Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikelin
Nikelin — mineral, NiAs. == Haqqında == Nikelin - Heksonal. Habitus prizmatik. İkiləşmə {101} üzrə, dördlüklər. Ayrılması {100} üzrə mükəmməl. Aqreqat: dənəli, böyrəkvari (sütun və radialşüalı quruluşlu), şəbəkəli və dendrit formalı. Rəngi açıq misi qırmızı. Sərtliyi 5-5,5. Xüsusi çəkisi 7,8. Elektriki yaxşı keçirir.
Nivelir
Nivelir — Nisbi hündürlüyü nivelir adlanan alətlə ölçürlər. Nivelir (fr. nivelir-hamarlamaq) — Yer səthində olan nöqtələrin hündürlük fərqinin müəyyən edilməsi üçün geodeziya alətidir. Nivelirin əsas hissəsi düzgün olaraq üfüqi istiqamətdə qurulmuş baxış borusundan ibarətdir. Üzərində bölgüləri olan iki şaquli reykanın nivelrdən görünən rəqəmləri arasında fərq, reykanın qurulduğu nöqtələrin hündürlük fərqinə bərabərdir. Dəqiq nivelirləmə zamanı Yerin əyriliyi nəzərə alını, Günəş şüaları düz yayılır, üfüqi səth əyri görünür, xətaların aradan qaldırılması üçün nivelir iki reyka arsında qurulur. Nivelirlə hündürlüklər fərqinin müəyyən edilməsi nivelirləmə adlanır. Təpənin müəyyən yamaclarından ölçülən zaman nisbi hündürlük müxtəlif qiymətlər ala bilər. Ona görə mütləq hüdürlükdən istifadə olunur.
Vitalik Buterin
Vitali Dmitriyeviç "Vitalik" Buterin (rus. Виталий Дмитриевич Бутерин; 31 yanvar 1994, Kolomna, Moskva vilayəti) daha çox Ethereum-un həmtəsisçilərindən biri kimi tanınan rus-kanadalı proqramçıdır. O, Kriptovalyuta dünyasına 2011-ci ildə Bitcoin Magazine-in həmtəsisçisi kimi daxil olub. 2014-cü ildə Buterin, Qevin Vud ilə Ethereum-u işə saldı. == Erkən həyat və təhsil == Vitalik Buterin Rusiyanın Kolomna şəhərində kompüter alimi cənab Dmitri Buterin və xanım Natalya Amelinenin oğlu olaraq dünyaya gəlib. Ailəsi daha yaxşı iş imkanları tapmaq üçün Kanadaya köçənə kimi, 6 yaşına qədər burada yaşadı. Kanadada ibtidai məktəbin 3-cü sinfində oxuyanda onu istedadlı uşaqlar üçün xüsusi tədris sinfinə yerləşdiriblər. O yaşda riyaziyyat, iqtisadiyyat və proqramlaşdırma ilə maraqlanmağa başladı. Buterin daha sonra Torontoda özəl lisey olan Abelard Məktəbində oxuyub. Buterin Bitcoin haqqında 17 yaşında atasından öyrənib.
İtalik dilləri
İtalik dilləri — ölü Hind-Avropa dilləri (latın, falisk, umbr, osk) qrupu. İtalik dilləri Mərkəzi və Cənubi İtaliyada yayılmışdı. Osk, umbr və falisk dillərindən dövrümüzədək latın, etrusk və yunan əlifbaları ilə yazılmış 300-ə yaxın kitabə çatmışdır; ən əhəmiyyətliləri 1944-cü ildə Umbriya vilayətindəki (qədim İquvium şəhəri yaxınlığında) tapılmış e.ə 3-2 əsrlərə aid İquvium cədvəlləridir (5000 söz).
Anemone nemorosa var. nielii
Anemonoides nemorosa (lat. Anemonoides nemorosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemanthus nemorosus (L.) Fourr. Anemonanthea nemorosa (L.) Gray Anemone nemorosa L. Anemone nemorosa subsp. typica Korsh.
Niyərik
Niyərik (fars. نیارک‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafi Yerləşməsi == Kənd Lövşan şəhərindən 30 km arada və Qəzvin ostanının şimal-qərb hissəsində yerləşir. Dəniz səviyyəsində 1.160 metr yüksəklikdədir. == Mədəniyyət == Kəndin ortasınd Narınqala adında bir qala yerləşir ki uzun qidmətə malikdir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,860 nəfər yaşayır (660 ailə). === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == Görməli yerləri == Əjdaha daşı Narınqala təpəsi İmamzadə Tahir və Nuh türbəsi Çurçur şəlaləsi Aralıq məhəlləsindəki qoca çinar ağacı Qurd Qışlağı bağları Başbulaq Abas bulağı Gövhər bulağı == Din == Niyərik kəndində imamzadə tahir və Nuh türbəsi yerləşibdir ki 2009-cu ildən sonra onda əsaslı təmir işləri aparılaraq,bərpa edilmişdir. Bunlarla yanaşı kənddə cümə məscidi, Qaqalar məscidi, Cilovxanlı məscidi və Kamalabadlılar məscidi dini icmaları fəaliyyət göstərməkdədir.
Şiəlik
Şiəlik (ərəb. الشيعة‎) ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur.
Yiyəlik hal
Yiyəlik hal — İsmin 6 halından biri. İsimlərin özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik, mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s.Yiyəlik hal bi çox dildə olur məs:ingilis və ərəb və rus, alman Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir.Məsələn:Mənim Kitabım, Sənin evin Yiyəlik halının 2 forması var: Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın,nin,nun,nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab verir. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?) Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə?
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir. Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər. Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. == Tarixi zülm == === Əməvilər === Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi.
Şiəlik tarixi
Şiə İslamı, həmçinin Şiəlik olaraq da bilinən, İslamın sünni İslamından sonra ikinci ən böyük qolu. Şiələr Məhəmmədin təlimlərinə və onun ailəsinin (Əhli-Beyt) və ya Şiə imamları kimi tanınan nəslinin dini rəhbərliyinə bağlıdırlar. Məhəmmədin qan xətti yalnız Məhəmmədin nəvələri ilə birlikdə Əhli-beytdən olan qızı Fatimeyi Zəhra və əmisi oğlu Əli vasitəsilə davam edir. Beləliklə, şiələr Məhəmmədin nəslini həqiqi hidayət mənbəyi hesab edirlər. Şiə İslam sünni İslam kimi bir çox qollara bölünmüşdür; lakin bunlardan yalnız üçünün hazırda əhəmiyyətli sayda izləyicisi var və onların hər birinin ayrıca trayektoriyası var. Siyasi baxımdan şiələrin tarixi bir neçə mərhələdən ibarət olmuşdur. Birinci hissə 632-ci ildə Məhəmmədin ölümündən sonra başlayan və 680-ci ildə Kərbəla döyüşünə qədər davam edən şiələrin meydana çıxması idi. Bu hissə Əlinin, Həsən ibn Əlinin və Hüseynin imamlığı ilə üst-üstə düşür. İkinci hissə müsəlman icması daxilində şiələrin ayrı bir məzhəb kimi fərqləndirilməsi və fərqliliyi və sünni xəlifələrinin müxalifətidir. Bu hissə Kərbəla döyüşündən sonra başlayır və təxminən 900 şiə dövlətinin yaranmasına qədər davam edir.
Bir ailəlik bağ evi
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...
Bir ailəlik bağ evi (film, 1978)
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...