Təndirli dağı

Təndirli dağıŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyni istiqamətli Ağsal şaxəsindən cənub-qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında, 1649,6 m hündürlüyü olan dağ.

Təndirli dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Dərələyəz silsiləsi
Mütləq hündürlüyü 1649,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Dağ Arpaçay su anbarının sol sahilində, Şahbulaq kəndindən 1,5 km qərbdədir. Üst Permin Üst Murqab yarımmərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.[1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.