Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zeynəb Oduncu
Zeynəb Oduncu (1987, Gercüş[d], Batman ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Zeynəb Oduncu 1987-ci ildə Batman ilinin Gercüş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Gercüş ilçəsində alıb. Van Yüzüncü İl Universitetinin Tatvan Peşə Liseyində Kompüter Texnologiyaları və Proqramlaşdırma Bölməsindən məzun olub. Təhsilini Batman Universitetinin Sosiologiya Bölməsində davam edir. Milli Təhsil Nazirliyində və özəl təhsil müəssisələrində çalışıb. 2014-cü ilin martında Bölgələr Partiyasından Gercüş bələdiyyəsinin həmsədri seçilib. 2016-cı ildə əvəzinə qəyyum təyin olunaraq vəzifəsindən azad edilib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Unsuz şokoladlı tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.