamış Türkiyənin keçmiş milli futbolçusu, məşqçisidir. == Futbol karyerası == === Klub komandalarının karyerası === O, 10 yaşında "Trabzonspor"a keçib və, bütün karyerasını (iki mövsüm istisna olmaqla) bu komandada keçirib. İlk peşəkar oyununu 1984–85 mövsümündə 17 yaşında keçirdi. O, son vuruşları və məsafəni bilmədən vurduğu sərt zərbələrlə tanınıb və dövrünün ən yaxşı hücumçularından biri kimi Türkiyə millisinin önəmli oyunçularından birinə çevrilib. O, milli ilə keçirdiyi 56 oyunda 9 qol vurub. O, avrokuboklarda 23 qol vurub. Uzaqdan vurulan bir çox cərimə zərbələri unudulmazlar arasında idi. Hər zaman liqanın ən önəmli oyunçularından biri olan Hami uğurlu karyerasına Türkiyə Liqası çempionluğunu da əlavə edə bilməsə də, Trabzonsporun 1992 və 1995-ci illərdə iki dəfə Türkiyə Kubokunu qazanmasında mühüm payı olub. İki matç üzərində oynanan final matçlarında cəmi dörd qol vurdu. Onun 1992-ci ildə Türkiyə kubokunun yarımfinalında "Beşiktaş" a vurduğu cərimə zərbəsi ilin qolu seçilib.
Ağadadaş Müniri
Ağadadaş Müniri (1863, Hövsan – 1940, Buzovna) — azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi. == Həyatı == Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. "Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.) Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır. O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.
Ruslan Əliyev (kafedra müdiri)
Ruslan Əliyev — Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMİ) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru == Həyatı == Ruslan Əliyev 1974-cü ildə anadan olub. 1996-cı ildə MDBMİ-nin beynəlxalq hüquq fakültəsini bitirib, 1999-cu ildə isə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə edib. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışıb. 2004-cü ildə o, “Kapital Perestraxovaniye” Qapalı Səhmdar Cəmiyyətinin Moskva filialına icraçı direktor vəzifəsinə dəvət edilib, 2007-ci ildə “Kapital” sığorta qrupunun prezidenti, 2008-ci ildə isə həm də “Kapital Straxovaniye” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib. 2011-ci ildə Rusiyanın dünyada tanınmış ali məktəblərindən birinin – Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) kafedra müdiri vəzifəsinə ilk dəfə azərbaycanlı Ruslan Əliyev təyin edilib..