Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ATV Plus
ATV Plus — 16 avqust 2013-cü il tarixində fəaliyyətə başlamış efir-kabel televiziyası. Azad Azərbaycan Teleradio Yayım şirkətinin tabeliyindədir. Yayım, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin "Teleqüllə" Müəssisəsindən aparılır. Bakı, Sumqayıt və Abşeron yarımadasının ərazisində yaşayan sakinlər bu xidmətə qoşula bilərlər. 2014-cü ilin sonuna kimi kanalların sayının 120-yə çatdırılacağı gözlənilir. 2013-cü ilin dekabr ayında Rusiyanın "NTV+ Premyera" və "Disney Channel" kanallarının yayımı dayandırılmış, əvəzində Türkiyənin Kanal D və Rusiyanın "Pervıy Kanal" kanallarını yayımına başlanmışdır. 2013-cü ilin dekabr ayında Rusiyanın "Kto Yest Kto" kanalının yayımı dayandırılmış, həmin kanalın tezliyində Azərbaycannın "Region TV" kanalının yayımına başlanmışdır. 2014-cü ilin fevral ayında Türkiyənin "MCJ Shopping" kanalının yayımı dayandırılmış, həmin kanalın tezliyində Türkiyənin "Samanyolu Haber" kanalının yayımına başlanmışdır. 21 aprel 2014-cü il tarixində "Viasat History", "TV 1000", "Rossiya 24" kanallarının yayımı dayandırılmışdır. 21 aprel 2014-cü il tarixində "İnterAz", "Mir" və "Mir 24" kanallarının yayımına başlanmışdır.
Google Plus
Google+ (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə. 28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır. Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir. 27 dekabr 2011 tarixində 62.000.000 istifadəçi barajını aşan Google+un böyümə analizi göz önünə alındığında hər gün 625.000 yeni istifadəçi qazanaraq 2012 ili sonunda 400.000.000 istifadəçi barajını aşacağı təxmin edilmişdir. 2012 ili dekabr ayı etibarı ilə Google+ 500 milyon istifadəçi sayını keçmişdir. 52,5 milyon istifadəçini əhatə edən təhlükəsizlik boşluğunun aşkarlanması ilə əlaqədar olaraq, Google 2 aprel 2019-cu il tarixində xidməti fərdi və kommersiya məqsədli istifadə üçün bağladı.
NTV Plus
NTV Plus (rus. НТВ Плюс) — Qazprom Media-nın rəqəmsal peyk operatorudur. Eutelsat W4 36 ° şərqdən və 56 ° şərqdən Bonum 1 peyklərindən yayımlanır. Viaccess şifrələmə sistemini kanalları şifrələmək üçün istifadə edirlər. Operatorda kanallar SDTV və HDTV standartlarındadır. Bununla yanaşı, UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında oynanan bütün oyunları yayımlayan yeganə peyk operatorudur.
ERIH PLUS
ERIH PLUS (ing. European Reference Index for the Humanities or ERIH;) — Humanitar və sosial elmlər üzrə akademik jurnallar haqqında biblioqrafik məlumatları ehtiva edən indeksdir.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
Region Plus (jurnal)
Region Plus — həftəlik analitik jurnal. "Region Plus" həftəlik analitik jurnalı 2006-cı ildən peşəkar jurnalistlər, analitiklər, politoloqlar, iqtisadçılar, sənətşünaslar və idman icmalçıları tərəfindən nəşr olunur. Jurnal Cənubi Qafqaz və Xəzəryanı bölgədə, həmçinin dünyanın digər ölkələrində baş verən aktual siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahələrə aid proseslərin işıqlandırılmasında ixtisaslaşıb. Jurnalın səhifələrində yerli jurnalist və analitiklərlə yanaşı region ölkələrinin icmalçıları da mütəmadi olaraq çıxışlar edir. Nəşrdə həmçinin dövlət və hökumət başçıları, nazirlər, ictimai və siyasi xadimlərin müsahibələrinə geniş yer verilir. "Region Plus" jurnalı həftədə bir dəfə azərbaycan, rus və ingilis dillərində nəşr olunur və abunə, pərakəndə satış vasitəsilə, eləcə də beynəlxalq aviareyslərdə yayımlanır. Jurnalın çoxsaylı oxucuları sırasında dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər, ziyalılar var. Obyektiv və qərəzsiz yanaşma, yerli və xarici mənbələrdən, o cümlədən nüfuzlu Reuters agentliyindən alınan fotomateriallar, cəlbedici və rahat oxunan yazı üslübü, habelə mütəmadi olaraq keçirilən sorğular bizim nəşri fərqləndirən xüsusiyyətlərdəndir.
