Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ətirşah
Ətirşah (lat. Geranium) — ətirşahçiçəklilər sırasının ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda əsasən bəzək bitkisi kimi becərilir. Avropaya XVII əsrdə gətirilib. Vətəni Cənubi Afrikadır. Dünyada 400-dən çox növü məlumdur. Bu növlər arasında xoşətirli "pelarqonium rozeum" növü diqqəti cəlb edir. Buna xalq arasında ətirşah deyilir.
Adi ətirşah
İrikökümsov ətirşah (lat. Geranium macrorrhizum) — ətirşah cinsinə aid bitki növü.
Düzləçəkli ətirşah
Düzləçəkli ətirşah — (lat. Geranium platypetalum) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3 — ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5–7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18–20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür. == Yayılması == BQ qərbi hissəsinin rayonlarında orta (nadir hallarda) və yuxarı dağ qurşaqlarında yayılmışdır.
Qırmızı ətirşah
Geranium sanguineum (lat. Geranium sanguineum) - ətirşah cinsinə aid bitki növü.
İrikökümsov ətirşah
İrikökümsov ətirşah (lat. Geranium macrorrhizum) — ətirşah cinsinə aid bitki növü.
Əmirşah Əmirli
Əmirşah Səttar oğlu Əmirli (8 mart 2002; Binəqədi rayonu, Bakı, Azərbaycan — 28 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirşah Əmirli 8 mart 2002-ci ildə Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə Bakı şəhər 306 saylı tam orta məktəbdə təhsil almış, 7-ci sinifdə təhsilini dini kollecdə davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Əmirşah Əmirli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Əmirşah Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmirşah Əmirli 28 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Erkəkciyi tükcüklü ətirşah
Erkəkciyi tükcüklü ətirşah (lat. Geranium eriostemon) - ətirşah cinsinə aid bitki növü.
Nedirbay Aytakov
Nedirbay Aytakoviç Aytakov (türkm. Nedirbay Aytakowiç Aytakow, rus. Недирба́й Айта́ков; 1894, Mangistau yarımadası, Manqışlaq vilayəti – 28 oktyabr 1938, Moskva vilayəti) — türkmən əsilli SSRİ dövlət xadimi. 1923-cü ildən Türkistan Mərkəzi İcraiyyə Komitəsinin sədr müavini, sədri. 1925-ci ildən Türkmənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri. Əsassız olaraq repressiyaya uğramış, ölümündən sonra reabilitasiya olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Государственная власть СССР. Высшие органы власти и управления и их руководители. 1923–1991 гг. Историко-биографический справочник / Сост. В. И. Ивкин.