Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzəəli Abbasov (oftalmoloq)
Mirzə Əli Abbasov (1886, Naxçıvan, İrəvan quberniyası — 1957, Bakı, Azərbaycan SSR) — oftalmoloq, Azərbaycan SSR-in ilk Xalq Səhiyyə və Himayə komissarı, Naxçıvanda səhiyyə şöbəsinin yaradıcısı və ilk rəhbəri. Azərbaycan SSR-də Oftalmologiya İnstitutunun yaradıcısı və ilk rəhbəri. 1886-cı ildə Naxçıvanda anadan olub. 1912-ci ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olub və 1917-ci ildə ali təhsilini başa vurub. 1917-ci ildə ali təhsilini başa vurduqdan sonra 5№-li Kiyev xəstəxanasında ordinator işləməyə başlayır. 1918-ci ildə Naxçıvana qayıdır və 1920-ci ilə kimi həkim işləyir. 1920-ci ildə Naxçıvanda səhiyyə şöbəsini yaradaraq onun ilk müdiri olur. Bir neçə ay keçdikdən sonra bu şöbənin əsasında Naxçıvan MSSR-in Xalq Səhiyyə və Himayə Komissarlığı yaradıldı və M. Abbasov ilk Xalq Səhiyyə və Himayə komissarı təyin edildi. Həmin illərdə Naxçıvan MSSR-də yanlız bir həkim və bir neçə tibb bacısı işləyirdi. M. Abbasovun fəaliyyəti nəticəsində tezliklə Naxçıvanda ümumi profilli xəstəxana, tibb məntəqələri, əczaxanalar, Noraşendə (ind.Şərur) isə feldşer məntəqəsi yaradıldı.
Elmar Qasımov (həkim-oftalmoloq)
Elmar Qasımov (Qasımov Elmar Mustafa oğlu 10 fevral 1962, Bakı) — həkim-oftalmoloq,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru == Həyatı == Elmar Qasımov 1962-ci ildə Bakıda anadan olub, 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1987-ci ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutun internaturasında hazırlıq keçib və 1994-cü ildə həmin institutun aspiranturasını bitirib. O, 1998-ci ildə S. N. Fyodorov adına "Gözün mikrocərrahiyyəsi" Elmi-texniki Oftalmoloji kompleksində "Azərbaycanda qlaukoma nəticəsində korluğun və əlilliyin tibbi-sosial aspektləri" mövzusunda namizədlik dissertasiyasını və akad. A. P. Nesterovun rəhbərlik etdiyi Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında 2003-cü ildə "Kvant generatorun yeni növü – mis buxarı əsasında işləyən lazer və onun oftalmologiyada tətbiqinin imkanları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. E. M. Qasımov tikişsiz aparılan oftalmocərrahiyə üsullarını və fakoemulsifikasiya üsulunu, öz fəaliyyətində tətbiq edir. 232 elmi əsərin, o cümlədən xaricdə çap olunmuş 65 elmi işin o cümlədən 6 patentin müəllifidir. Elmi tədqiqatların nəticələri müxtəlif yerli və xarici konfranslarda və konqreslərdə təqdim olunub. 18 fəlsəfə doktoru yetişdirib, 4 elmlər doktorunun elmi məsləhətçisi olmub. Hal-hazırda 5 fəlsəfə doktorluq dissertasiya işinin rəhbəridir və 5 elmlər doktorluq dissertasiya işinin elmi məsləhətçisidir. 2006-cı ilin mart ayından akad.
Mirzə Əli Abbasov (oftalmoloq)