Non siamo soli
Non Siamo Soli — 2007-ci ildə Eros Ramazotti və Riki Martin tərəfindən italyan dilində ifa olunan mahnıdır. Puerto-Rikolu Riki Martin ispan əsilli olmasına baxmayaraq, bu mahnını italyan dilində ifa edib. Bu mahnının klipi 2007-ci ilin noyabrında işıq üzü görmüş və ABŞ -da çəkilmişdir. Sözləri italyan musiqiçisi Kabbalaya və Roma bəstəkarı Giudettiyə məxsusdur .
Persona non grata
Persona non grata termini (Latınca, cəm formada: personae non gratae — "arzuolunmaz şəxs"), diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin hökuməti tərəfindən arzu olunmayan təmsilçi kimi qəbul etdiyi şəxs. Xarici diplomat və ya nümayəndə qəbul edən ölkə tərəfindən persona non qrata elan edildikdə, bu o deməkdir ki, həmin şəxs artıq qəbul edilmir və ölkədən çıxarılır. Bu hərəkət adətən ev sahibi ölkə tərəfindən rəsmi və güclü diplomatik etiraz kimi qəbuledilməz hesab edilən və ya ev sahibi ölkənin maraqları ilə uyğun olmayan davranışa cavab kimi həyata keçirilir. Kimisə persona non-qrata elan etmək imkanı, diplomatik münasibətlər sahəsində ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatlar kimi diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.
Pecunia non olet
Pecunia non olet — "pulun qoxusu olmur" mənasını verən latın idioması (məsəli). Bu idioma Roma imperatoru Vespasiana (b.e. 69-79-cu illərində hakimiyyətdə olub) aid edilir.
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
Barba non facit philosophum
Barba non facit philosophum (azərb. Saqqal filosof olmağa kifayət deyil‎) — latınca bir ifadə. == Etimologiyası == Hadisənin şəxsən şahidi olduğunu qeyd edən latın yazıçısı Aulus Cellius bildirir ki, saçı düz belinə kimi uzanan, jaket geyinmiş bir kişi köhnə Roma konsulu atinalı aristokrat Herodes Attikusun yanına gələrək ondan çörək üçün (εἰς ἄρτους) pul verməsini istəyər. Herodes ona kim olduğunu soruşduğu vaxt bu, adamın xətrinə dəyər və ona filosof olduğunu deyər. Ona bariz olanı görməsi lazım olduğunu da əlavə edər. Herodes isə qarşılığında ona deyər: "Saqqalı və jaketi görürəm, amma filosofu görə bilmirəm.". Herodesin dostlarından bir neçəsi ona adamın əslində sülə və "aşağı xarakterli" bir dilənci olduğunu deyirlər. Bundan sonra Herodes də "Xarakteri necə olursa olsun ona pul verməliyik. O insan olduğu üçün yox, biz insan olduğumuz üçün." deyər. Adama pul verərək bununla 30 gün boyunca çörək al deyə ona əmr edər.
De minimis non curat lex
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. == Nümunə == Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir. Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.
Le plus beau jour de ma vie
Le plus beau jour de ma vie (azərb. Həyatımın ən gözəl günü‎)— Belçikanı 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Moni Mark fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyildir.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Con Bon Covi
Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır. Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-cü ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır. 2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-cu ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-cu ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi.
Con Fon Neyman
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. == Həyatı == Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Ho Yon Çon
Ho Yon Çon (kor. 정호연; 23 iyun 1994, Cənubi Koreya) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir. 2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir. == Şəxsi həyatı == Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur.
Hon Yon-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yon Byun-Son
Yon Byun-Son (d. 27 noyabr 1963) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yon Byun-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yon Hyoi-Son
Yon Hyoi-Son (d. 28 aprel 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yon Hyoi-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çon Hye Yon
Jung Hye-young (14 dekabr 1973, Seul) — Cənubi Koreya aktrisası. Televiziya drama.
Plug-in
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Rinel Pius
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır. Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı. Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir.
