Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazangül
Qazangül — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində qəsəbə. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Qazangöl
Qazangöl (Ermənistan) Qazangöldağ Qazangölçay Qazangöl keçidi Qazangöl — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinda, Qazangöldağ dağının ətəyində şirinsulu göl. Qazangöl — Tovuz rayonu ərazisində Kür çayının sahilində, Ceyrançölda göl. Qazangöl — Ordubad rayonu ərazisində dağ. Hündürlüyü 3814 m. Qazangöl — Tovuz rayonunda, Kür çayının sol sahilində düz.
Xəzangül
Xəzangül Abbasqulu qızı Hüseynova (17 dekabr 1947, Qırıxlı, Marneuli rayonu) — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988). Türkiyə Avrasiya yazarlar birliyinin üzvü (2008), Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı (2016). AYB GƏNCƏ bölməsinin sədri (2014 dən). Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncədəki C. Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Gəncə şəhəri, N. Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktorudur. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Qazangöl (Ermənistan)
Qazangöl (erm. Գազան լիճ; Qazan Liç) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində keçmiş Qafan rayonunda yerləşən kiçik dağ gölü. Göl dəniz səviyyəsindən 2000 metr yüksəklikdə Zəngəzur dağlarının Qazangöldağ zirvəsinin ətəklərində yerləşir. Eyni adlı Qazangölçay öz mənbəyini buradan götürür. Üç kiçik göldən ibarət olan gölün sahəsi 0,18 km², dərinliyi isə 10 metrdir. Gölə ən yaxın kəndlər 10–15 km məsafədə yerləşən Qafan rayonunun Acıbac, Pəyhan, Keypəşin kimi azərbaycanlılar yaşamış, hal-hazırda isə ermənilər yaşayan kəndlərdir. Göl yerli azərbaycanlı və bəzən də ermənilərin baş çəkdiyi inanc, pir, istirahət yeri kimi də tanınır. Qışda gölə gedən yollar qar səbəbindən bağlı olur. Hidronim bulqarların «qazan» (<kazan) etnonimi ilə «göl» sözünün birləşməsindən əmələ gəlmişdir. Etnohidronimdir.
Qazangöl keçidi
Qazangöl keçidi — İndiki Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərhəddində keçid. Hündürlüyü 3112 metrdir. Keçidin adı Qazangöl hidronimdən götürülmüşdür. Keçid tarixi Naxçıvan ərazilərində yerləşmişdir. Bayramov İ. QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ. Bakı:Elm, 2002, s.
Xəzangül Hüseynova
Xəzangül Abbasqulu qızı Hüseynova (17 dekabr 1947, Qırıxlı, Marneuli rayonu) — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988). Türkiyə Avrasiya yazarlar birliyinin üzvü (2008), Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı (2016). AYB GƏNCƏ bölməsinin sədri (2014 dən). Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncədəki C. Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Gəncə şəhəri, N. Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktorudur. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Hakmar Nazarğol (Xaybulla)
Hakmar Nazarğol (başq. Һаҡмар Наҙарғол) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hakmar Nazarğol kəndinin milli tərkibi: başqırdlar 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 51 km., kənd sovetliyindən (Böyük Əbeş): 33 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 108 km. Hakmar çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.