NƏVAZİŞLİ

NƏVAZİŞLİ (mehribanlıq edən) [Muradın] sönmüş ruhuna yalnız Nigarın nəvazişli əli bir sıcaqlıq verə bilərdi (S.Hüseyn); İLIQ O, Zərifin ilıq, xoşhallandıncı baxışları altında yeriyirdi (Ə.Kərim); MEHRİBAN Mən səni çox mehriban, səmimi dindirirəm; Sən qırırsan könlümü bəzən, bəs bu nədəndir? (M.Rahim); NƏVAZİŞKAR Oqtay: O zaman mən də salona baxınca munis çöhrələr, nəvazişkar oynaq afətlər görəcəyəm ki, şux gözlərilə məni oxşayır (C.Cabbarlı).

NƏVAZİŞKAR
NƏZAKƏT

Значение слова в других словарях