ölümsaçan
ölümsüzləşmiş 2021
OBASTAN VİKİ
Ölümsüzlər (film, 2011)
Ölümsüzlər (ing. Immortals) — 2011-ci ildə rejissor Tarsem Sayn tərəfindən çəkilmiş, əsas rolları Henri Kavill, Freida Pinto və Miki Roukeni oynadığı ABŞ istehsalı olan fantaziya filmidir. Filmdə həmçinin Lük Evans, Stiv Bayers, Kellan Latz, Cozef Morqan, Stefen Dorff, Daniel Şarman, Alan van Spranq, Izabel Lukas, Kori Sevier və Con Hört kimi aktyorlar da çəkilmişdirlər. Film əvvəlcə Döyüşün Şəfəqi və Döyüş Tanrıları adlandırılmışdı, lakin filmin yunan mifologiyasındakı Tesey haqqında olması adının Ölümsüzlər olaraq dəyişməsinə səbəb oldu. Əsas fotoqrafiya 5 aprel 2010-cu ildə Montrealda başladı və film 2011-ci ilin 11 noyabr tarixində 2D və 3D formatlarında Universal Pictures və Relativity Media tərəfindən yayımlandı. Yayımlandığı ərəfədə kinotənqidçilər tərəfindən çox qarışıq rəy almasına baxmayaraq, film yüksək büdcəli gəlir ilə uğur qazana bildi. İnsanların və məxluqlar dünyada olmamışdan əvvəl ölümsüzlər cənnətdə bir-birilərinə qarşı müharibədə idilər. Qaliblər özlərini tanrı elan edərək məğlub olanları Titanlar adlandıraraq Tartara həbs etdilər. Möhtəşəm qüvvəyə sahib olan Epirus Bow adlı silah isə yerdə itirildi. E.Ə. 1228-ci ildə ölümlü kral Hiperion bu silahın axtarışına başladı.
Ölümsüzlük
Ölməzlik — cismi və ya ruhani formada sonsuz yaşam barədə konsepsiya. Sonsuz həyat haqqında beyində təsəvvür yaratmaq demək olar ki, mümkün deyil. Onu sadəcə arzulamaq olar. Amma , gözəl dinimiz olan İslam (eləcə də digər səmavi dinlər) ölümdən sonra həyatın varlığı haqqında dəlillər gətirir. Göstərilənlərə inanmaq üçün digər verilən məlumatların düzgünlüyünü sübut etmək lazım gəlir ki, bu da elm vasitəsilə edilir. Hal-hazırda elm Quranın elmi möcüzələrini öyrənmək üzrədir. 14 əsr öncə endirilmiş Bu səmavi kitabın möcüzəvi məlumatlarla zəngin olması onun yazılışının insan zəkasından uzaq olmasını dəfələrlə sübut edir. Bu baxımdan da hər bir insan kamil olmaq üçün dünyaya niyə gəldiyini öyrənmək məcburiyyətindədir.

Значение слова в других словарях