Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pigging
Boru təmizləmə qurğusu (ing. Pipeline Inspection Gauge) — həm də “pigs” kimi tanınan qurğu borularda müxtəlif istismar əməliyyatları yerinə yetirmək üçün istifadə olunan təhcizatlara aiddir. Bu qurğudan boruda axan məhsulu dayandırmadan istifadə edilir. Bu qurğunun funksiyaları yalnız boruda təmizləmə və yoxlama ilə məhdudlaşmır. Onunla həm də boruda axının təzyiqi və sürəti barədə də məlumat almaq olar. Pigging uzun illər neft sənayesində böyük diametrli boru kəmərlərinin təmizlənməsi üçün istifadə olunmuşdur. Pigging nəqletmə prosesinin, demək olar ki, istənilən bölməsində üçün istifadə edilə bilər. Məsələn, doldurma və ya saxlama kimi sistemlərdə. Pigging sistemləri artıq kosmetologiya və ərzaq məhsulları tullantısı, sürtkü yağı, boya, kimya kimi müxtəlif emal sənayesində quraşdırılır. Piglər həmçinin boruların təmizlənməsi üçün neft və qaz kəmərlərində istifadə olunur.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Nargin adası

Nargin mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır. Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Nargin adası həbs düşərgəsi
Nargin adasında türk məhkumları üçün düşərgə (rus. Лагерь для турецких военнопленных на острове Нарген) — Rusiya imperiyasının Nargin adasında (indiki Böyük Zirə) qurduğu həbs düşərgəsi. 1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiya ilə döyüşən türk ordusunun əsir alınan əsgər və zabitləri olduqca ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparmalı oldular. Əsir alınanları Rusiyanın müxtəlif həbs düşərgələrinə aparmaqla yanaşı, mülki türk vətəndaşlarını Bakının müsəlman əhalisinin gözü qarşısında nümayişkaranə şəkildə Xəzər dənizindəki Nargin adası (indiki Böyük Zirə) adasına daşıyırdılar. Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdəhan bölgələrində yaşayan mülki əhali də yerləşdirildi. Onların arasında qocalar, qadın və uşaqlar da vardı. Hərbi düşərgədə almanlardan, avstriyalılardan, bolqarlardan olan çeşidli millətlərin nümayəndələri ilə yanaşı, 10 minə yaxın türk vətəndaşı da öz talelərini yaşayırdı. İçərilərində qoca, qadın, uşaq olan türk əsirlərinin şəhər əhalisinin gözü qarşısında keçidini təşkil edən çar Rusiyası çinovniklərinin hərəkətləri milli düşüncəli ziyalıların, ruhanilərin, sahibkarların çox ciddi narazılığına səbəb olurdu. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ən vacib məramlarından biri də Nargin adasında məhkumluq həyatı yaşayan türk əsgər və zabitlərini qaçırıb, onları müxtəlif bölgələrdə təhlükəsiz şəraitdə yerləşdirməkdən ibarət idi. Nargin adasından qaçırılan əsirlərin bir çoxu Osmanlı ordusunda mühüm hərbi işləri həyata keçirdiklərindən, onların döyüş təcrübəsindən yararlanmaq, erməni-rus birləşmələrinə qarşı müqavimət təşkil etmək də planlara daxil idi.
Nanjing World Trade Center Tower 1
Nanjing World Trade Center Tower 1 — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 328 m-ə bərabərdir. Binanın tikintisinəə 2011-ci ildə başlanılıb və 2016-cı ildə başa çatdırılıb.
Nattinq Uolles
Nattinq Volles (17 noyabr 1861 - 19 iyul 1941) — Amerika Birləşmiş Ştatlarının dövlət katibi, eyni zamanda fotoqraf və rəssam. Onun atmosfer fotoşəkilləri Kolonial intibah memarlığı üslubunu canlandırmağa kömək etmişdir. Albion və Elizabet Nattinqin ikinci övladı olan Nattinq Volles Massaçusets ştatının Rokbotom şəhərində 17 noyabr 1861-ci ildə anadan olmuşdur. Atası vətəndaş müharibəsində şəhid olmuşdur. Aile 1969-cu ildə İngiltərədən gələn və Massaçusets ştatının Qroton şəhərinə basqın zamanı hindular tərəfindən öldürülən Con Nattinqin nəslindəndir. Hindlilər Con Nattinqin başını kəsmiş və başqalarının ərazidə yerləşməsinə mane olamaq üçün onu dirəyə qoymuşdular. Nattinq Volles Men ştatının Aqasta şəhərində orta məktəbi bitirib. Ekster Fillips Akademiyasında, Harvard Universitetində, Hartford İlahiyyat seminariyasında və Birlik İlahiyyat seminariyasında oxumuşdur. Harvard Universitetini 1887-ci ildə bitirmişdir. Nattinq 1893-cü ildə Vitman kollecindən ilahiyyat doktoru dərəcəsi qazanmışdır.
