Otalgiya

Otalgiya (sinonimı qulaq ağrısı) — qulaqda ağrı, qulağın özünün, onun xarici hissəsi və daxili qulaq xəstəliklərinin və ya bədənin başqa bir hissəsində inkişaf edən patoloji proseslərin simptomu.[1]

Otalgiya
XBT-10 H92
XBT-9 388.7
DiseasesDB 18027
MedlinePlus 003046
MeSH D004433
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi tibbi praktikada, otolarinqoloqlarda və təcili yardım şöbələrində tez-tez rast gələn ümumi bir simptomdur.[2] Qulaq xəstəlikləri zamanı otalgiyanın ən çox yayılan səbəbi infeksiyalardır.[3]

Ağrı daimi, fasilələrlə, sızıltılı və ya kəskin ola bilər. Bu xəstəliyə hər yaşda olan insanlar tutula bilər. Yetkinlik yaşına çatmış insanlarda qulaq ağrısının səbəbləri qulaq infeksiyaları və travmaları, boğaz və ya diş ağrısı, alt çənəninqulaq pərdəsinin zədələnməsi ola bilər.[4] Uşaqlarda otalgiya ən çox infeksiyadan yaranır.

Çox vaxt bu xəstəlik müvəqqəti olur və tez keçir. Lakin 2 gün ərzində heç bir yaxşılaşma müşahidə olunmursa, ağrının dəqiq səbəbini müəyyən etmək üçün təcili olaraq otolarinqoloqa müraciət etmək lazımdır. Yalnız mütəxəssis düzgün diaqnoz qoyub lazım olan müalicəni təyin edə bilər.

Baş və ya boyunda yaranan ikinci dərəcəli otalgiya[5].

Otalgiya birinci və ikinci dərəcəli olur. Birinci — daxili, orta və ya xarici qulaqda mövcud olan patoloji proseslərə görə baş verir.[6] Onun ən çox yayılma səbəbi infeksiyalardır.[3] İkinci dərəcəli otalgiya bədənin başqa bir hissəsində patoloji proseslərin baş verirməsinə görə olur. Qulaqlar digər orqanlarla mürəkkəb sinir şəbəkəsini paylaşdığına görə qulaq ağrısının qulaqların özləri ilə əlaqəli olmayan bir çox mümkün olan səbəblər ola bilər.[6] İkinci dərəcəli otalgiya tez-tez təhlükəli olmayan proseslərin nəticəsidir, lakin bu, həm də ciddi xəstəliklərin erkən əlaməti ola bilər.[7]

Yetkinlərdəuşaqlarda qulaq ağrısının səbəbləri fərqlidir. Uşaqlar arasında qulaq xəstəlikləri, böyüklərdə isə ikinci dərəcəli otalgiya daha çox rast gəlinir. Uşaqlarda qulaq ağrısının ən çox yayılmış səbəbləri kəskin orta otit, soyuqdəymə və digər yuxarı tənəffüs yollarının infeksiyaları, xarici otit, qulaq kanalında yad cisimlər, təkrarlanan parotit, tonzillit, paratonsillar və boyun absesi, sinüzit və ya burunla əlaqəli olan digər səbəblər, alt çənə oynağının disfunksiyası və diş problemləri ola bilər.[8] Sabun və ya şampunun qulaq kanalına düşməsi də qulaq ağrısına səbəb ola bilər.[9]

Qulaqda müəyyən ağrılar olduqda həkimə müraciət etmək lazımdır.[10] Onların arasında:

  • yüksək bədən hərarəti, şiddətli ağrı və ya ümumiyyətlə uşaqda adətən qulaq ağrısı ilə müşaiət olunanlardan daha şiddətli bir xəstəlik hissi ;[10]
  • uşaqda əsəbilik, baş ağrısı, qulaq ətrafında şişlik, üz əzələlərinin zəifliyi daxil olmaqla yeni simptomların əmələ gəlməsi;[10]
  • ağrının qəfil kəsilməsi qulaq pərdəsinin deşilməsinin əlaməti ola bilər;[10]
  • əsas xəstəliyin əlamətlərinin pisləşməsi və ya bir-iki gün ərzində yaxşılaşma olmaması.[10]

Otalqiyanın differensial diaqnostikası müxtəlif amillərin, o cümlədən ağrının yeri, müddəti, əlaqəli simptomlar, ağırlaşdıran və yüngülləşdirən amillər, əvvəlki epizodların tarixi və xəstəlik tarixi, siqaretalkoqol asılılığının mövcudluğunu guman edir.[11]

Qulağın tam müayinəsi, o cümlədən otoskopiya və temporal sümüyün kompüter tomoqrafiyası heç bir problem aşkar etməzsə, ehtimal olunan ağrı mənbəyi baş və ya boyun ola bilər ki, bu da ikincili dərəcəli otalgiyadan xəbər verir.[12]

Bəzi təhlükəli əlamətlər anamnezin ətraflı təhlilini və otalgiya səbəblərinin aydınlaşdırılmasını tələb edir.[13] Oxşar əlamətlərə aşağıdakılar daxildir:

