Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dаur murdarçası
Pallas murdarçası
Pallas murdarçası (lat. Rhamnus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan alçaq boylu koldur. Gövdəsi çoxlu tikanlı budaqlardan ibarətdir. Yarpaqları ensiz, xətvari, neştərvari, eni 1,5-5 mm, saplaqlı, ucu biz, alt tərəfi ensizdir. Yarpaq saplağı qısadır. Çiçəkləri 4 hissəli, yaşımtıl rənglidir, yarpaqların qoltuğundan çıxan 10-12 ədəd çiçək qrupunda yerləşir. Ləçəkləri xırdadır və ya yoxdur. Sütuncuğu 2-3 bölümlüdür.
İmeretin murdarçası
İmeretin murdarçası (lat. Rhamnus imeretina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
İshal murdarçası
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
Daur murdarçası
Daur murdarçası (lat. Rhamnus davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Monqolustan, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan ağacdır. Ağacın qabığı tünd, qaramtıl-qonur rənglidir, nisbətən yaşlı ağaclarda çatlar əmələ gəlir.Cavan budaqlar tüklü yaşıldır, sonralar boz və ya açıq qəhvəyi rəngli olur. Budaqların ucunda adətən iri tumurcuq yerləşir. Yarpaqlar qarşı-qarşıya və ya növbəli yerləşir, üst səthi parlaq, yaşıl rənglidir, alt tərəfi boz- yaşıl, çılpaq və ya damar boyu tükcüklüdür. Uzunsov oval və ya oval formalı olub, eni 5-10 sm-dir, kənarı dişlidir. Çiçəklər yaşımtıl sarıdır, zəngşəkillidir, uzunluğu 4-6 mm-dir. Meyvəsi şarşəkilli çəyirdəkdir, tünd göy rəngdədir, diametri 5-7 mm-dir.