Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nubiyalılar
Nubiyalılar və ya Nubailər ( Ərəbcə: نوبي‎, - Nuubi ) -Cənubi Misir və Şimali Sudan bölgəsində Nil vadisi boyunca uzanan tarixi bir bölgə Nubiyada yaşayan Nil-Səhra dilləri danışan yerli etnik qrup.
Suriyalı
Suriyalılar (ərəb. السوريون‎‎) Suriyanın yerli sakinləridir. 2014-ci ildən etibarən Suriyanın əhalisi 17 milyondur.
Nubiya
Nubiya — Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə. Qədim misirlilər bu torpaqları Nubiya və yaxud Kuş ölkəsi adlandırırdılar. Ümumiyyətlə Şərqi Sudan xalqlarının tarixini Misir və Həbəşistan xalqlarının tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Hələ e.ə. IV–III minilliklərdə Misir fironları Nubiyaya qarşı tez-tez qarətçi yürüşlər edirdilər. Bu qarətçi yürüşlər zamanı çoxlu qul, qızıl, qiymətli fil sümüyü əldə edirdilər. Həmçinin bu yürüşlər hesabına Misir öz cənub sərhədlərini genişləndirirdi. Təsadüfi deyil ki, burada tədricən Misir mədəniyyəti, dili, yazısı, memarlığı yayılmışdır. Şimali Afrikanın etnik tarixində ərəb işğallarının böyük rolu olmuşdur. Ərəb mənşəli etnosların şimal-şərqi Afrikaya ilkin gəlişi e.ə.
Nubiya səhrası
Nubiya səhrası — Səhra Afrikanın şimal-şərqində, Saxaranın şərqində yerləşir. Səhra Nil çayı ilə Etbay silsiləsi arasında qərarlaşır. Böyük qismi Sudan az qismi isə Misir ərazisində yerləşir. Relyefi pilləvari olaraq 1000 metrdən 350 m hündürlük arasında yerləşir. Səhrada hündürlüyü 1240 metr olan tənha dağ vardır. Səhra qurumuş çay vadi və dərələri ilə zəngindir. Dəniz səviyyəsindən orta hündürlüyü 500 metrdir. Ən hündür nöqtəsi Oda zirvəsi 2259 metrdir. Bitki örtüyü kasad olsa da, burada Palma, tamarisk, akasiya və bir sıra kol bitkiləri bitir. Heyvanlar aləmindən gekkonlar, zəhərli ilanlar, səhra varanları, kərtənkələlər, caqqallar, kaftar və hətta timsaha rast gəlinir.
Nubiya şiri
Nubiya şiri (lat. Panthera leo nubica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Nubiya dağ keçisi
Nubiya dağ keçisi (lat. Capra nubiana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Türkiyədə suriyalı qaçqınlara əleyhdarlıq
Türkiyədə suriyalı qaçqınlara əleyhdarlıq — Türkiyədə suriyalılara qarşı qorxu, nifrət, etibarsızlıq, düşmənçilik, aşağılama və buna bənzər hisslərdən qaynaqlanan ayrı-seçkilik və irqçi yanaşma. 2011-ci ildə başlayan Suriyada vətəndaş müharibəsi ilə Türkiyəyə gələn suriyalılar bir çox sahədə ayrı-seçkiliyə məruz qalırlar. Tədqiqatçı Şenay Özdenin sözlərinə görə, qaçqınların Türkiyədə qalıcı olması düşüncəsi ilə Türkiyədə suriyalılara qarşı irqçi münasibət və ifadələr artmışdır. Türkiyədə yaşayan suriyalıların 92%-i ayrı-seçkiliyə məruz qaldıqlarını bildirir. Beynəlxalq Miqrasiya Təşkilatının 636 nəfərlə apardığı araşdırmada iştirakçıların təxminən yarısının suriyalıları "daha az istedadlı irq" olaraq gördüyü müəyyən edilmişdir. Bundan əlavə, iştirakçıların üçdə biri suriyalı qaçqınların müharibə qurbanı olmadığına inandıqlarını bildirmişdir. İştirakçıların yarıdan çoxu suriyalılarla hər gün qarşılaşdıqlarını bildirsələr də, onların yalnız 22%-i suriyalılarla hər hansı təmasda olduğunu bəyan etmişdir. Türkiyədəki iqtisadi problemlər və işsizlik bəziləri tərəfindən suriyalı qaçqınlarla əlaqələndirilir. Bu problemlərin suriyalılara qarşı mənfi baxışı gücləndirdiyi və irqçiliyi daha çox tətiklədiyi bildirilir. Araşdırmalar göstərir ki, əhalinin iqtisadi cəhətdən zəif hissəsi, xüsusən də suriyalı qaçqınları iqtisadi problemlərin əsas günahkarı kimi görür.
Türkiyədə suriyalı poqromları (2024)
Türkiyədə suriyalı poqromları — Türkiyə vətəndaşları ilə suriyalı məcburi köçkünlər arasında baş tutmuş münaqişə. Hadisələr bir suriyalı miqrantın yerli qıza təcavüz etməsi nəticəsində yaranmışdır. == Zəmin == Suriyada vətəndaş müharibəsi başlayandan sonra bir qrup suriyalı qaçqın axını Türkiyəyə üz tutmuşdur. Bu qaçqınlar artdıqca onların sayı 3,6 milyon nəfərə çataraq ölkədə iqtisadi problemlərə və antimiqrant əhval-ruhiyyəsinin artmasına səbəb olmuşdur. 2024-cü il iyunun sonunda suriyalı məcburi köçkün Türkiyənin Kayseri şəhərində yerli bazarda 5 yaşlı qıza təcavüz etmişdir. Bu, yerli vətəndaşların narazılığına səbəb olmuşdur. Bundan sonra şəhər vətəndaşları etiraz aksiyalarına çıxmış, burada suriyalı məcburi köçkünlərinə mülklərinə qarşı zorakılıq tətbiq etmişdilər. Kayseri valiliyi təcavüz edənin saxlanıldığını təsdiqləmişdir. Etirazçılar prezident Rəcəb Tayyib Ərdoğanın istefasını tələb etmişdilər. Öz növbəsində Ərdoğan bəyan etmişdir ki, məcburi köçkünlərə qarşı zorakılıq və ksenofobiyaya təhrik etmək yolverilməzdir.