Ulus (qəzet)
Ulus (qəzet, Azərbaycan)
Ulus dağı
Ulus dağı – Culfa rayonu ərazisində dağ (hünd. 966,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun qərb yamacında, Qaradərəçayın sol sahilində zirvə. Dizə kəndindən 2 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Pilələr sinklinalının şimal-şərq qanadında yerləşir.
Ulus dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Ulus meydanı
Ulus meydanı (türk. Ulus Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Meydanda olan Mustafa Kamal Atatürk heykəlinin adı "Ulus Zəfər Anıtı"dır. Meydanın adı Türkiyənin qazandığı Türkiyə Qurtuluş Savaşından gəlməkdədir. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. Meydandakı zəfər anıtı heykəli 1938-ci ildə Heinrich Krippel tərəfindən nəzərdə tutulmuşdur. Krippelin hazırladığı Atatürk heykəli meydanın simvolu halına gəlmişdir. Meydanda olan digər "Marşal Atatürk Anıtı"nın (1927) heykəltəraşı Pietro Canonicadır.
PULS (RYAS)
PULS və ya LYNX — İsrail Hərbi Sənayesi (IMI Systems) tərəfindən istehsal edilmiş və İsrail Silahlı Qüvvələri başda olmaqla bir çox ölkənin orduları tərəfindən istifadə edilən reaktiv yaylım atəş sistemidir. Ümumilikdə 40 reaktiv yaylım atəş raketini üstündə daşıya bilən LYNX-ın maksimum mənzili 250 km-dir. Beynəlxalq yermüəyyənetmə sistemi (GPS) ilə inteqrasiya olunmuş formada işləyən RYAS 370 mm çapa qədər olan raketləri dəstəkləyir. == Təchizatı == “Lynx” YARS-ın standart təchizatına aşağıdakılar daxildir: müasir ətalətli tuşlanma sistemi (ANN) qabaqçıl FCS İNS Metrologiya sistemi İlkin müşahidə Hava kəşfiyyatı C4I (şəbəkə əməliyyatları üçün) == Üstünlükləri == “Lynx” müxtəlif artilleriya və taktiki raketlərinin buraxılması üçün nəzərdə tutulan avtonom və universal modula malik çoxməqsədli yaylım atəşli reaktiv sistemdir. “Lynx” iqtisadi cəhətdən çox sərfəli yaylım atəşli reaktiv sistemdir, ondan 122 mm-dən 300 mm-ə qədər çapa malik müxtəlif təyinatlı “Qrad”, LAR, ACCULAR, MLRS-TCS, “Extra” daxil olmaqla 5 tip raketdən, o cümlədən bəzi qanadlı raketlərdən atəş açmaq mümkündür. Raketlərin çapına görə sistemin üzərindəki paketin konteyner sayı dəyişir. Raketlərin vəzifələrinə görə daşıdığı döyüş başlığının tərkibi dəyişə bilər. Onlar qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər. “Lynx” şassisi yüksək dəqiqlikli, qanadlı “Delilah-GL” raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA və digər operativ taktiki raketlərin buraxılması üçün atıcı qurğu kimi də istifadə edilə bilər. YARS-ların sursatları birdəfəlik hermetik qapalı paket-konteynerlərə fabrikdə yüklənir, onlar nəqliyyat konteyneri və atıcı qurğu kimi istifadə edilir.
Plum Blossom
Plum Blossom (kiçik hərflərlə) — ABŞ müğənnisi mxmtoon-un debüt mini-albomu. 7 dekabr 2018-ci ildə AWAL tərəfindən buraxılıb.
Boleslav Prus
Boleslav Prus(pol. Bolesław Prus; Əsl adı və soyadı Aleksandr Qlovaski, pol. Aleksander Głowacki; 20 avqust 1847[…], Hrubeşov[d], Lyublin voyevodluğu[d] – 19 may 1912[…], Varşava) — Polşa yazıçısı. == Həyatı == Boleslav Prus bir yazıçı kimi məşhurlaşanacan başı çox bəlalar çəkmişdir. Valideynlərini erkən yaşlarında itirmiş, XIX əsrin altmışıncı illərin əvvələrində baş vermiş Polşa üsyanında iştirak etdiyi üçün 1963-cü ildə həbs olunmuşdur. Həbsxanadan çıxandan sonra Varşavanın Baş məktəbində fizika-riyaziyyat fakültəsində oxumuş, fəhləlik etmişdir. == Əsərləri == Boleslav Prusun "Forpost", "Kukla", "Firon" romanları var.
