Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
2001: A Space Odyssey (film)
2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmidir. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur. Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır. 2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.
Odissey
Odissey (yun. Ὀδυσσεύς; lat. Ulysses) — qədim yunan mifologiyasında personaj və İtaka çarı, Penelopanın əri və Telemaxın atası. Onun Troya müharibəsində iştirakından Homer özünün İliada poemasında söhbət açır. Onun on il ərzində evə dönüş sərgüzəştlərini Homer ikinci böyük poeması olan Odisseyada göstərmişdir. Odisseyin atası Laert, İtaki çarı olub.
Odissey Andrutsos
Odissey (Odisseas) Andrutsos ( yun. Οδυσσέας Ανδρούτσος; 1788 və ya 1790[…], İtaka – 5 iyun 1825 və ya 1825[…]) — Yunanıstan hərbi lideri, Yunanıstan İstiqlaliyyət müharibəsinin iştirakçısı. O, Kleft ailəsindəndir. == İrsi == Odisseyin həyatının son, şübhəli ayları onun şöhrətini azaltmamışdır. Xalqın yaddaşında ilk növbədə Qraviya döyüşü üçün hərbi lider-qəhrəman olaraq qalmışdır. Yunanıstan tarixçilərinin əksəriyyəti onun Yunanıstanın azad edilməsinə verdiyi töhfəni vurğulayır və onu siyasi intriqaların qurbanı hesab edirlər. Yunanıstanın bütün şəhərlərində Odissey Andrutsosun adına küçə və meydanlar var.
2001: Kosmik Odissey
2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmidir. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur. Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır. 2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.
Odissey (kosmik modul)
IM-1, Nova-C aya eniş aparatından istifadə edərək NASA CLPS proqramı və ing. Intuitive Machines (IM) şirkətinin birgə həyata keçirilən Ay missiyası idi. IM Aya eniş aparatını Odysseus lander aparatı adlandırdı. Odissey aparatı Aya uğurla eniş edən ilk kommersiya eniş aparatı oldu. Ayın səthi ilə təmasda olduqdan sonra eniş aparatı 30 dərəcə bucaq altında əyildi. Lakin bütün alət yükləri funksional olaraq qaldı və missiya uğurlu hesab edildi. 2024, mart ayına olan məlumata əsasən aparatın məlumatları nəzərdən keçirilir və Odisseyin əlavə məlumatların toplanması üçün potensialının olduğu qeyd edilir. Odisseyin Aya enişi 1972-ci ildə Apollon 17- dən sonra Amerika istehsalı olan kosmik gəmi olaraq ilk yumşaq Ay enişidir. Eyni zamanda özəl şirkət tərəfindən ilk yumşaq Ay enişidir. Bu, aşağı yerin orbitindən kənarda atəş açan, maye metan və maye oksigen ilə işləyən ilk kosmik gəmidir və eyni zamanda dünyadan kənar bir göy cisminə enən ilk metaloks kosmik gəmisidir.
2001: Kosmik Odissey (film, 1968)
2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmidir. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur. Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır. 2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.
Odisseya
Odisseya — Homer tərəfindən yaradıldığı güman edilən dastanlardan biridir. "İliada" dastanında bəhs olunan Troya müharibəsində Menelay və Aqamemnonun başçılığı ilə bir çox sərkərdə Troyaya qarşı birləşir. Bunlardan biri də Odisseyadır. "İliada"nın davamı kimi yazılan bu dastanda Troyadan qayıdan qəhrəmanın başına gələn macəralardan bəhs olunur. Troya əsatirlər silsiləsinin "Dönüş" hissəsindən alınan dastandır. Dastan İliadadan fərqli olaraq daha çox nağılvari üslubda yazılmışdır. Odissey Penelopa Telemax Sirseya Poseydon Zevs Menelay Afina Yelena Nestor Penelopa ilə evlənmək istəyən İtakalı gənclər Evmey Evrikleya Kalipso Bu əsər uzun müddət öz evinə qayıtmayan Odisseyin oğlunun və arvadının vəziyyətinin təsviri ilə başlayır. Penelopaya elçilər gəlmişdir və onu evlənməyə təhrik edirlər. Telemax isə evi qoruya bilmədiyi üçün nə edəcəyini bilmir. Afina ona Troya mühariəsindən ən gec qayıdan Menelayla danışmağı məsləhət görür.