Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yusif Nəğməkar
Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu; 15 iyun 1955, Birinci Aşıqlı, Jdanov rayonu) — şair, yazıçı, 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Aşıqlı kənd 8-illik, sonra isə Beyləqan rayon 1 saylı orta məktəbində (1961–1971) almışdır. Kənd təsərrüfatı sahəsində 2 il çalışmış və eyni zamanda rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. Həmin illərdə şeirləri, oçerk və məqalələri, publisistik ədəbi-tənqidi yazıları ilə özünü oxucu auditoriyasına tanıtmışdır. Daha sonra N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirərək (1973–1977) Ana dili və Ədəbiyyat ixtisası almışdir. Həmin illər ərzində o, həmçinin ali jurnalistlik kurslarını bitirərək müvafiq ixtisasa da yiyələnmişdir. Təyinatla göndərildiyi Beyləqan rayonu Örənqala qəsəbə orta məktəbi və Orta Əlinəzərli kənd 8-illik məktəbində dil-ədəbiyyat və musiqi müəllimi işləmişdir. (1977–1983). Rayonda müəllim işlədiyi vaxtlarda mətbuatda- "Ədəbiyyat və İncəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" "Sovet kəndi" qəzetlərində, "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaydjcan" jurnallarında, "Sabir poeziya günləri", "Çinar pöhrələri", "Poeziya" və digər bu kimi ədəbi almanaxlarda yeni ruhlu şerləri ilə çıxış etmişdir.
Qaratoyuq nəğməsi
Yol Nəğməsi (film)
Yol Nəğməsi 1955-ci ildə Hindistanda çəkilmiş drammatik üslublu filmdir.Ssenarisini banqladeşli yazıçı Bibutibuşan Bandyopadyay qələmə almış, rejissorluğunu isə həmyerlisi Sətyajit Ray üstlənmişdir.Filmə Banqladeş hökuməti rəsmi tərəfdaş olmuş və mavi ekrana daşınmasında maddi cəhətdən sponsorluq etmişdir. Tamamilə qeyri-peşəkar kollektivin və cəmi 3 min dollarlıq kiçik bir məbləğin hesabına çəkilən film rejissorun Apu üçlüyü adlanan silsilə filmlərindən ikincisi və ən məşhurudur.Filmin arxa fon musiqi və janr səsləndirilməsi Ravi Şankar tərəfindən reallaşdırılmışdır. Film az müddət sonra Cannes Film festivalında Qızıl Palma mükafatına layiq görüldü.Eyni zamanda, Ən yaxşı film kateqoriyasında Bodil Mükafatının sahibi olaraq BAFTA mükafatına namizəd kimi irəli sürüldü. İştirakçılar Mövzusu Film 20-ci illərdə Hindistanın qərb əyalətlərinin birində Nişçindipur adlı kiçik bir kəndin yoxsul bir ailəsi haqqındadır.İllərdir bu kəndin sakini olan ailənin başçısı Harihar xəyalpərəst və bacarıqsız bir adamdır.Torpaq sahibinin kiçik işlərinə qaçan, dini mərasimlərdə insanlara dualar edərək az maaşla ailəsini dolandırmağa çalışan bir Buddist rahibidir.O, ömrü boyu teatr tamaşaçıları üçün pyeslər yazıb şöhrət əldə etmək xəyallarında olmuşdur.Təhsilli olması ilə öyünsə də, bunun o qədər də önəm kəsb etmədiyini özü də dərk edir.Ölən qardaşının borclarını ödəmək məqsədi ilə meyvə bağçalarını da qonşulara satmaq məcburiyyətində qaldıqdan sonra maddi vəziyyəti daha da ağırlaşır. Ərinin əksinə kifayət qədər bacarıqlı və avtoritar bir qadın olan Sərbocaya daha realist düşünür.Evin bütün yükü də onun üstündədir.Evin iki uşağı olan Durqa və Apunun problemlərini yoluna qoymalıdır.