Ku-klus-klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. === Yaranması === 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi). O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi.
Ulus (qəzet, Köln)
Ulus qəzeti — Almaniyanın Köln şəhərində nəşr olunan müstəqil ictimai-siyasi və ədəbi-kulturoloji mühacirət mətbuatı. Ulus qəzetinin ilk sayı 1995-ci ilin noyabrında Almaniyanın Köln şəhərində nəşr olunub. Əslən Azərbaycanın Güneyindən olan Hilal Ulusun qurucusu oluduğu və onun redaktorluğu ilə çıxan qəzet Azərbaycan türkcəsi və farsca yayınlanıb. İki alman markasına satılan müstəqil mühacirət mətbuatı kimi yayınlanan qəzet müstəmləkəçiliyə qarşı yazılarla çıxış etmiş, Güney Azərbaycanın müstəqilliyini müdafiə etmişdir. A3 formatında dörd səhifədən ibarət olan qəzetin yazıları ictimai-siyasi, kultroloji incələmələr, xəbər, bildiriş, bəzən də qısa şeir və hekayələrdən ibarətdir. Hər sayda fars dilli oxuculara yönəlik iki siyasi yazı verilmişdir. Qəzetin ilk 10 sayı aylıq, 21-ci sayınadək iki aydan bir, sonra isə fasilələrlə yayınlanmışdır. Qəzetin toplam sayısı 23, son buraxılışı isə 1999-cu ilin mart ayında olmuşdur. Üçüncü sayıdan ərəb əlifbası ilə olan türkcə yazıların başlıqları latın əlifbası ilə yazılmaqla yanaşı, bu qrafikada da məqalələr verilir. Ulusun türkcə yazılarında dilin yad sözlərdən arındırma çabası gözə çarpır, həmçinin dildə işlək olan bir çox yabancı sözlərin dırnaq arasında türkcə qarşılığı verilir.
Peluş
Peluş (fr. peluche) ön tərəfində uzun (8 mm-ə qədər) xovlu, bir növ məxmər olan parçadır. Xov ipək, yun, pambıq və ya polyester kimi sintetik liflər ola bilər. Kətanın özü həmişə pambıq parçadan hazırlanır. Dekorativ məqsədlər üçün, qadın geyimlərinin tikilməsi, maskarad və teatr kostyumları, mebel üzlükləri və bəzən avtomobil salonunun üzlənməsi üçün istifadə olunur. Peluş oyuncaq ayı və digər uşaq oyuncaqlarını hazırlamaq üçün istifadə olunur. Peluş, yumşaq və toxunuşa xoş olduğu üçün xüsusi dizayner oyuncaqlarının istehsalı üçün əsas materiallardan biridir. Onun xovlu bütün parça boyunca və ya ayrı-ayrı yerlərdə yerləşir. Məxmər ilə müqayisədə, peluş yığını daha az sıx və daha yüksəkdir. Liflərin növündən asılı olaraq, peluş kəsilə bilər (məxməri xatırladan), ilməli, birtərəfli, iki tərəfli.
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . Mantiya Yer qabığı Litosfer plitə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Con-Antuan No
Con-Antuan No (əsl adı: Eugène Léon Édouard Torquet; fransız: Con-Antoine Nau; 19 noyabr 1860, San-Fransisko, Kaliforniya – 17 mart 1918) — Fransız yazıçısı və şair, simvolizmin nümayəndəsi, Qonkur mükafatının ilk laureatı (1903). == Həyatı == Con-Antuan Nault 1845-ci ildə Fransadan Kaliforniyaya mühacirət edən, üç il sonra San-Fransiskoda fransız mühacirlə evlənən, 1860-cı ildə ABŞ vətəndaşı olan və 1864-cü ildə tif xəstəliyindən vəfat edən fransız mühəndis və sahibkarın ailəsində anadan olub. 1866-cı ildə dul Torke üç uşağı ilə birlikdə Havr şəhərinə qayıtdı, dörd il ərzində evləndi və 1877-ci ildə Parisə köçdü. Con-Antuan Le Havre Liseyində, sonra isə Parisdə Rollin Kollecində oxuyub. Orada o, bohem yazıçıları ilə, xüsusən də Simvolizmin öncülləri olan Suitistlər və Hidropatlar ilə dost oldu. "Chat noir" ("Qara pişik") jurnalı ilə əməkdaşlıq edib.