Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Odzisi (Xaşuri)
Odzisi (Xaşuri) (gürc. ოძისი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 56 nəfər idi. 2014-cü ildə 50 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Addis Ababa
Əddis-Əbəbə (amh. አዲስ አበባ) — Efiopiyanın paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində yerləşir. Əhalisi 2023-ci ilin hesablamalarına görə 5,461,000 nəfərdir. Şəhərin dəniz səviyyəsindən minimal hündürlüyü 2326 metrdir. Əddis-Əbəbə dünyanın ən yüksəkdə yerləşən şəhərlərindən biridir. Şəhərin ən yüksək nöqtəsi şimal hissədə yerləşən və hündürlüyü 3000 metrə çatan Entoto dağıdır. Şəhərin əsası 1886-cı ildə imperator II Menelik tərəfindən həyat yoldaşı, imperatriçə Taytu Betulun xahişi ilə qoyulmuşdur. Əvvəlki adı oromo dilində "isti bulaqlar" mənasını verən Finfin olmuş, sonradan amhar dilində "yeni çiçək" mənasını verən indiki adını almışdır.
Əddis-Əbəbə
Əddis-Əbəbə (amh. አዲስ አበባ) — Efiopiyanın paytaxtı və ən böyük şəhəri. Ölkənin mərkəzi hissəsində yerləşir. Əhalisi 2023-ci ilin hesablamalarına görə 5,461,000 nəfərdir. Şəhərin dəniz səviyyəsindən minimal hündürlüyü 2326 metrdir. Əddis-Əbəbə dünyanın ən yüksəkdə yerləşən şəhərlərindən biridir. Şəhərin ən yüksək nöqtəsi şimal hissədə yerləşən və hündürlüyü 3000 metrə çatan Entoto dağıdır. Şəhərin əsası 1886-cı ildə imperator II Menelik tərəfindən həyat yoldaşı, imperatriçə Taytu Betulun xahişi ilə qoyulmuşdur. Əvvəlki adı oromo dilində "isti bulaqlar" mənasını verən Finfin olmuş, sonradan amhar dilində "yeni çiçək" mənasını verən indiki adını almışdır.
Əddis Hacıyev
Hədis Hacıyev (14 fevral 1964, Bakı) — Azərbaycan kino rəssamı. == Həyatı == Hədis Hacıyev 14 fevral 1964-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1983) və ÜDKİ-də təhsil alıb (1991). 1991-ci ildən Moskvada çalışır. Çox sayda filmdə, tamaşada, tv verilişində, reklam və kliplərdə rəssam kimi çalışıb. Rusiya istehsalı olan "Qaçırılma" (2005), "Pis həmkar" (rej: Ceyms D. Dek, Mosfilm, Ramko (Rusiya-ABŞ), 2005), "Qaranlıq otaq" (kinoalmanax, REN TV, 2000–2001), "Yay yağışı" (rej: Aleksandr Atanesyan, Angel film – Rusiya, 2000), "Prezident və onun qadını" (rej: Yelena Rayskaya, Evrasiya film – Rusiya, 1996), "Ev" (rej: Leonid Kvinixidze, 10 seriyalı, NTV, 1995), "Ötən ömrə məktub" (rej: Aleksandr Aravin, 1994) filmlərinin rəssamı olub. 2014-cü ildən Moskva Film Məktəbinin Bədii Quruluş programının rəhbəri 2012–1022 Rusiya Kinematografçılar Idarə Heyətinin üzvü 2016-cı ildən — Rusiya Kinematografçılar Kino və TV rəssamlar qildiyasının vitse-prezidenti seçilip 2021-ci ildən Moskva Film Məktəbinin Bədii Programlar bölümünün rəhbəri. == Teatr == 1. Koyka (1999, Rusiya) 2. Dalga sesi (2002.
Oddi Altarı (Rafael)
Oddi Altar (it. Pala degli Oddi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502 - 1504 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Oddi Altar əsəri hal-hazırda Vatikanda Vatikan muzeyində saxlanılır.
Oddi sfinktoru disfunksiyası
Oddi sfinktoru disfunksiyası — Oddi sfinktorunun daşla yox, üzvi (fibroz, iltihab) və ya funksional (spazm) səbəblərdən tıxanması disfunksiya adlanır. Hərçənd ki, disfunksiya ilə birlikdə daş da rastlana bilər. Oddi sfinktoru disfunksiyası (OSD) ödün və / və ya pankreas şirəsinin onikibarmaq bağırsağa axınını əngəlləyərək xolestaza, xoledox genişlənməsinə, qaraciyər zədələnməsinə, pankreatitə və öd sancısına səbəb olur.
Müqəddəs Georgi kafedralı (Əddis-Əbəbə)
Müqəddəs Georgi kafedralı — Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən kafedral. Kafedral səkkizguşəli forma şəklindədir. Şəhərin Çörçil yolu yaxınlığında yerləşir. == Haqqında == Kafedral memar Sebastyon Kastaynanın layihəsi və 1896-cı ildə Adova döyüşündə ələ keçirilmiş italyan əsirlərin qüvvəsi əsasında ucaldılmışdır. Kafedral bir çox Avropa memarlığı elementlərini özündə saxlayır. 1937-ci ildə İkinci İtaliya-Efiopiya müharibəsində kafedral yandırılmişdır. 1941-ci ildə müstəqilliyini yenidən qazanan Efiopiyanın imperatoru Hayle Selasiyye tərəfindən bərpa edilmişdir. 1917-ci ildə Efiopiya imperatriçası I Zevditu, 1941-ci ildə imperatoru Hayle Selasiyyenin tacqoyma mərasimləri bu kafedralda keçirilmişdir. Hazırda kafedralda muzey fəaliyyət göstərir.
Odişi
Odişi (tarixi bölgə)
Odişi (Suxumi)
Odişi (gürc. ოდიში) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 360 metr hündürlükdə, Suxumidən 16 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 7, თბ., 1984. — გვ. 502.
Odişi (tarixi bölgə)
Odişi (gürc. ოდიში) Qərbi Gürcüstanda keçmiş Mingreliya knyazlığının əsas mülkü olan tarixi bölgədir. 19-cu əsrin əvvəllərindən bu toponimi Sameqrelo (Mingrelia) əvəz etmişdir. == Coğrafiyası == Gürcüstanın əksər tarixi bölgələri kimi Odişanın da dəyişkən sərhədləri vardı. Qərbdə Qara dəniz və şərqdə Tsxenistski çayı ilə sərhəddir; Şimalda Takveri dağları, Rioni çayı cənubda Odişi ilə Guria arasındakı sərhədi meydana gətirdi. Sözün daha dar mənasında Odişi, Qara dəniz tərəfindən yuyulan İnguri və Tehuri çayları arasında bir torpaq sahəsi deməkdir. Əsas şəhər və ən böyük yaşayış yeri Zuqdidi idi. Martvilidəki Çkondidi, əsas xristian katedrali olaraq xidmət etdi. Odişi xalqı üçün gürcü cin odişarı idi. == Tarixi == Odişi ilk dəfə Gürcüstan salnamələrində, Kraliça Tamarın hakimiyyəti dövründə (1184–1213-cü illərdə hökmranlıq etmişdir), müvafiq yerlərdən gələn Bediani və Dadiani ailə adları olan bir sülalədən bir eristavi ("hersoq") tərəfindən idarə olunan bir fiefdom olaraq görünür.