Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəğmələr
Nəğmələr – Azərbaycan ədəbiyyatında lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Qara kəlim aranda, Çıxar gün qızaranda. Xodaq murada çatar, Kəlindən bar alanda. (Holavar)Nənəm, a ağbaş qoyun, Qarlı dağlar aş, qoyun. Yağından plov olar, Quyruğundan aş, qoyun. (Sayaçı sözü)Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır.
"Sərvan" nəğmələri
“Sərvan” nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə “sərvanlar” söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. “Sarvan” nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları (“Yoluva qoymuşam iydə”, “Yoluva qoymuşam kahı”, “Yoluva qoymuşam qəndi”, “yoluva qoymuşam alma” və s.) “sərvanlar”ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. “Sərvan” nəğmələri bir çox hallarda oxşar nəqarətlərlə oxunur. “Aş gəl, aş gəl” nəqarətli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Beşik nəğmələri
Beşik nəğmələri — folklor növü; körpə uşaqları oxşamaq, əzizləmək, ovutmaq və yatırtmaq məqsədilə beşik başında avazla oxunan nəğmələr. Formaca müxtəlif (daha çox bayatı şəklində) olur. Beşik nəğmələrinə el arasında bəzən "nənnilər" (ninnilər) də deyilir. Bu nəğmələrdə ana öz körpəsinin boy-buxununu, hərəkətlərini şirin bir dillə əzizləyib tərifləyir, ona gümrahlıq, xoşbəxtlik, uğurlu tale arzulayır. Beşik nəğmələrinə laylalar, nazlamalar və oxşamalar daxildir. Həzin avazla oxunan laylalar körpənin duyğularına emosional təsir göstərir və onu uyudur. Nazlama və oxşamalarda isə körpənin iməkləməsi, dil açması, yeriyib-yüyürməsi, böyüyüb başa çatması və s. arzulanır. Beşik nəğmələri həcmcə yığcam, ölçü və bənd quruluşuna görə oynaqdır. == Ədəbiyyat == Azərbaycan ədəbiyyatı tarixi. .
Homer nəğmələri
Homer nəğmələri (yun. Ομηρικοί Ύμνοι) e.ə. VII - V əsrə aid tanrı və ilahələr şərəfinə və tərənnümünə həsr olunmuş 33 antik yunan poetik şer nümunələri külliyatı. == Başlıqlar == == İstinadlar == == Mənbələr == Thomas William Allen (Hrsg.): The Homeric Hymns. 2. Aufl. Oxford University Press, London 1936. Neuausgabe: Hakkert, Amsterdam 1980, ISBN 90-256-0820-5 Albert Gemoll (Hrsg.): Die Homerischen Hymnen. Teubner, Leipzig 1886 (mit Kommentar) Homerische Götterhymnen, Übersetzung von Thassilo von Scheffer. Jena, Diederichs 1927 Gerd von der Gönna und Erika Simon (Hrsg.): Homerische Hymnen.
Kümzaru nəğmələri
Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Kümçü nəğmələri

Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Gümçü-ipəkçi nəğmələri
Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Azərbaycan Türk El Nəğmələri
Azərbaycanda 1927-ci ildə çap olunmuş xalq mahnılarından ibarət ilk məcmuə. Not yazıları Üzeyir Hacıbəyova və Müslüm Maqomayevə məxsusdur. Mahnıların əksəriyyəti xanəndə Cabbar Qaryağdıoğlunun ifasından yazılmış və onlardan bir hissəsi səs və fortepiano və yaxud da xor üçün işlənilmişdir.
“Azərbaycan Türk El Nəğmələri”
Azərbaycanda 1927-ci ildə çap olunmuş xalq mahnılarından ibarət ilk məcmuə. Not yazıları Üzeyir Hacıbəyova və Müslüm Maqomayevə məxsusdur. Mahnıların əksəriyyəti xanəndə Cabbar Qaryağdıoğlunun ifasından yazılmış və onlardan bir hissəsi səs və fortepiano və yaxud da xor üçün işlənilmişdir.
Həməşəra şəhəri
Həməşəra şəhəri — Muğanın «paytaxtı» kimi tanınmış qədim Həməşara şəhəri Azərbaycanın o zamankı dövrdə ən böyük şəhərlərindən birinə çevrilmiş və sonralar monqollar tərəfindən dağıdılmışdır. Tarixi mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilir. Ərəblərin hücumundan sonra Həməşəra şəhəri dağılıb və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşıb. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astarxanbazar şəhəri əyalətin mərkəzinə çevrilib.Fəzlullah Rəşidəddinin «Came-ət-təvarix» kitabına istinad edərək, qeyd edir ki, «Qazan xan Biləsuvara gəldi, Həməşara şəhərinin yaxınlığındakı Talış diyarının ən yüksək zirvələrinin birinə qalxdı. O, orada meşələrə adam göndərir, müxtəlif heyvanları, ceyran, cüyür, dağ kəli və s. arata elətdirib zirvənin ətrafında düzəldilmiş pəyələrə saldırardı».1848-ci ilin əvvəllərində qədim Həməşara şəhərinin xarabalıqlarında (Həməşəra 11 dəfə yerlə yeksan olub; 7 dəfə sel və zəlzələ, 8-ci dəfə xəzərlər, 9-cu dəfə ərəblər, 10-cu dəfə monqollar, 11-ci dəfə Nadir şah tərəfindən. S.N.) bir neçə rus kəndli ailələri məskən salmışlar.