Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nostalgiya
Nostalgiya (q.yun. νόστος — vətənə qayıtmaq və q.yun. άλγος — ağrı) — vətən və doğma ev üçün kədər. Həmçinin "keçmiş üçün kədər" anlamında da işlədilir.
Ostalgiya
Ostalgiya (alm. Ostalgie) — Alman mədəniyyətində Şərqi Almaniyadakı həyatı xarakterizə edən nostalgiya. Alman dilində Ost (şərq) və Nostalgie (nostalgiya) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kommunizm nostalgiyasında olduğu kimi, burada da çoxsaylı əsaslar var: ideologiya, millətçilik, sosial status və sabitliyin itirilməsinə görə qəmginlik, hətta ironiya. == Tarixi == Ostalgiya mürəkkəb termin olub təkcə nostalgiya hissi kimi təsvir edilməməlidir. Ostalgiya Soyuq müharibənin tarixi ilə bağlı olduğuna görə, bu ifadəni tarix və Qərb cəmiyyətinə hazırkı təsiri kontekstində nəzərdən keçirmək daha doğru olardı; bununla da, ifadənin mənası daha aydın olacaq. Başlıca fərqlər Şərqi və Qərbi Almaniyada iqtidarda olan partiyalarda özünü göstərirdi. İki tərəfin siyasət fərqi İkinci Dünya müharibəsindən sonra "bərpa" prosesinə dair strategiya idi. Qərbdə Marşal planına uyğun olaraq, kapitalist iqtisadi siyasət qəbul edilmişdi. Digər tərəfdən, Şərqi Almaniyada hakimiyyət Sovet İttifaqının kütləvi təzyiqi altında olmaqla, şəxs üzərində intensiv tələblər qoyan daha radikal iqtisadi siyasətə tabe idi.
Otalgiya
Otalgiya (sinonimı qulaq ağrısı) — qulaqda ağrı, qulağın özünün, onun xarici hissəsi və daxili qulaq xəstəliklərinin və ya bədənin başqa bir hissəsində inkişaf edən patoloji proseslərin simptomu.Ümumi tibbi praktikada, otolarinqoloqlarda və təcili yardım şöbələrində tez-tez rast gələn ümumi bir simptomdur. Qulaq xəstəlikləri zamanı otalgiyanın ən çox yayılan səbəbi infeksiyalardır.Ağrı daimi, fasilələrlə, sızıltılı və ya kəskin ola bilər. Bu xəstəliyə hər yaşda olan insanlar tutula bilər. Yetkinlik yaşına çatmış insanlarda qulaq ağrısının səbəbləri qulaq infeksiyaları və travmaları, boğaz və ya diş ağrısı, alt çənənin və qulaq pərdəsinin zədələnməsi ola bilər. Uşaqlarda otalgiya ən çox infeksiyadan yaranır. Çox vaxt bu xəstəlik müvəqqəti olur və tez keçir. Lakin 2 gün ərzində heç bir yaxşılaşma müşahidə olunmursa, ağrının dəqiq səbəbini müəyyən etmək üçün təcili olaraq otolarinqoloqa müraciət etmək lazımdır. Yalnız mütəxəssis düzgün diaqnoz qoyub lazım olan müalicəni təyin edə bilər. == Etiologiyası == Otalgiya birinci və ikinci dərəcəli olur. Birinci - daxili, orta və ya xarici qulaqda mövcud olan patoloji proseslərə görə baş verir.