Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navar (Çaldıran)
Navar (fars. ناور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (108 ailə).
Məsud ibn Namdar
Məsud ibn Namdar (XI əsr, Beyləqan – XII əsr) – XI əsr şairi. Əəsərlərini ərəb, fars və türk dillərində yazmışdır. Mənşəcə Azərbaycan türklərindən olmuşdur. == Həyatı == Ədəbiyyatşünaslar öz əsərlərində əslən beyləqanlı olan Məsud ibn Namdarın və başqalarının adlarını çəkirlər. Bunlardan "Şirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra epizodunu o dövr ərəb abidələri üçün ən ənəvi olan təmtərlaqılı ədəbi formada təsvir edən", Məsud ibn Namdar Azərbaycan mədəniyyəti tarixində özünə məxsus yer tutmuşdur. Onun həyat və yaradıcılığının ən yaxşı və son tədqiqatçısı olan V.M Beylis Məsudun orta əsrin hər hansısa bir elm sahəsində mütəxəssis olan alim deyil, ədəbi cəhətdən savadlı tipik ədib olduğunu müəyyənləşdirir. Məsudun dövrümüzə çatan əlyazması üç hissədən – hekayətlərdən, məktublardan və şeirlərdən ibarətdir. Həmin şeirlər, həyatını Beyləqən, Gəncə və Şirvanda, o dövrün bir çox şairləri kimi rəsmi dövlət vəzəfələrində keçirən bu ziyalı şəxsiyyətin bizə yetişmiş toplusunun üçdə birindən çoxunu təşkil edir. Əsasən mövzulara həsr olunmuş bu şeirlər Məsudun iş fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq şeirlərin qruplaşdırılmasında da özünü göstərir: əl-Xənziyyət (Gəncə dövrü şeirləri), əl-Beyləqanəyyət (Beyləqan dövrü şeirləri), əl-Əmniyyət (Gəncə mustavfisis Əmin əm–Mülkün adı ilə), əl-İxvaniyyət ("Dostluq"), "Köhnə şeirlər, və b.
Əbu Abdulla Məhəmməd Bin Nəmvar Təbrizi
Əbu Abdulla Məhəmməd Bin Nəmvar Təbrizi (1194, Təbriz – 1245) — Təbriz şəhərində yaşayıb yaratmış bu məşhur həkim "Ədvarül-Həmmiyət" (İsitmələrə qarşı dərmanlar) və bir sıra başqa əsərlərin müəllifidir.
Balvar
Balvar (əvvəlki adı: Balvarı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılmışdır.
Kambar
Kamlar
== Kamlar == Kamlar-moren sahələrinin flüvioqlyasial relyef forması olub, planda oval, girdə və ya qeyri- düzgün, lakin dəyirmi formalı, çeşidlənmiş laylı qum-çınqıl materiallarından təşkil olunmuş, nisbi yüksəkliyi 6-12, nadir hallarda qruplar şəklində yerləşərək “kam relyefi”ni əmələ gətirirlər. Kamlar arası çökəkliklərdə göl və bataqlıqlar yerləşir. Kamlar Kareliyada, Leninqrad, Moskva, Tver vilayəti ərazilərində geniş yayılmışdır.
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası( Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. == Tarixi == === Erkən avtomobil yarışları === 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
Namyur
Namyur- (fr. Namur, nid. Namen)- Belçikanın 10 əyalətindən biridir. Vallonskiy Brabant, Lej əyaləti, Lüksemburq əyaləti, Eno və Fransa ilə əhatələnib. İnzibati mərkəzi-Namyur şəhəridir. Əhalinin sayı 2010-cu ildə əhalinin sayı 472 281 nəfər olmuşdur. Sahəsi 3666 km²-dir. Ən əsas çayları-Maas, Sambra, Lesdir.
Narval
Narval (lat. Monodon monoceros) — ağızdan bayıra çıxan böyük dişə sahib orta ölçülü dişli balina. Qrenlandiya, Kanada və Rusiya ətrafındakı arktik sularında yaşayır. Narval ağ balina kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir. Narvalların erkəkləri uzun düz spiralvari dişlə fərqlənir, hansı ki, əslində uzanmış yuxarı sol köpək dişidir. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir. Ağ balina kimi narvallar da orta ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir; erkəklər dişilərdən bir az daha böyükdürlər. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Təqribən 11-13 yaşlarında erkəklər cinsi yetkinliyə çatırlar; dişilərdə isə bu 5-8 yaşlarında baş verir.
