Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quranilik
Quranilik (ərəbcə: قرآنيون (qurʾāniyūn)) sadəcə Quran-i Kərimi İslam dininin mənbəsi qəbul edib, digər dini qaynaqları (hədis, məzhəb, təriqət, şəriət, sünnə, icma) rədd edən dini-fəlsəfi cərəyandır. Quranilər ümumi mənada Quranın hər hansı bir şərhə ehtiyac olmadan aydın ola biləcəyini, bunun yanında hədislərin qorunmadığını, qorunan kitabın və sözün yalnız Quran olduğunu və möhkəm qəbul edilən hədislərin belə şübhə daşıdığını, şübhə daşıyan heç bir mətnin dini qaynaq ola bilməyəcəyini söyləyirlər. Quranilər bu düşüncə ilə İslamın ən böyük iki məzhəbi: Sünnilik və Şiəlikdən ayrı sayılırlar. Quran müsəlmanları dini mənbə olaraq sadəcə Quranı qəbul etməkləri ilə birlikdə, dini hakimiyyəti, dini dövlət (teokratiyanı) anlayışını da qəbul etmirlər. Üstəlik bu cərəyan hər hansı bir tarixi şəxsiyyətə bağlı olmadığı üçün məzhəb də sayılmır. Məzhəblər tamamı ilə rədd edilir. İddialarına görə hədislər Məhəmməd peyğəmbərin ölümündən 250–500 il sonra onun adından uydurulmuş, Quranda yer alan İslam dini unudulmuşdur. Bu cərəyanın eyni zamanda VIII əsrdə yəhudilikdə reformasiyanı müdafiə edən Karaim məzhəbi və xristianlığın başlıca cərəyanı olan protestanlıq ilə oxşar cəhətlərinə rast gəlmək mümkündür. == Qurani cərəyanlar == Abdullah Chakralawinin liderliyindəki "Quran əhli" Ghulam Əhməd Pervez başçılığı altında "Tolu-e-İslam" Hindistan və Pakistandakı əhəmiyyətli Qurani cərəyanlardır. Bu cərəyanlar hədisi istinad qəbul etməməklə birlikdə hədisləri də tamamilə rədd etməzlər.
Nəsranilik
Nestorianlıq (Nəsturilik) - Tanrı təbiətinin İsaya onun doğulmasından sonra daxil olduğunu iddia edən və buna görə əsas kilsələr tərəfindən heretik sayılan xristian təriqəti və cərəyanı. == Nestoriusun fəaliyyəti == 428-ci ildə imperator II Feodosius (Theodosius) Konstantinopol arxiyepiskopu vəzifəsinə Nestoriusu dəvət etmişdir. O isə, bu vəzifəni tutan kimi, müxtəlif "hereslərə" qarşı mübarizəyə başlamışdır. Onun birinci rəqibləri, İsada insan ruhunun deyil, əvəzində İlahi Loqosun olduğunu iddia edən Laodikiyalı Apolinariosun ardıcılları olmuşdurlar. Bu fikirləri rədd edən Nestorius, Loqosun İsaya sonra daxil olmasını və onda insani təbiətin İlahi təbiətlə qarışmamasını iddia edirdi. Ancaq bu fikir etirazlarla qarşılanmışdı. Məsələ bundadır ki, o dövrdə Həzrət Məryəmə sitayiş etmə çox geniş yayılmışdı. Onu Tanrı anası adlandırırdılar. Nestoriusun isə fikirlərindən belə çıxırdı ki, Məryəm Tanrını deyil, adi insanı doğmuşdur. Tanrı isə sonra öz Sözünü ona daxil etdi.