Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Holoqrafik şahmat
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Topoqrafik xəritə
Topoqrafik xəritə — iri miqyasda tərtib olunan coğrafi xəritə. Xəritə vərəqində kartoqrafik təsvirin, əlavə məlumatların və başqa elementlərin yığcam şəkildə yerləşdirilməsinə xəritənin kompanovkası deyilir. Obyektlər topoqrafik xəritələrdə aşağıdakı kimi müxtəlif rənglərlə və işarələrlə təsvir olunur: Su obyektləri – hidroqrafik obyektlər (göllər, su anbarları, sahil xətləri, çaylar, kanallar, bulaqlar və s.) mavi rənglə; Bitki örtüyü yaşıl rənglə (hətta meşənin çeşidi (qurumuş, cavan və s.) tərkibi (enli iynəyarpaq) şərti işarələrlə, meşədə üstünlük təşkil edən ağacların adı isə ixtisarla verilir); Qrunt işarələri topoqrafik xəritələrdə bataqlığın, şoranlığın və qumluqların şərti işarələri ilə göstərilir. Yaşayış məntəqələri - şəhər, qəsəbə, kəndlər daimi və müvəqqəti yaşayış yerlərinə bölünməklə təsvir olunur. Yollar və rabitə vasitələri topoqrafik xəritələrdə xətti və miqyassız şərti işarələrlə təsvir olunur. Relyef horizontallarla təsvir olunur. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi ilə fərqlənir. Topoqrafik xəritə icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topoqrafik planlara bölünür: Kiçik miqyaslı topoqrafik xəritə - 1:1000000, 1:500000, ikinci qrupa 1:200000, 1:100000 Orta miqyaslı topoqrafik xəritə1:500000, 1:25000 İrimiqyaslı Topoqrafik xəritə 1:10000, 1:5000 həm də bu xəritələr 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir. Topoqrafik xəritənin coğrafi məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir.
Oroqrafik okklüziya
Oroqrafik qar xətti