Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
Mutand
Mutant, orqanizmin X, Y, Z, Qamma və buna bənzər hiper şüalanmaya məruz qalması nəticəsində hüceyrə nüvəsindəki DNT ardıcıllığının və qıvrımlarının dəyişdirilməsi nəticəsində canlıların fizioloji və bioloji xüsusiyyətlərində göz ilə görünən dəyişikliklərin müşahidə edilməsidir.
Mutant
Mutasiya (lat. mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan geniş istifadə edilir. Mutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edən Huqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığı Enotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.
Mutizm
Mutizm (lat. mutus — lal, dinməz) — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal.
Rutinq
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Aechmea mutica
Aechmea mutica (lat. Aechmea mutica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Avena mutica
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Coreopsis mutica
Electranthera mutica (lat. Electranthera mutica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin electranthera cinsinə aid bitki növü.
Lepechinia mutica
Lepechinia mutica (lat. Lepechinia mutica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lepechinia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alguelagum muticum (Benth.) Kuntze Sphacele mutica Benth.
Musine Kokalari
Musine Kokalari (alb. Musine Kokalari; 10 fevral 1917, Adana, Osmanlı imperiyası – 24 avqust 1983) — Alban yazıçı. Albaniyada kitabı çap edilən ilk qadın yazardır. Gənclik illərində üç əhvalat kitabı çap olunan Kokalari, İkinci Dünya müharibəsindən sonra "xalq düşməni" kimi günahlandırılaraq həbs olunmuşdur. 18 ilini həbsxanada, 19 ilini isə konslagerdə keçirmişdir. Ömrü boyu bir daha yazı yazmasına icazə verilməmişdir. 10 fevral 1917-ci ildə Adanada dünyaya gəlmişdir. Əslən Ergirili olan ailəsi ilə birlikdə 1920-ci ildə Albaniyaya köçmüşdür. Ədəbiyyat təhsili almaq üçün 1938-ci ildə Roma Sapienza Universitetinə daxil olmuş və 1941-ci ildə Osmanlı dövründə yaradıb-yaratmış alban şairi və yazıçısı olan Naim Fraşeri barəsində doktorluq dissertasiyası yazaraq təhsilini tamamlamış və ölkəsinə geri dönmüşdür. Albaniyaya döndükdən sonra xalq mədəniyyətindən ilhamlanan hekayələrini kitab halında çap etdirmişdir.
Paolo Nutini
Paolo Nutini (d. 9 yanvar 1987, Peysli) Şotlandiya doğumlu müğənni. Atası İtaliya, Toskana əsilli olmasına baxmayaraq, anası əslən Böyük Britaniyadandır. Nutininin çıxış albomu These Streets, 2006-cı ilin iyul ayında İngiltərədə çıxmışdır. Albomda Last Request, Jenny Don't Be Hasty və New Shoes kimi mahnılar yer almışdır.
Sarothra mutila
Hypericum mutilum (lat. Hypericum mutilum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Sarothra mutila (L.) Y.Kimura Hypericum mutilum subsp. latisepalum (Fernald) N.Robson Hypericum mutilum subsp.
Satureja mutica
Satureja mutica (lat. Satureja mutica) – dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Vera Muxina
Vera Muxina (rus. Ве́ра Игна́тьевна Му́хина; latış. Vera Muhina‎; 19 iyun (1 iyul) 1889, Riqa – 6 oktyabr 1953[…], Moskva) — Sovet heykəltaraşı. SSRİ xalq rəssamı (1943). 5 dəfə (1941, 1943, 1946, 1951, 1952) Stalin mükafatı laureatı. Vera Muxina 1 iyul 1889-cu ildə Riqada sahibkar ailəsində anadan olmuşdur. Muxinlər ailəsi XIX əsrin birinci yarısından Riqada məşhur idilər. Onlar şəhər salır, maarifçiliyə pul ayırır, xeyriyyəçiliklə məşğul olurdular, bir sözlə əsl sahibkarlar kimi tanınırdılar. Lakin onların məişəti dvoryanlardan az fərqlənirdi. Atası İqnati Kuzmiç çətənə lifinin ticarəti ilə məşğul olurdu.
Electranthera mutica
Electranthera mutica (lat. Electranthera mutica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin electranthera cinsinə aid bitki növü.
