Qazangöl (erm. Գազան լիճ; Qazan Liç) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində keçmiş Qafan rayonunda yerləşən kiçik dağ gölü.
Qazangöl | |
---|---|
azərb. Qazangöl, erm. Գազան լիճ | |
Ümumi məlumatlar | |
Tipi | Dağ gölü |
Mütləq hündürlüyü | 2000 m |
Sahəsi | 0,18 km² |
Həcmi | 2 km³ |
Dərin yeri | 10 m |
Orta dərinliyi | 10 m |
Axan çay | Qazangölçay |
Yerləşməsi | |
39°12′14″ şm. e. 46°00′07″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | |
|
Göl dəniz səviyyəsindən 2000 metr yüksəklikdə Zəngəzur dağlarının Qazangöldağ zirvəsinin ətəklərində yerləşir.[1] Eyni adlı Qazangölçay öz mənbəyini buradan götürür. Üç kiçik göldən ibarət olan gölün sahəsi 0,18 km², dərinliyi isə 10 metrdir.[2]
Gölə ən yaxın kəndlər 10–15 km məsafədə yerləşən Qafan rayonunun Acıbac, Pəyhan, Keypəşin kimi azərbaycanlılar yaşamış, hal-hazırda isə ermənilər yaşayan kəndlərdir. Göl yerli azərbaycanlı və bəzən də ermənilərin baş çəkdiyi inanc, pir, istirahət yeri kimi də tanınır. Qışda gölə gedən yollar qar səbəbindən bağlı olur.
Hidronim bulqarların «qazan» (<kazan) etnonimi ilə «göl» sözünün birləşməsindən əmələ gəlmişdir. Etnohidronimdir. Quruluşca mürəkkəb toponimdir.[2]