Holoqrafik şahmat


Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir.[a] İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir.

Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.

Mənşə və tarixi

[redaktə | mənbəni redaktə et]

Dejarik ilk dəfə 1977-ci ildə yayımlanmış "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" kosmik operası filmində ekrana çıxmışdır. Təxminən 15 saniyə davam edən bir səhnədə Han Solonun yüngül korellian kosmik yük gəmisi olan "Millennium Falcon" ilə Tatuindən Alderaana səyahət edərkən vuki Çubakka droid R2-D2 ilə oyun oynayır. R2 oyunu qazanmağa başlayanda Çubakka qəzəblənir və C-3PO onun qəzəbinə fikir bildirir. Vukilər rəqiblərinin əllərini qoparmaqla tanındıqları üçün Han Solo Çubakkanı incitməməyin daha yaxşı bir seçim olduğunu söyləyir. Bunun ardınca vahimələnən 3PO fikrini dəyişir və R2-yə deyir: "Qoy vuki udsun". Dejarik lövhəsi daha sonra həmin kosmik gəmi "Ölüm ulduzu"ndan Yavin 4-ə uçduğu səhnədə nümayiş edilir. Burada, Lyuk Skayvolker lövhənin qarşısında oturaraq Dart Vayder tərəfindən öldürülən Obi-Van Kenobinin yasını tutur.[2]

Səhnədə oyunu təmsil etməsi üçün istifadə olunan avadanlıq Fil Tippett və Con Berq tərəfindən dizayn edilmiş və yaradılmışdır.[3][4] Oyun daha sonra bir sıra "Ulduz müharibələri" mediasında, o cümlədən "Ulduz müharibələri: Klon müharibələri" və "Ulduz müharibələri: Üsyançılar" televiziya seriyalarında nümayiş edilmişdir. 2015-ci ildə çəkilmiş "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" filmində Finn qısa müddətə "Millennium Falcon"dakı dejarik lövhəsini aktivləşdirir, 2018-ci ildə çəkilmiş "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində Çubakka və Tobias Bekett "Millennium Falcon"da oyun oynayır.[5][6][7][8]

Ulduz müharibələri kainatında

[redaktə | mənbəni redaktə et]

Dejarik "Ulduz müharibələri" kainatında məşhur bir holoqrafik oyundur. Bu, hiperkosmos vasitəsilə uzun uçuşlar zamanı əyləncə mənbəyi rolunu daşıyır deyə, məsələn, kosmik gəmilərin göyərtələrində quraşdırılır. Tipik bir oyun stansiyası adətən dəstin silindrik bazasına yerləşdirilən holoqram generatorundan ibarətdir. Burada ağ və qara sahələrlə doldurulmuş üç dairədən ibarət lövhə var. Əməliyyat icra olunanda rəngli üçölçülü personajlar yaradılır. Bu personajlar masaya quraşdırılmış klaviaturadan istifadə edilərək oyunçu tərəfindən idarə olunur. Hər bir fiqurun oyun zamanı istifadə edilə bilən öz xüsusi qabiliyyətləri var. İki personaj lövhədə eyni yeri tutduqda, bir-biri ilə vuruşurlar.[5][6][9]

Oyunda səkkiz fiqurun olmasına baxmayaraq, 1977-ci ildə çəkilmiş filmin səhnəsində dejarik əvvəlcə on fiqur üçün nəzərdə tutulmuşdu. 2018-ci ildə yayımlanan filmdə də göstərilən versiyada on fiqur mövcuddur.[b] 1977-ci ildəki filmdə ilkin olaraq on fiqurlu variant dizayn edilmiş, lakin Corc Lukas "daha az qarışıq" olduğu üçün səkkiz fiqurlu varianta üstünlük vermişdi. 1977-ci ildə çəkilmiş "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filminin prikveli olan "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində Çubakka "Millennium Falcon"dakı dejarik proyektorunu zədələyir. Bu, ekranda niyə yalnız səkkiz fiqurun olmasının kainatdaxili izahatıdır. Bu o deməkdir ki, oyunun tam versiyasında səkkiz deyil, on fiqur olmalıdır.[5][6][11]