Bir həsrətin nəğməsi
Bir həsrətin nəğməsi qısametrajlı sənədli filmi rejissor Ziya Şıxlinski tərəfindən 1997-ci ildə çəkilmişdir. "Azanfilm" Studiyasında istehsal edilmişdir. Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. == Məzmun == Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı1997-ci ilin Azərbaycan filmləri1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == İzlə Bir həsrət nəğməsi "Səs" qəzeti. 5 oktyabr 2007. səh. 12.
Nəğməkar torpaq (film, 1981)
Nəğməkar torpaq — Azərbaycan istehsalı sənədli film. == Məzmun == Azərbaycanın incəsənət ustalarının iştirakı ilə çəkilmiş bu film kino dili ilə Azərbaycanın rəngarəng və günəşli palitrasını tamaşaçılara təqdim edir. Filmdə muğam musiqisi, müasir estrada mahnıları və xalq melodiyaları əsasında yaradılmış caz kompozisiyaları səslənir. == Film haqqında == Filmdə "Arşın mal alan" bədii filmindəki kadrlardan istifadə edilmişdir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülmüşdür. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Vaqif Səmədoğlu, Ruslan Şahmalıyev Quruluşçu rejissor: Ruslan Şahmalıyev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkar: Tofiq Quliyev Musiqi rəhbəri: Tofiq Quliyev Redaktor: Faiq Dərgahov Səs operatoru: Akif Nuriyev Quruluşçu rəssam: Fikrət Əhədov Filmin direktoru: Tələt Rəhmanov, İbrahim Səfərov Mətni oxuyan: Şahmar Ələkbərov Musiqilərindən istifadə edilən bəstəkarlar: Üzeyir Hacıbəyov, Sergey Raxmaninov, Aleksandr Skryabin, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Elza İbrahimova, Mehriban Əhmədova === Rollarda === Zilli Namazov — neftçi (titrlərdə yoxdur) Vəliəhd Vəliyev — neftçi (titrlərdə yoxdur) === Filmdə iştirak edənlər === Niyazi Rəşid Behbudov Müslüm Maqomayev Lütfiyar İmanov Zeynəb Xanlarova Fərhad Bədəlbəyli Habil Əliyev Polad Bülbüloğlu Gülarə Əliyeva Xuraman Qasımova Flora Kərimova Akif İslamzadə Aşıq Hüseyn Saraclı Xeyransa Məmmədova Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Mirzə Fətəli Axundov Adına Azərbaycan Dövlət Opera və Balet Teatrı Azərbaycan Dövlət Rəqs Ansamblı "Qaya" Vokal-İnstrumental Ansamblı "Qarabağ bülbülləri" ansamblı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Nəsrlə yazılmış Milad nəğməsi
Nəsrlə yazılmış Milad nəğməsi: Ruhlarla Yul hekayəsi (ing. A Christmas Carol. In Prose. Being a Ghost Story of Christmas) — Çarlz Dikkens tərəfindən yazılmış və daha çox "Milad nəğməsi" (ing. A Christmas Carol) adıyla tanınan povest-nağıldır. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər.
Səhər nəğməsi (film, 1950)
== Məzmun == Film-konsert Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr olunmuşdur.
Torpağın nəğməsi (film, 1980)
== Məzmun == Film Salyan bölgəsinin pambıqçılarından danışır.
