Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Oğurlanmış öpüş
Oğurlanmış öpüş (fr. "Le Baiser à la dérobée",ing. "The Stolen Kiss") — fransız rəssam Jan Onore Fraqonar tərəfindən 1786-cı ildə çəkilmişdir və hazırda rəsm Ermitaj muzeyində sərgilənir. Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J. O. Fraqonarın şedevr əsəri "Yelləncək" (1767) adlı tablosu hesab olunsa da, "Oğurlanmış öpüş" (və ya "Gizli öpüş") əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda — otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib. == Əsərin təsviri == Ön planda iki fiqur — oğlan və qız təsvir olunub, arxa planın sağ küncündə isə açıq qalmış qapıdan görünən otaqda üç qadın fiquru, sanki qızğın söhbət zamanı göstərilib. Onlar həm uzaq planda, həm də içəri otaqda olduqları üçün qaranlıq tonlarda işlənilib.
Oğurlanmış məktub (hekayə)
Oğurlanmış məktub — amerikalı yazıçı Edqar Allan Po tərəfindən yazılmış qısa hekayədir. Xəyali Ogüst Düpeni əhatə edən üç detektiv hekayənin üçüncüsüdür. Digər ikisi "Rue Morquedəki Cinayətlər" və "Marie Roqetin sirri"dir. Bu hekayələr müasir detektiv hekayəsinin erkən öncüsü olaraq qəbul olunur.
Oğurlanmış arzular (film, 2013)
Oğurlanmış arzular — Azərbaycan filmi, Rejissor Osman Albayrakın filmi. == Məzmun == Avtoservisdə işləyən Kənanın (Zaur Şəfiyev) oğlu dünyasını dəyişir. Kənan (Zaur Şəfiyev) oğlunun ölümündə özünü günahkar sayır. Kənan (Zaur Şəfiyev) qonşusu Əminənin (Nəsibə Eldarova) qızı Ayseli (Pərvin Abıyeva) sevir. Onlar bir-birlərini sevirlər. Ancaq Əminə (Nəsibə Eldarova) onların görüşməyini istəmir. Hadisələr elə gətirir ki, onlar bu sevgisi bir gün sona çatır. Aysel (Pərvin Abıyeva) Elnurun (Tural Əsədov) holdingində işə düzəlir. Kənan (Zaur Şəfiyev) Ayselin (Pərvin Abıyeva) holdingdə işləməyinə razı olmur. Aysel (Pərvin Abıyeva) işləməyə davam edir.
Oğurlanmış arzular (film, 2015)
Oğurlanmış arzular — Azərbaycan filmi, Rejissor Osman Albayrakın filmi. == Məzmun == Avtoservisdə işləyən Kənanın (Zaur Şəfiyev) oğlu dünyasını dəyişir. Kənan (Zaur Şəfiyev) oğlunun ölümündə özünü günahkar sayır. Kənan (Zaur Şəfiyev) qonşusu Əminənin (Nəsibə Eldarova) qızı Ayseli (Pərvin Abıyeva) sevir. Onlar bir-birlərini sevirlər. Ancaq Əminə (Nəsibə Eldarova) onların görüşməyini istəmir. Hadisələr elə gətirir ki, onlar bu sevgisi bir gün sona çatır. Aysel (Pərvin Abıyeva) Elnurun (Tural Əsədov) holdingində işə düzəlir. Kənan (Zaur Şəfiyev) Ayselin (Pərvin Abıyeva) holdingdə işləməyinə razı olmur. Aysel (Pərvin Abıyeva) işləməyə davam edir.
Oğurlanmış öpüşlər (film, 1968)
Oğurlanmış öpüşlər — 1968-ci ildə istehsal olunmuş Fransa filmi. rejissor: Fransua Trüffo Antuan Doanel (Jan-Pyer Leo) hərbi xidmətdən buraxıldı. Antuan sevgilisi Kristin'i (Klod Jad) ziyarət edir. Kristinin atası ona gecə qapıçısı kimi bir iş verir. Ancaq bu işi itirir və detektiv olur. Antuan bir müştərinin arvadına aşiq olduqda, sevgilisi Kristin'i tərk edir. Kristin-ə sevginin heyranlığı nəzərdə tutduğunu və heç vaxt ona heyran olmadığını söylədi. Ancaq Kristin onun yeganə sabitidir. Onu geri qazanacaq. Film bir çox beynəlxalq mükafat aldı.
Boris Urlanis
Boris Sezareviç Urlanis (ukr. Урланіс Борис Цезарович; 15 (28) avqust 1906, Kiyev – 14 iyul 1981, Moskva) — sovet, Ukrayna, Rusiya demoqrafı, iqtisad elmləri doktoru, professor. O, iqtisadi demoqrafiya, statistikanın ümumi nəzəriyyəsi, əhalinin ümumi problemləri, SSRİ əhalisinin dinamikası və strukturu üzrə əsərlərin müəllifidir. == Həyatı == Boris Urlanis milliyyətcə yəhudi olan qədim dillər üzrə gimnaziya müəlliminin ailəsində anadan olub. Atası siyasi etibarsızlıq ucbatından bankda sığorta işçisi işləməyə məcbur idi. Boris ailədə onuncu övlad idi. O, anadan olandan 6 ay sonra, 1907-ci ilin yanvarında ailə Moskvaya köçdü və Boris ömrünün sonuna kimi burada yaşadı. 1914-1918-ci illərdə Moskvada özəl Çareviç Aleksey adına Təşviq Cəmiyyətinin Ticarət Məktəbində oxuyub. Ardınca 1918-1922-ci illərdə 91 saylı Moskva məktəbində "II-ci səviyyə" üzrə təhsil alıb. Boris Urlanis 1923-cü ildə Moskva Dövlət Universitetinin İctimai Elmlər Fakültəsinin Statistika şöbəsinə daxil olub.