Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həvazin
Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu Səid və Bənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu Səqif və Bənu Əmir alt qəbilələrindən ibarət idi. Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi. Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai (Xoy)
Nəvai (fars. نوايي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. == Həyatı == Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Nəvai vilayəti
Nəvai vilayəti — Özbəkistanda vilayət.
Nəvaz Şərif
Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur. Şərif ilk baş nazirliyi dövründə o dövrkü prezident Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifədən azad edilmişdir.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat – 3 yanvar 1501, Herat) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] == Həyatı == Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.
Novalis
Novalis (alm. Novalis‎, əsl adı Fridrix fon Hardenberq, Georg Friedrich Philipp Freiherr von Hardenberg; 2.5.1772, Viderştedt — 25.3.1801, Vaysenfels) — alman yazıçısı, şairi və mistiki. Alman romantizminin nümayəndələrindən biri. == Həyatı == Zadəgan ailəsində anadan olmuşdur. İen, Leypsiq və Vittenberq universitetlərində hüquq təhsili almışdır. == Əsərləri == Gecə himnləri Saisidə tələbələr == Mənbə == G. Ağabəy, XIX əsr dünya ədəbiyyatı tarixi, Bakı-2013 == İstinadlar == == Xarici keçidlər == Novalis by Kristin Gjesdal (Stanford Encyclopedia of Philosophy) Novalis: Hymns to The Night – a translation of the work by George MacDonald A detailed review article on Novalis's importance to German culture, philosophy and science by Jeremy Adler – from The Times Literary Supplement, April 16, 2008.
Sair-Məvazi nahiyəsi
Sair-Məvazi nahiyəsi - XVIII əsrdə Naxçıvan ərazisində yaradılmış nahiyə. == Nahiyənin təşkili == XVI əsrdə Naxçıvan nahiyəsinə tabe olmuş kəndlərin hesabına Osmanlıların II idarəçiliy dövründə yaradılan Sair-Məvazi nahiyəsi qərbdən Naxçıvan, şimaldan Dərəşahbuz, qərbdən Dərənürgüt, cənubdan Əlincə nahiyələri ilə həmsərhəd olmaqla 249 km2 ərazini əhatə edirdi. == Tarixi-coğrafi yerləşməsi və inzibati quruluşu == Nahiyəyə 15 kənd və 2 məzrəə daxil idi . 1727-ci ildə Alagöz məzrəəsi kimi qeydə alınmış ərazi, 1728-ci ildə kənd kimi qeyd olunmuşdur. İndiki Babək rayonuna aid olan Nəhəcir, Sirab, Qahab, Məzrəə, Vayxır kəndləri və Culfa rayonuna aid olan Ərəfsə kəndi məhz bu nahiyənin tərkibinə daxil idi. Əfşarların idarəçiliyi dövründə Qışlağat, Mülki-Arslan, Məvaziyi-Xatın, Şahbuz nahiyələri kimi Sair-Məvazi¸ nahiyəsi də Naxçıvan mahalının tərkibində birləşdirilmişdi. Mahalın mərkəzi Naxçıvan şəhəri olmuşdur. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Baccharis nivalis
Baccharis nivalis (lat. Baccharis nivalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Erigeron nivalis
Erigeron nivalis (lat. Erigeron nivalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
FK Nevejis
Nevėžio futbolo klubas – Litvanın Kėdainiai şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Galanthus nivalis
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Nemezis əməliyyatı
"Nemezis" əməliyyatı — Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyası. Aksiyanın məqsədi erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdür. == Əməliyyatın təşkili == Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919–cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdır. Soyqırıma guya aidiyyatı olan insanların 650 nəfərlik bir siyahı tutulur, onların içərisindən 41 nəfər, "əsas günahkarlar" elan edilir. Əməliyyata rəhbərlik üçün xususi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi (orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dəki elçisi Armen Qaro idi) bununla yanaşı xüsusi fond da yaradılır (fondun rəhbəri – Şaan Satçaklyan). Operativ rəhpərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov məşğul idi. İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi, o mühacirətdə yaşayan "gənc türklərlə" yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün, 3–5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi.