Nattinq Volles

İnqrid Narqanq
İnqrid Narqanq (alm. Alice Ingrid Annemarie Nargang‎; d. 17 aprel 1929, Çernovtsı – 10 may 2019, Şerdinq[d], Yuxarı Avstriya[d]) — avstriyalı vəkil, hakim və müasir tarixçi. 1964-cü ildən 1993-cü ilə qədər Engelharzell bölgə məhkəməsinin rəhbəri olmuşdur. Avstriya məhkəmə sistemində kənd bölgə məhkəməsinə rəhbərlik edən ilk qadın idi. Alisa İnqrid Annemari Narqanq 17 aprel 1929-cu ildə Rumıniyanın Çernovtsı şəhərində anadan olmuşdur. O, bir Köhnə Avstriya məmur ailəsindən gəldi. Onun ulu babası klassik filoloq və orta məktəb direktoru Stefan Volff olmuşdur. Babası isə vəkil idi. Ailə Çernovtsıda yaşayırdı.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. == Tarixi == Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Haqqın Qurbanı (kitab)
Haqqın Qurbanı - şair, görkəmli maarif xadimi Qurban Musayev haqqında yazılmış xatirələr, şeirlər, yaradıcılığından nümumələr toplusudur. Baş redaktor, ideya rəhbəri, tərtibatçı, ön söz və "Qurbannamə" poema-essenin müəllifi Yusif Nəğməkardır. == Kitab haqqında == Kitabın əvvəlində şair Yusif Nəğməkar şair Qurban Musayevin yaradıcılığı ilə bağlı 25 səhifəlik “Ustad şairə ehtiram çələngi” adlı girişlə dəyərləndirmə vermişdir. Forma və mahiyyətcə zəngin olan bu kitabda müəllim-şair Qurban Musayevin öz şeirləri ilə yanaşı, onun ictimai, pedaqoji, şairlik fəaliyyətini dəyərləndirən Yusif Nəğməkar 36 nəfərin şair haqqındakı fikirlərini və xatirələrini vermişdir. Bu xatirə-dəyərləndirmənin (toplunun) içində ən çox diqqəti çəkən, şairin oğlu Məmməd Musayevin sözləridir. Burada Məmməd Musayev atası haqqında xatirələrdən, maraqlı hadisələrdən də bəhs edir. Kitabda xalq şairi Nəriman Həsənzadə də öz eloğlusu haqqında çox səmimi danışır. Əvvəlcə Qurban müəllimlə ilk görüşlərini xatırlayan Nəriman Həsənzadə şairin bəzi şeirlərinin təhlilini də verir. Nəriman Həsənzadə şairi lirik, satirik və vətənpərvər bir şair olaraq oxucuya təqdim edir. Kitabda şairin yaradıcılığı, pedaqoji fəaliyyəti, vətəndaşlıq məziyyətləri bir nəfərin deyil,36 nəfərin dilindən gəlir.
Haqqın nuru (qəzet)
"Haqqın nuru" — Qafqaz Müsəlmanları İdarəsinin həftəlik dini-ictimai qəzeti == Tarixi == İlk nömrəsi 12 mart 2010-cu ildə nəşr olunmuşdur. Qəzet Azərbaycan və rus dillərində nəşr edilmişdir. == Yubiley nömrələri == 300 – 12.02.2016. == Bağlanması == 2016-cı ildə fəaliyyətini dayandırmışdır. Qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olmuşdur.
Haqqın dərgahı (film, 1991)
== Məzmun == Kinolent Qobustandakı daş yaddaşımızla başlanır. Sonrakı kadrlarda atəşgahlar göstərilir, ulularımızın əvvəllər atəşpərətlik əqidəsinə tapındıqları vurğulanır. Daha sonralar xalqımızın islama inamından söhbət açılır. Və gözəl memarlıq abidələri olan islam məscidlərindən danışılır. Filmdə İçəri şəhərin Sınıqqala məscidi, Bakıdakı Təzəpir məsscidi, Əmircandakı Muxtarov məscidi, Balakən və Ağdamdakı məscidlər, onların fəaliyyəti haqqında bəhs olunur. Kinolentdə deyilir ki, inqilabdan əvvəl məscidlərimiz maarifçiliyin inkişafında təsirli rol oynamışdır. == Film haqqında == Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hatəm Əsgərov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Mətni oxuyan: Rasim Balayev == Sponsor == Azərbaycan Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.