Naxlar
Vaynaxlar (rus. Вайнахи; çeç. вайн нах; inquş вей нах "bizim xalqımız") və ya Çeçen-İnquşlar — Şimali Qafqazın vaynax dillərində danışan xalqları- çeçenlər, inquşlar və kistlər və onlarla əlaqəli olan tarixi və az sayıda etnik azlıqlar bura daxildir. Naxlar - Sovet dönəmində nax dillərini daha böyük çərçivədə araşdırmaq üçün Gürcüstanda etnik azlıq olan batsların da vaynaxların tərkibinə qatılması nəticəsində ortaya çıxan termindir.
Nimvər
Nimvər — İranın Mərkəzi ostanının Məhəllat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,731 nəfər və 1,580 ailədən ibarət idi.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Samovar
Samovar (rus. Самова́р, köhn. azərb. سماوار Səmavar) — çay dəmləmək və dəmli çayın rənginin açılması üçün lazım olan isti suyun qaynatılmasında istifadə edilən və içərsində kömür yanan ocağı olan qab. Yaşı 3700 il olan ən qədim samovar Azərbaycanda (Şəki bölgəsində) tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir.
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Xalvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürlmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Zambar
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. == Tarixi == === Erkən dövr === Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. === Orta əsrlər === Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Alvar
ToponimlərAlvar (kommuna)
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Amsar
== Kəndlər == Amsar (Quba) — Azərbaycan Respublikasının Quba rayonunda kənd. Amsar (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. == Bələdiyyələr == Amsar bələdiyyəsi — Azərbaycan Respublikasının Quba rayonunda bələdiyyə. == Oxşar == Amsarqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Amvaj
Amvaj adaları (ərəb. جزر أمواج‎) — Hind okeanına daxil olan Fars körfəzində yerləşən suni adalardan ibarət olan arxipelaq. İnzibati cəhətdən Bəhreynin Muharrak muhafazasına daxildir. == Coğrafiyası == Amvaj adaları Muharrak adasından şimal-şərdə qərarlaşır. Arxipelaq Muharrak adası ilə uzunluğu bir kilometrə çatan iki avtomobil yolu ilə birləşir. Arxipelaq oval formaya malikdir. Onun uzunluğu 2,4 km. , eni isə 2,1 km təşkil edir. Sahəsi 2,79 km²-dir. 2010-cu ilə olan məlumata görə arxipelaqda 10000 insan yaşayır.
Damar
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür: Qan-damar sistemi:Ürək (İnsan ürəyi); Arterial sistem; Venoz sistem.Limfa sistemi.Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur. Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED === Bağırsaqboşluqlarda === Bağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir. Əvvəlcə damar sistemi diğər sistemlərlə sıx rabitədə olur, yəni mühiti ucları açıq qalır; lakin sonralar qapalı damar sisteminə çevrilir. === Nemertinlərdə === Qam-damar sisteminə ən əvvəl sadə halda yastı qurdlarda — nemertinlərdə təsadüf olunur.
Davar
Davar - qoyun, keçi kimi əhlilləşdirilmiş heyvanlara və onların sürülərinə verilən ad, mal-qara. == Etimologiyası == Davar sözü qədim türkcədəki tavar sözündəndir.
0 yanvar
0 yanvar (sıfır yanvar; alternativ adı: 31 dekabr) - bir çox astronomik və texniki materiallarda qeyd olunan mövcud olmayan təqvim tarixidir.
10 yanvar
10 yanvar — Qriqorian təqvimində ilin 10-cu günü. Bu tarixdə ilin sonuna 355 gün (uzun ildə 356 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 49 — Qay Yuli Sezar Rubikon çayını keçərək, Qədim Roma vətəndaş müharibəsini başlayıb. 1072 — Robert Qviskar Palermonu işğal edib. === 1601–1900 === 1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilmişdir. === 1901–cari === 1946 — Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur. === Azərbaycana aid hadisələr === 1954 — Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. 1992 — Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.