Nevejis FK
Nevėžio futbolo klubas – Litvanın Kėdainiai şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Nevejis çayı
Nevejis çayı (lit. Nevėžis, rus. Невяжа, pol. Niewiaża) — Litva ərazisində formalaşan və onun ərazisindən axaraq Neman çayına tökülən çay. Neman çayının sağ qolunu təşkil edir. Litvanın Şiauliai, Kaunas, Panevej qəzaları ərazisindən axır. == Hidroqrafiya == Çayın uzunluğu 210 km, hövzəsinin sahəsi 6140 km², su sərfiyyatı 33,2 m³/s təşkil edir. Çay Orta Litva düzənliyindən axır. Noyabr ayından yanvara kimi tədricən donur. Fevraldan aprel ayına kimi isə tam donmuş vəziyyətdə olur.
Passerina nivalis
Adi şimal sərçəsi (lat. Plectrophenax nivalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinin şimal sərçəsi cinsinə aid heyvan növü. == Yarımnövləri == Plectrophenax nivalis nivalis. Plectrophenax nivalis insulae. Plectrophenax nivalis vlasowae. Plectrophenax nivalis townsendi.
Plantago nivalis
Plantago nivalis (lat. Plantago nivalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Plectrophenax nivalis
Adi şimal sərçəsi (lat. Plectrophenax nivalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinin şimal sərçəsi cinsinə aid heyvan növü. == Yarımnövləri == Plectrophenax nivalis nivalis. Plectrophenax nivalis insulae. Plectrophenax nivalis vlasowae. Plectrophenax nivalis townsendi.
Pyrus nivalis
Pyrus nivalis (lat. Pyrus nivalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Rubus nivalis
Rubus nivalis (lat. Rubus nivalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Rumex nivalis
Rumex nivalis (lat. Rumex nivalis) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Salix nivalis
Salix nivalis (lat. Salix nivalis) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Senecio nivalis
Senecio nivalis (lat. Senecio nivalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Məryəm Nəvaz Şərif
Maryam NawazW/O Shahid alam(28 oktyabr 1973, Lahor; Şablon:Dil-urdu) — Pakistanlı siyasətçi, keçmiş baş nazir Nəvaz Şərif.Məryəm Şərif əvvəllər ailənin xeyesə təşkilatlarında iştirak edirdi. Ancaq 2014-07 ledə siyasətlə maraqlanmağa başladı və 2013-cü il ümmha shahid seçkilərsə rsəhbərlip eytil. 2014- nazir ch Gənclər Proqramının Sədri təyin edildi. Ancaq Lahor Yüksək Məhkəməsinin də sədri təyin olunmasına dna 2014-cu ildə istefa verdi. 2018-ci ilin iyul ayında Avenfild istinad sənədində korrupsiya ittihamı ilə 2 milyon funt sterlinq cərimə ilə 7 il həbs cəzasına məhkum edildi. Sentyabrın 19-da İslamabad Ali Məhkəməsi onun cəzasını təxirə saldı. == Şəxsi həyatı == Məryəm 28 oktyabr 1973-cü ildə Pakistanın Lahor şəhərində Nəvaz Şərif və Gülsüm Şərifin ailəsində anadan olmuşdur.İlk təhsilini Lahordakı İsa və Məryəm monastırından aldı. Bir həkim olmaq istəyi ilə, 1980-ci illərin sonlarında Kral Eduard Tibb Kollecinə daxil oldu, lakin qeyri-qanuni qəbulla bağlı mübahisədən sonra diplomunu almadan kolleci tərk etməli oldu.
Fərhad və Şirin (Nəvai)
Fərhad və Şirin (özb. Farhod va Shirin) - özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan ikinci əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “Xosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir. Lakin, Nəvainin “Fərhad və Şirin”i həm də, özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir. Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər kimi, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir. == Məzmunu == Fərhad Çin xaqanının oğludur.
Leyli və Məcnun (Nəvai)
"Leyli və Məcnun" — özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan üçüncü əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “eyni adlı” poemasına nəzirə yazılmışdır. == Məzmunu == Nəvai də əsəri Nizami kimi başlayır. Burada Qeysin doğulması, əzizliklə böyüdülməsi, məktəbə gedib Leylini görməsi və gənclərin sevişmələri təsvir olunur. Qeys məktəbi buraxıb hər gün Leylinin qəbiləsinə gedir. Tezliklə Qeys Məcnun adı ilə məşhurlaşır. Hadisədən Leylinin atası xəbərdar olur, Məcnunun atasına qasid göndərir: Atası Məcnunu zəncirə vurur. Məcnun iztirab çəkir. Leyli gülşəndənqayıdanda İbn Salama rast gəlir.
Ben Nevis
Ben Nevis (ing. Ben Nevis) — Britaniyanın ən yüksək dağıdır.