Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəzirgan
Bəzirgan — tacir. Bəzirgan (aşırım) — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m.
Nəzirvan
Nəzirəvan, Nəzərəvan, Nəzirvan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzidən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Nəzərocaq qışlağı kimi, Qafqazın 5 verstlik xirtəsində Nəzravan formasında qeyd edilmişdir.1728-ci ildən mə'lumdur Toponim Nəzər şəxs adına urartu dilində "yer, ölkə" mənası bildirən ebani sözündən əmələ gələn van//avan topoformantının qoşulması yolu ilə formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 194 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 448 nəfər, 1897-ci ildə 467 nəfər, 1908-ci ildə 553 nəfər, 1914-cü ildə 613 nəfər, 1916-cı ildə 573 nəfər, 1918-ci il də 553 nəfər, 1919-cu ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə əhalisi qovulmuş və kənd dağılmışdır. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 152 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər kəndə 1923–1925-ci illərdə Türkiyədən köçürülmüşdür.
Bəzirgan (aşırım)
Bəzirgan aşırımı — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m. Laçın və Şuşa rayonları sərhədində, Bəzirgansu çayının (Həkəri çayının qolu) mənbə hissəsindədir. Yamacları meşəlikdir. Bəzirgan orta əsrlərdə şərq ölkələrində ticarətlə məşğul olan adamlara verilən addır. Farsca bəzərgan "tacir, sövdəgər" deməkdir. Çox güman ki, vaxtilə bu aşırım karvan yolunun üstündə olmuş və ticarətə xidmət etdiyindən bu adı almışdır.