Yol nəğməsi (film, 1955)
Yol Nəğməsi 1955-ci ildə Hindistanda çəkilmiş drammatik üslublu filmdir.Ssenarisini banqladeşli yazıçı Bibutibuşan Bandyopadyay qələmə almış, rejissorluğunu isə həmyerlisi Sətyajit Ray üstlənmişdir.Filmə Banqladeş hökuməti rəsmi tərəfdaş olmuş və mavi ekrana daşınmasında maddi cəhətdən sponsorluq etmişdir. Tamamilə qeyri-peşəkar kollektivin və cəmi 3 min dollarlıq kiçik bir məbləğin hesabına çəkilən film rejissorun Apu üçlüyü adlanan silsilə filmlərindən ikincisi və ən məşhurudur.Filmin arxa fon musiqi və janr səsləndirilməsi Ravi Şankar tərəfindən reallaşdırılmışdır. Film az müddət sonra Cannes Film festivalında Qızıl Palma mükafatına layiq görüldü.Eyni zamanda, Ən yaxşı film kateqoriyasında Bodil Mükafatının sahibi olaraq BAFTA mükafatına namizəd kimi irəli sürüldü. İştirakçılar Mövzusu Film 20-ci illərdə Hindistanın qərb əyalətlərinin birində Nişçindipur adlı kiçik bir kəndin yoxsul bir ailəsi haqqındadır.İllərdir bu kəndin sakini olan ailənin başçısı Harihar xəyalpərəst və bacarıqsız bir adamdır.Torpaq sahibinin kiçik işlərinə qaçan, dini mərasimlərdə insanlara dualar edərək az maaşla ailəsini dolandırmağa çalışan bir Buddist rahibidir.O, ömrü boyu teatr tamaşaçıları üçün pyeslər yazıb şöhrət əldə etmək xəyallarında olmuşdur.Təhsilli olması ilə öyünsə də, bunun o qədər də önəm kəsb etmədiyini özü də dərk edir.Ölən qardaşının borclarını ödəmək məqsədi ilə meyvə bağçalarını da qonşulara satmaq məcburiyyətində qaldıqdan sonra maddi vəziyyəti daha da ağırlaşır. Ərinin əksinə kifayət qədər bacarıqlı və avtoritar bir qadın olan Sərbocaya daha realist düşünür.Evin bütün yükü də onun üstündədir.Evin iki uşağı olan Durqa və Apunun problemlərini yoluna qoymalıdır.
Ürək nəğməsi (film, 1989)
== Məzmun == Film-portret Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Tofiq Quliyevə həsr olunmuşdur. Burada yazıçı Mirzə İbrahimov, musiqiçi O.Lundstrem, rəssam Tahir Salahov, bəstəkar və müğənnilərdən Polad Bülbüloğlu, Müslüm Maqomayev, bəstəkarlardan Qara Qarayev, Kajlayev, musiqiçi Fərhad Bədəlbəyli onun barəsində söz deyirlər. Ekranda 1942-ci ilin kinoxronikası göstərilir: caz orkestri müharibə dövründə çıxş edir. Bizim günlərin kinoxronikasında biz Tofiq Quliyevi və Rəşid Behbudovu bir yerdə görürük, onların söhbətlərini dinləyirik. Müğənnilər məşhur bəstəkarın mahnılarını ifa edirlər. "Bəxtiyar" bədii filmində R.Behbudov mahnı oxuyur...
Şəfa nəğməsi (film, 1944)
== Məzmun == Film gənc həkim Hüsniyyə Diyarova haqqındadır. O, Abşeronda hərbi qospitalda işləyir və yüzlərlə cəbhəçinin sağlamlığını özünə qaytarırdı. Sonralar bu həkim cərrah-endokrinoloq, tibb elmləri doktoru, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahlıq kafedrasının professoru kimi məşhurlaşmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Qəmər Salamzadə Rejissor: Qəmər Salamzadə Bəstəkar: Tofiq Quliyev Operator: Seyfulla Bədəlov Səs operatoru: İlya Ozerski Mahnıların mətni: Məmməd Rahim Mahnı ifa edən: Bülbül == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 87-88.
Bir həsrətin nəğməsi (film, 1997)
Bir həsrətin nəğməsi qısametrajlı sənədli filmi rejissor Ziya Şıxlinski tərəfindən 1997-ci ildə çəkilmişdir. "Azanfilm" Studiyasında istehsal edilmişdir. Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. == Məzmun == Film vaxtilə Azərbaycanda yaşamış almanlardan və onların bu torpaqda qoyduqları silinməz izlərdən bəhs edir. == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı1997-ci ilin Azərbaycan filmləri1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Xarici keçidlər == İzlə Bir həsrət nəğməsi "Səs" qəzeti. 5 oktyabr 2007. səh. 12.
Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941)
== Məzmun == Xüsusi buraxılışdır. Film müharibə mövzusunda yazılmış mahnılara və şerlərə həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Operator: Mirzə Mustafayev Səs operatoru: İlya Ozerski Montaj edən: Qriqori Braginski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84-85.