Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Musaqulu kəndi (Xoy)
Musaqulu kəndi və ya Dizac-i Murtuzakənd (fars. ديزج مرتضي خان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Mürsəqulu
Mürsəqulu — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Fikrət Mursaqulov
Fikrət Mursaqulov (10 iyul 1955, Qızılhacılı, Marneuli rayonu – 31 may 1988) — azərbaycanlı jurnalist, şair. == Həyatı == Fikrət Mursaqulov 10 iyul 1955-ci ildə Gürcüstan SSR-nin Marneuli rayonunda anadan olmuşdur. İki il sonra görmə qabiliyyətini itirmişdir. 1964-1975-ci illərdə Bakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində təhsil almışdır.. 1975-1980-ci illər şairin tələbəlik illəridir.Ali təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində almışdır. 1980-ci ildə təhsilini tamamlayıb, həmin ilin 1 sentyabrından 1988-ci ilin may ayına qədər Azərbaycan Korlar Cəmiyyətinin məətbəəsində baş redaktor vəzifəsində çalışmışdır.1986-1988-ci illərdə "Aşıq Ələsgərov poetikası" namizədlik dissertasiyasi şair-alimin ölümü səbəbindən yarımçıq qalmışdır. 31 may 1988-ci ildə vəfat etmişdir və Marneuli rayonundakı (Gürcüstan) Qızılhacılı kəndində ailəvi məqbərədə torpağa tapşırılmışdır. == Yaradıcılığı == Fikrət Mursaqulov gözdən əlilliyinə baxmayaraq, XX əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olmuşdur. Yazıları "Ulduz", "Azərbaycan" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Gürcüstan", "Axali Marneuli" qəzetlərdə, eləcə də "Yaşıl budaqlar" almanaxinda dəfələrlə dərc edilmişdir. Şairin ölümündən sonra Məmməd Nazimoğlunun təşəbbüsü və Qulu Kəngərlinin sponsorluğu ilə "Təsəlli" şeirlər toplusu (Bakı, 2007, 220 səhifə) oxucuların ixtiyarına buraxılmışdır.
İsmayıl Mursaqulov
İsmayıl Həsən oğlu Mursaqulov (13 noyabr 1939, Qızılhacılı, Marneuli rayonu – 3 fevral 1990, Bakı) — professor, 20 Yanvar şəhidi. İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Professor İsmayıl Mursaqulov Sumqayıt Polimer Materialları İnstitutunun ən potensialı və perspektivli şöbə müdirlərindən biri idi. İsmayıl Həsən oğlu Mursaqulov 1939-cu il noyabrın 13-də Gürcüstan Respublikası, Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1947-ci ildə Marneuli orta məktəbinin birinci sinfinə daxil olmuş, oranı 1958-ci ildə qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1963-cü ildə fərqlənmə diplomu ilə qurtarmışdır. Universiteti bitirdikdən sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilmiş və orada bir neçə ay müddətində laborant vəzifəsində işləmişdir. 1963-cü ilin sonunda SSRİ Elmlər Akademiyası Ümumi Kimya İnstitutunun (Moskva) aspiranturasına daxil olmuş və oranı 1966-cı ildə başa vurmuşdur. 1967-ci ilin əvvəlində həmin institutun elmi Şurasında namizədlik dissertasiya işini müdafiə etmişdir. 1966–1967-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1967–74-cü illərdə isə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir.
Mürşüdqulu xan
Mürşüdqulu xan (Dekkan sultanlıqları – 30 iyun 1727, Mürşüdabad[d]) — 1717–1727-ci illərdə Benqalın nəvvabı. Hindistanda Böyük Moğol imperiyasının zəiflədiyi dönəmdə Benqal dövlətinin hökmdarı oldu. O, Babur xanədanı üzvlərinə vergi ödəməyi dayandırıb ölkəsini müstəqil elan etdi. Öz adına Mürşüdabad adlı şəhər saldırıb paytaxt elan etdi. Uğurlu hərbi yürüşlər edib, Bihar və Orissanı da ələ keçirdi. İqtisadiyyatı inkişaf etdirmək üçün bəzi tədbirlər həyata keçirdi. Getdikcə güclənən ingilis təhlükəsini duyub, Fransa ilə yaxınlaşdı. Mürşüdqulu xan 30 iyun 1727-ci ildə vəfat etdi.
Səhra müşğülü
Mürşüdqulu xan Ustaclı
Mürşüdqulu xan Şahqulu sultan oğlu Çavuşlu-Ustaclı (?-1587) — qızılbaş əmiri, I Şah Abbas Səfəvinin lələsi, dövlət vəkili. Mürşüdqulu xan Ustaclı elinin Xorasan qrupundandır. O, Herat hakimi Əliqulu xan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu xan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saxladı. Əliqulu xan Şamlıdan sonra I Şah Abbas Səfəvinin lələsi olmuşdu. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə ittifaqa girərək, Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir.