ÇIRAQBAN

is. [ fars. ] Çıraqbanlıq, çıraqlarla işıqlandırılmış.
Çıraqbandır tamam yer, göy; Nə zəncir var, nə bir zindan. S.Vurğun.
Klubun içərisi çıraqban idi. S.Rəhman.

□ Çıraqban etmək – işıqlandırmaq, nurlandırmaq.
Camalın şöləsi nuri-təcəlla; Çıraqban eyləyib mahalı, Xurşud! Aşıq Ələsgər.

Çıraqban olmaq – işıqlanmaq, nurlanmaq.
Bayram gecələri Bərdə şəhəri sübhə kimi çıraqban olub. F.Köçərli.

Синонимы

  • ÇIRAQBAN işıqlı — nurlu
ÇIRAQ
ÇIRAQBANLIQ

Значение слова в других словарях