PLAŞ

[ rus. плащ] Yağmurdan qorunmaq üçün sukeçirməyən materialdan tikilmiş paltoya oxşar enli üst geyimi; bürüncək, yağmurluq.
Tərlan əlini plaşının cibindən çıxartmayıb, Mürsəl kişinin yanındaca maşına söykəndi. M.Hüseyn.
Əynində plaş olan bir adam evin qapısını döydü. Q.İlkin.

Синонимы

  • PLAŞ PLAŞ [Zərif:] Azər, gedək, plaşımı sizin otaqda qoymaq istəyirəm (Ə.Kərim); MAKİNTOŞ (köhn.) Ədə, orda mənim makintoşum vardı
PLASTİ́NKA
PLAŞ-ÇADIR
OBASTAN VİKİ
Castin Plaşka
Plaşlıkimilər
Plaşlıkimilər - Chlamydoselachiformes dəstəsi. Bu dəstənin təkcə plaşlı akula adlı bir növü var. Onun uzunluğu 1,2-2,0 m-dir. 6 qəlsəmə yarığı var. Birinci qəlsəmə yarığı plaşvari dəri qatlaq əmələ gətirir. Ona görə də ona plaşlı akula deyilir. O mötədil və isti dənizlərin dibə yaxın yerlərində yaşayır, az saylıdır, balıqlar və başıayaqlı molyuskalarla qidalanır, yumurtadiridoğandır. Abbasov H.S,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 140. Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. Bakı,1999,səh 116.

Значение слова в других словарях