Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akim Muxtarlı
Akim Muxtarlı (10 sentyabr 1949, Comardlı, Sisian rayonu – 26 may 2017, Bakı) – Cərrah-travmatoloq, tibb elmləri üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == Akim Muxtarlı 10 sentyabr 1949-cu ildə Qərbi Azərbaycanın Sisian (keçmiş Qarakilsə) şəhərinin Comərdli kəndində anadan olub. 1976-cı ildə N.Nərimanov adına ADTU-i Uşaq cərrahı ixtisası ilə bitirmişdir. İlk əvvəl Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında uşaq cərrahı, Bakı-Almaniya hərbi hospitalında cərrah-travmatoloq, Bakıda Tibb Universitetinin M.Nağıyev adına Təcili tibbi yardım xəstəxanasında cərrahı xəstəliklər kafedrasında müəllim cərrah və İran İslam Respublikasında cərrah-travmatoloq və ginekoloq vəzifələrində çalışmışdır. Akim Muxtarlı Azərbaycan tibb sahəsinə yeni üsullarını gətirərək yeniliklər etmişdir. Özü tərəfindən ixtira edilmiş, dünyada bərabəri olmayan, ultra səs aparatı vasitəsi ilə bir çox xəstəliklər — o cümlədən öd daşları, mədə xorası, bağırsaq xəstəlikləri, hemikoloektamiya, çat, siviş, uşağlığın fibroması, borunun və yumurtalığların xəstəlikləri, kriptarxizm, sünnət, bədxassəli şişlər, dəbəliklər, uşaq serebral iflici, mioteapiya ,meningit, onurğa, oynaq ağrıları və s. kimi xəstəliklərin müalicəsi təmin edilmişdir. Akim Muxtarlının müalicə metodları əsasən xalq təbabətində bitkilərdən alınan dəmləmələri,lasiyonlar,antiseptiklər, arı məhsullarına, gümüş suyuna əsaslanırdı. Alimin elmi işləri, elmi təqdiqatları və müalicə üsulları İran, Rusiya, Türkiyə, Amerika, Almaniya, İsrail və başqa ölkələrdə böyük maraqla qarşılanmışdır. O, dəfələrlə ölkəmizdə və xarici ölkələrdə elmi-konfranslarda iştirak etmiş, bir sıra xəstəxanalar və elmi instutlarla əməkdaşlıq etmişdir.
Kamal Muxtarlı
Kamal Camal oğlu Muxtarlı (3 oktyabr 1958, Qax – 27 dekabr 2020) — Qax Rayon İcra Hakimiyyətinin başçısı, Qax Şəhər Bələdiyyəsinin üzvü, Qax Şəhər Sovetinin üzvü və sədri. == Həyatı == Kamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1975–1978-ci illərdə Qax konserv zavodunda fəhlə işləmişdir. 1978–1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1980–1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir. 1993–1995-ci illərdə Turan İstehsal-Kommersiya firmasının direktoru işləmişdir. 1995-ci ilin yanvar ayından Qax Peşə Liseyinin direktoru olmuşdur. Kamal Muxtarlı 27 dekabr 2020-ci il tarixində vəfat etmişdir. O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir.
Muxtarın qayıdışı (teleserial, 2003)
Muxtarın qayıdışı — rus detektiv serialı. Serialda Şukino rayonunun polis əməkdaşlarının və onların sadiq xidməti-axtarış iti Muxtar barədə bəhs olunur. Serial 3 adda yayımlanmışdır: Muxtarın qayıdışı (1-ci mövsüm), Muxtarın qayıdışı-2 (2-10-cu mövsümlər) və Muxtar. Yeni iz (11-ci mövsümdən hazırkı dövrədək).
Osman Muxtari
Siracəddin Osman Muxtari (1074 – 1149) — Qəznəvi saray şairi. == Həyatı == Siracəddin Osman Muxtari Qəznəvi farsdilli ədəbiyyatda özünün 8 min beytlik divanı və "Şəhriyarnamə" poeması ilə məş-hurdur. Şairin bu poeması vaxtilə Firdövsinin yazdığı "Şahnamə" epopeyasının davamıdır. Poemada Rüstəmin nəticəsi Bərzunun oğlu Şəhriyarın qəhrəmanlığından bəhs olunur. Mifik qəhrəman olan Şəh-riyarın bütün şücaəti Hindistanda olur. Firdovsidə bəhs edilən İran-Turan artıq bu poemada yoxdur. Poemada Qəznəvilərin siyasəti ön plana çəkilmişdir. Burada müsəlman və qeyri-müsəlman olan hind tayfaları arasındakı mübarizədən bəhs olunur. Poema Sultan Məsuda III ithaf olunur. Muxtari onun üzərində üç il işləmişdir.