Oyunun detallı qaydaları filmdə və ya digər rəsmi mediada təsvir edilməmiş və azarkeşlər oyunun rəsmi lisenziyalı buraxılışının olmaması səbəbindən illər ərzində qaydalar dəstinin öz variasiyalarını yaratmışlar.[9][13][14] 2017-ci ildə "Star Wars: Jedi Challenges" lisenziyalı videooyununun yayımlanması ilə rəsmi qaydaların digər detalları nümayiş edilmişdir.[15][16][17][18] 2019-cu ildə "Galaxy's Edge: Dejarik Board Game with Checkers" adlı lisenziyalı stolüstü oyun buraxılsa da, onun qaydaları 2017-ci ildə yayımlanmış videooyundakı qaydalardan fərqli olmuşdur.[19][20] 2020-ci ildə "Lucasfilm" nə vaxtsa dejarik üçün oyun qaydaları hazırladığını elan etmiş, lakin 2021-ci ildəki məlumata görə, onlar hələ də yayımlanmamışdır.[21] 2021-ci ildəki məlumata görə, bütün məlum qaydalar səkkiz fiqurlu versiya üçün nəzərdə tutulmuşdur.[13]

Bir sıra lisenziyalı məhsullara əlavə olaraq,[19][22] bir neçə "Ulduz müharibələri" azarkeşi bu illər ərzində dejarik oyununun öz surətlərini yaratmışdır.[23][24] Oyunun əyləncə parkı replikası 2017-ci ildə "Star Wars: Galaxy's Edge" əyləncə parkında yaradılmışdır.[8][25]

Dejarik insan–kompüter qarşılıqlı əlaqəsi sahəsində elmi tədqiqatların mövzusu olmuşdur.[26] Oyun uydurma əsərlərdə holoqramların[27][28] və artırılmış reallıq texnologiyasının[29][30][31] klassik, erkən nümunələrindən biri kimi müəyyən edilmişdir. Dejarik həmçinin, bir sıra ixtiraçıları filmdə görünən holoqrafik effektləri təqlid edən fiziki cihazlar yaratmaqda ilhamlandırmışdır.[32][33] Bunun nümunələri 1983-cü il "Archon: The Light and the Dark" videooyunu[34] kimi köhnə məhsullardan "Voxiebox" tərəfindən hazırlanmış daha yeni məhsullara[35] qədər çoxdur.