Lutinq (videooyun)
Yağmalamaq, ölüsoyanlıq, çapovulçuluq, talançılıq və ya lutinq (ing. Looting, orfoqrafik səhvlərlə lewting) — rol oyunları, MMOG və ÇİP kimi videooyunlarında oyunçu personajın hansısa bir məxluqun və ya başqa bir oyunçunun cəsədindən oyun-içi valyuta, ovsunlar, avadanlıq və silah kimi əşyaları əldə etməsi prosesi. Yağmalanan bu əşyalar oyunçunun öz inventarına yerləşdirilir. Yağmalanan qənimətlər hansısa bir məxluqu və ya başqa bir oyunçunu öldürəndə verilən mükafat hesab edilir.
Sphacele mutica
Lepechinia mutica (lat. Lepechinia mutica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lepechinia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alguelagum muticum (Benth.) Kuntze Sphacele mutica Benth.
Mark Mitin
Mark Borisoviç Mitin (rus. Марк Борисович Митин; 22 iyun (5 iyul) 1901, Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası – 15 yanvar 1987, Moskva) — SSRİ filosofu, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı (1943). == Həyatı == === İlk illəri === Mark Borisoviç Mitin Rusiya imperiyasının Volın quberniyası tərkibində olan Jitomir şəhərində (indiki Ukrayna) anadan olmuşdur. === Elmi fəaliyyəti === Mark Mitin Kommunist Tərbiyəsi Akademiyası direktorunun müavini və Fəlsəfə İnstitutunun direktorunun müavini kimi çalışmışdır. O, 1956–1960-ci illərdə Ümumittifaq Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin idarə heyətinin sədri, 1960–1967 "Voprpsı filosofii" jurnalının baş redaktoru olmuş, 1967-ci ildən SSRİ EA Rəyasət Heyətinin İctimai elmlər bölməsi yanında xarici ideoloji cərəyanlar problemləri Elmi şurasının sədri kimi çalışmışdır. Mitin marksist fəlsəfənin inkişafında Lenin mərhələsi, fəlsəfənin partiyalılığı, dövlət və sosialist demokratiyası, nəzəriyyəsi məsələləri və s. ilə məşğul olmuşdur. === Siyasi fəaliyyəti === Mark Mitin 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1939–1944-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun direktoru olmuşdur. Mitin Sovet İttifaqı Kommunist Partiyasının XVIII–XX qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir.
Metin Oktay
Mətin Oqtay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oqtaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oqtayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Mumin Surəsi
40-cı surə əl-Mumin (Mömin) surəsi (Məkkədə nazil olmuşdur, 85 ayədir). Surə adını 28-ci ayətində keçən və inanan, iman gətirən şəxs anlamında işlənən mumin (mömin) sözündən almışdır. Bu surədə Qurandan, Nuh qövmündən Allaha iman edənlərin cənnətə girəcəklərindən, Allahı inkar edənlərin cəzalandırılacaqlarından, Musa peyğəmbərdən, firondan, qiyamət günündən bəhs olunur.
Mutay Ulbaşov
Mutay Ulbaşov ( qaraç.-balk. Улбашланы Исмаилны жашы Мутай; 1 yanvar 1923-cü il Şaurdat, Çerek rayonu, KBMSSR - 9 dekabr 2005, Nalçik, Kabarda-Balkariya ) — rəqqas, baletmeyster, xoreoqraf. Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, RSFSR xalq artisti, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, "Kabardinka və "Assa" rəqs ansambllarının rəhbəri. Ulbaşov Mutay İsmayıl oğlu 1 yanvar 1923-cü ildə Şaurdat kəndində anadan olub. Milliyyətcə balkardır. 1933-cü ildə orta məktəbi bitirdikdən sonra Nalçikdə yerləşən Kabardino-Balkariya ansamblında rəqqas kimi fəaliyyətə başlayır. 1942-ci ilin iyul ayında 1943-cü ilin iyul ayına qədər Sovet ordusundan xidmət edib. Xidmətdən geri döndükdən sonra ansamblda fəaliyyətini bərpa edir. 1944-cü ilin mart ayında Qırğızıstan Sovet Sosialist Respublikasının Bişkek (o dövrdə Frunze) şəhərinə sürgün edilib. Bura gəldikdən sonra Qırğız filarmoniyasının rəqqas solisti olur.
Mətin Eynullayev
Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Mətin Hüseynov
Mürine
Mürine (fr. Murinais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38272. Kommunanın 2012-ci il üçün əhalisi 379 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 345 ilə 667 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.