Ev şərainində ağrıları azaltmağın bir neçə yolu var. Qulağın üstünə soyuq paket və ya sərin, nəm dəsmal qoyub 20 dəqiqə saxlamaq olar. Qulaq infeksiyaları zamanı çeynəmə qulaqdakı təzyiqi azaltmağa kömək edir, lakin saqqız çeynəmək kiçik uşaqlarda boğulmaya səbəb ola bilər. Yatmaq əvəzinə dik vəziyyətdə dincəlmək də qulaqdakı təzyiqi azaltmağa kömək edir. Əğər qulaq pərdəsi cırılmayıbsa qulaq damcıları, parasetamol və ya ibuprofen kimi ağrı kəsicilər ağrıları aradan qaldırmağa kömək edə bilər, lakin uşaqlara aspirin verilməməlidir.[15]

Ağrı təyyarədə olarkən hündürlüyün dəyişməsindən qaynaqlanırsa udma kömək edə bilər. Həmçinin nə isə çeynəmək olar. Körpə uşaqlar üçün şüşə əmmə və ya ana südü ilə qidalanma kömək edə bilər.[15]

Risk faktorları

[redaktə | mənbəni redaktə et]

Ciddi bir xəstəliyin aşkarlanması şansını artıran risk faktorlarına aşağıdakılar daxildir:[13]

Alkoqol içməyənlərlə müqayisədə gündə 50 qram və ya daha çox spirtli içki qəbul eləmək baş, boyun və yemək borusu xərçəngi riskini təxminən 2 və ya 3 dəfə artırır. Alkoqol qəbulu ilə birlikdə siqaret çəkmək riski daha da çox artırır.[16]

  • Jessica Coulter, Edward Kwon. Otalgia : [англ.] : [арх. 15 июля 2020] // StatPearls. — Treasure Island (FL) : StatPearls Publishing, 2020.
  • Elizabeth Harrison, Matthew Cronin. Otalgia : [англ.] : [арх. 15 июля 2020] // Australian Family Physician. — 2016. — Vol. 45, no. 7 (July). — P. 493–497. — ISSN 0300–8495. — PMID 27610432.
  • John Scott Earwood, Tyler Sherrod Rogers, Nicholas Alan Rathjen. Ear Pain: Diagnosing Common and Uncommon Causes : [англ.] : [арх. 16 июля 2020] // American Family Physician. — 2018. — Vol. 97, no. 1 (1 January). — P. 20–27. — ISSN 1532–0650. — PMID 29365233.
  • Sang Hoon Kim, Tae Hyun Kim, Jae Yong Byun, Moon Suh Park, Seung Geun Yeo. Clinical Differences in Types of Otalgia : [англ.] : [арх. 17 июля 2020] // Journal of Audiology & Otology. — 2015. — Vol. 19, no. 1 (April). — P. 34–38. — ISSN 2384–1621. — doi:10.7874/jao.2015.19.1.34. — PMID 26185789. — PMC 4491947.
  • R. C. Chen, A. S. Khorsandi, D. R. Shatzkes, R. A. Holliday. The Radiology of Referred Otalgia : [англ.] : [арх. 18 июля 2020] // American Journal of Neuroradiology. — 2009. — Vol. 30, no. 10 (1 November). — P. 1817–1823. — ISSN 1936–959X 0195–6108, 1936–959X. — doi:10.3174/ajnr. A1605. — PMID 19797791.
  1. "Боль в ухе". Внутренняя медицина (rus). empendium.com. 2017-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-15.
  2. Harrison, Cronin, 2016. səh. 493
  3. 1 2 Harrison, Cronin, 2016. səh. 493, Discussion
  4. "Оталгия – Симптомы, профилактика и лечение". emportal.ru. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.
  5. Chen, Khorsandi, Shatzkes, Holliday, 2009. səh. 1817, Fig 1. Otalgia arising from head and neck sources
  6. 1 2 Coulter, Kwon, 2020, Introduction
  7. Chen, Khorsandi, Shatzkes, Holliday, 2009. səh. 1817, Significance
  8. Kim et al., 2015. səh. 37, Discussion
  9. MedlinePlus, Causes
  10. 1 2 3 4 5 MedlinePlus, When to Contact a Medical Professional
  11. Earwood, Rogers, Rathjen, 2018. səh. 20, History
  12. Chen, Khorsandi, Shatzkes, Holliday, 2009. səh. 1817, Diagnostic Work-Up for Referred Otalgia
  13. 1 2 3 4 5 6 7 Coulter, Kwon, 2020, History and Physical
  14. 1 2 Harrison, Cronin, 2016. səh. 494, Table 2. Causes of otalgia
  15. 1 2 MedlinePlus, Home Care
  16. 1 2 3 4 Earwood, Rogers, Rathjen, 2018. səh. 27, Risk Factors for a Serious Diagnosis References in Patients with Otalgia

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Earache". MedlinePlus Medical Encyclopedia (ingilis). U.S. National Library of Medicine. 2018-02-19. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-17.