  1. Burada "şahmatın variantı" anlayışı o mənadadır ki, bir oyun "şahmatla əlaqəli, ona əsaslanmış və ondan ilhamlanmışdır".[1]
  2. Orijinal səkkiz fiqurun adları Qhhhk, Molator Qrimtaaş, Huciks, Kintan gəzəni, the Kintan strider, the K'lor'ilbiz, Mantell savripi, Monnok və Nq'okdur. Bu adlar ilk dəfə "Star Wars Customizable Card Game" oyununda nümayiş olunmuşdur.[8][10] Digər iki fiqurun adları 2018-ci ildə çəkilmiş filmdə açıqlanmışdır. Onlar Bulbuz və Skrimpdir.[11] Karkat adlı on birinci fiqura 2018-ci ildə nəşr edilmişdir "Sonuncu atəş" romanında istinad edilir.[12]
  1. David Brine Pritchard. The Encyclopedia of Chess Variants. Games & Puzzles. 1994. səh. vii. ISBN 978-0-9524142-0-9. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2021.
  2. Lukas, Corc (rejissor). Ulduz müharibələri (Bədii film). Lucasfilm. 25 may 1977.
  3. Wixson, Heather A. Monster Squad: Celebrating the Artists Behind Cinema's Most Memorable Creatures (ingilis). BearManor Media. 11 noyabr 2017. 310. 14 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  4. "Solo: A Star Wars Story". Tippett Studio (ingilis). 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  5. 1 2 3 "Star Wars' Holochess Game Was Really Thought Out". CinemaBlend. 22 sentyabr 2018. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  6. 1 2 3 "30 Things You Completely Missed in Solo: A Star Wars Story". ScreenRant (ingilis). 25 may 2018. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  7. "Star Wars 7 Featurette Reveals the Making of an Easter Egg". ScreenRant (ingilis). 22 dekabr 2015. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  8. 1 2 3 "Let the Wookiee Win: The Story of Dejarik". StarWars.com (ingilis). 9 may 2016. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  9. 1 2 Smith, Mike. "Fiction's most famous games – and how to play them for real | Unplugged". Yahoo Games Canada. 14 mart 2012. 11 dekabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  10. Christian Blauvelt. Star Wars How Not to Get Eaten by Ewoks and Other Galactic Survival Skills. DK Publishing. 24 sentyabr 2019. səh. 84. ISBN 978-1-4654-9863-2. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2021.
  11. 1 2 Newbold, Mark. "Regal Robot: Scrimp and Bulbous, the 'lost' Dejarik pieces". Fantha Tracks (ingilis). 22 aprel 2021. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  12. Daniel José Older. Last Shot (Star Wars): A Han and Lando Novel. Random House Publishing Group. 17 aprel 2018. səh. 37. ISBN 978-0-525-62215-4. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2021.
  13. 1 2 "Dejarik Rules Collection". Google Docs (ingilis). 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  14. Clark, Mark. Star Wars FAQ: Everything Left to Know About the Trilogy That Changed the Movies (ingilis). Hal Leonard Corporation. 1 avqust 2015. 325. ISBN 978-1-4950-4608-7. 14 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  15. Bergen, Doris. The Handbook of Developmentally Appropriate Toys (ingilis). Rowman & Littlefield. 15 fevral 2021. ISBN 978-1-4758-4921-9. 14 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  16. Gartenberg, Chaim. "Star Wars holochess comes to the iPhone with ARKit". The Verge (ingilis). 2018-04-18. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  17. Bishop, Bryan. "Star Wars: Jedi Challenges pits you against Kylo Ren with an augmented reality lightsaber". The Verge (ingilis). 31 avqust 2017. 4 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  18. Bishop, Bryan. "Disney is making a Star Wars holochess game with augmented reality". The Verge (ingilis). 15 iyul 2017. May 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  19. 1 2 Newbold, Mark. "Galaxy's Edge: Dejarik Holochess set review". Fantha Tracks (ingilis). 5 iyun 2019. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  20. Galaxy's Edge Dejarik Holochess Boardgame Set (ingilis), 1 may 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: 14 fevral 2022
  21. "Always Two There Are Trivia Gallery". StarWars.com. 9 mart 2020. 9 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  22. Newsdesk, Laughing Place Disney. "Star Wars Holochess Prop Replica Deluxe Set with "Lost" Dejarik Creatures Announced by Regal Robot". LaughingPlace.com (ingilis). 22 aprel 2021. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  23. Walsh, Michael. "Fan-Made STAR WARS Dejarik Set Is a 3D Printed Delight". Nerdist. 8 mart 2021. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  24. "Fan Builds Fully Functioning Holochess Table". Dork Side of the Force (ingilis). 2015-11-12. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  25. Orellana, Vanessa Hand. "Inside Disneyland's Star Wars Galaxy's Edge". CNET (ingilis). 4 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  26. Kubicki, Sébastien; Querrec, Ronan. "Le "Dejarik" : Jouons à ce jeu provenant d'une galaxie lointaine en Réalité Augmentée et sur Table Interactive". 29ème conférence francophone sur l'Interaction Homme-Machine. Poitiers, France. avqust 2017: 2 p. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2021.
  27. Taylor, Allen G., Taylor, Allen G. (redaktor), "Creating Holographic Objects", Develop Microsoft HoloLens Apps Now (ingilis), Berkeley, CA: Apress, 2016, 161–167, doi:10.1007/978-1-4842-2202-7_14, ISBN 978-1-4842-2202-7, 14 oktyabr 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: 14 fevral 2022
  28. Bendel, Oliver, Zhou, Yuefang; Fischer, Martin H. (redaktorlar ), "Hologram Girl", AI Love You : Developments in Human-Robot Intimate Relationships (ingilis), Cham: Springer International Publishing, 2019, 149–165, doi:10.1007/978-3-030-19734-6_8, ISBN 978-3-030-19734-6, 14 oktyabr 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: 14 fevral 2022
  29. Diephuis, Jeremiah, Georgi Kostov, and Gabriel Mittermair. "All AR-Board: Seamless AR Marker Integration into Board Games Arxiv surəti 1 may 2021 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2021-05-01 at the Wayback Machine." 2021 IEEE Conference on Virtual Reality and 3D User Interfaces Abstracts and Workshops (VRW)
  30. "Mobile Augmented Reality for Learning: A Case Study". 21 mart 2016. 21 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  31. Marina, Knauer; Joschka, Mütterlein. "Two Worlds, One Gameplay: A Classification of Visual AR Games" (PDF). Conference: 1st International Joint Conference of the Digital Games Research Association (DiGRA) and the Foundations of Digital Games Conferences (FDG) At: Dundee, Scotland. 2016. May 5, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-12.
  32. "Holograms: are they still the preserve of science fiction?". the Guardian (ingilis). 22 may 2018. 20 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  33. Luke, Dormehl. "Holochess, anyone? This AR game system gives tabletop gaming a digital upgrade". www.digitaltrends.com. October 2, 2019. 4 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  34. "Archon - Overview". AllGame. 14 noyabr 2014. 14 noyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  35. "Voxiebox: A real-life Star Wars 3D holographic display that plays video games". ExtremeTech. 1 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]