EYE

eye1

n 1. göz; blue / brown / large ~s mavi / qonur / böyük gözlər; the whites of one’s ~s gözünün ağı; with naked ~ adi gözlə (optik cihazların köməyi olmadan); The sun / The light is in my eyes Günəş / İşıq gözlərimə düşür; to cast down one’s ~s gözlərini yerə dikmək; to cock one’s ~ göz vurmaq / eləmək; to screw up one’s ~s gözlərini qıymaq; to put one’s ~s together gözünü yummaq, yatmaq; 2. pl baxış, nəzər; to set / to lay / to clap ~s on smth bir şeyə göz yetirmək; to run / to pass one’s ~ over / through smth. bir şeyi cəld gözdən keçirmək; 3. məc. fikir, rəy, mülahizə; in the ~ (s) of smb bir kəsin fikrincə; 4. dəlik, deşik, göz (qapıda, iynədə və s.); 5. jarq. xəfiyyə, xəfiyyə agenti, casus; private ~ xüsusi xəfiyyə; 6. jarq. televizor ekranı; 7. şaxtanın ağzı; to spoil one’s ~s gözlərini korlamaq; sharp / keen ~ iti göz; to be unable to take one’s ~ off gözü qalmaq, gözünü ayıra bilməmək; to be all ~s and ears göz-qulaq olmaq; Keep a sharp eye on this child Bu uşaqdan göz-qulaq ol / olun; The light of my eye Gözümün işığı / nuru; true ~ sərrast göz; to look danger / death straight in the ~ təhlükənin / ölümün gözünə dik baxmaq; in smb.’s ~s bir kəsin gözündə; to open smb.’s ~s bir kəsin gözünü açmaq, bir kəsi başa salmaq; to open one’s ~s wide gözünü bərəltmək; to feel colic in the ~s gözü sancmaq; to put the evil ~s (on / upon) göz dəymək, gözə gətirmək; to keep one’s ~ on göz qoymaq; disease of the ~ göz xəstəliyi; to measure by ~ gözəyarı ölçmək; with open ~ açıq gözlə; to have an ~ for beauty gözəlliyi görmək / seçmək; to have a good ~ for distance gözlə məsafəni yaxşı müəyyən etmək; to have ~s at the back of one’s head məc. boynunun ardında gözü olmaq, hər şeyi görmək; to have all one’s ~s about one bir kəs haqqında ayıq-sayıq olmaq; with open ~s şüurlu olaraq; to make smb. open his ~s bir kəsi təəccübləndirmək: to close one’s ~s əbədi olaraq gözlərini yummaq, ölmək; to give an ~ to the child uşağa göz qoymaq; Keep your eye on him! Ona göz qoy / qoyun!; to be in the public ~ tez-tez ictimai yerlərdə görünmək; to wipe smb.’s ~s bir kəsə təsəlli vermək; to feast one’s ~s baxıb həzz / zövq almaq; to burst upon the ~ gözə çarpmaq; It strikes the eye, It leaps to the eye Bu, gözə çarpır

eye2

adj göz; ~ disease göz xəstəliyi; ~ specialist göz həkimi, oftalmoloq; ~ hospital göz xəstəxanası; ~ glasses eynək, gözlük

eye3

v 1. baxmaq, diqqətlə baxmaq, gözdən keçirmək; to ~ smb. with suspicion bir kəsə şübhə ilə baxmaq; to ~ with curiosity maraqla baxmaq; 2. nəzarət altında saxlamaq, bir kəsdən gözünü ayırmamaq / çəkməmək

EXULTATION
EYE-BALL
OBASTAN VİKİ
II Eye
II Eye (e. ə. XIV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr, Teben) — Misir fironu.
Eye Cue (qrup)
Eye Cue — Broyan Traykovski və Mariya İvanovskadan təşkil olunan Makedoniyalı musiqi dueti. Onları bəzən səhnədə təbilçi İvo Mitkovski müşayiət edir. 2008 və 2010-cu illərdə qrupun "Magija" və "Not This Time" mahnıları Balkan ölkələrində hit olmuşdur. Eye Cue dueti "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Karyera == 13 fevral 2018-ci il tarixində Makedoniya Respublikasının MRT telekanalı Eye Cue musiqili duetinin "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnı duetin üzvü Broyan Traykovski tərəfindən bəstələnmiş və Makedoniya telekanalına daxil olan 382 mahnı arasından seçilmişdir. Eye Cue 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 11-ci səhnə almışdır. Nəticədə qrup 24 xalla yarımfinalda 18-ci yeri tutaraq, final mərhələsinə yüksələ bilməmişdir. == Heyət == Broyan Traykovski (mak. Боjaн Траjковски) — vokalist Mariya İvanovska (mak.
Goku Midnight Eye
Goku Midnight Eye (yaponca: MIDNIGHT EYE ゴクウ, Hepbörn: Midnight Eye Gokū) — Buyçi Terasavanın manqa seriyası.
Lost and Found (Eye Cue mahnısı)
Lost and Found (azərb. İtmiş və tapılmış‎) — Makedoniya Respublikasının 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Eye Cue qrupu "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Eye Cue qrupunun solisti Boyan Traykovski ilə makedoniyalı bəstəkar Darko Dimitrovun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
All Eyez on Me
All Eyez on Me — Tupak Şakurun 4-cü studiya albomu. Eyni zamanda albom 2pac-ın yaşayarkən çıxartdığı son albomudur. 13 fevral 1996-cı ildə buraxılan albom ilk həftəsində təxminən 566 min nüsxə satıldı. Tupakın ən yaxşı işi olaraq da qəbul edilən albom həm də hip-hop tarixindəki ilk iki diskli albomdur. RIAA-a görə albom bütün vaxtların ən çox satılan rep albomlarından biridir. 1998-ci ilin iyun ayında RIAA tərəfindən 9x platin olaraq qeyd edildi. 2014-cü ilin iyul ayında isə albomun satışı ABŞ daxilində 10 milyon nüsxəni keçdi və RIAA tərəfindən "Almaz albom" statusunu aldı. == Albom haqqında == 1995-ci ilin oktyabr ayında Şuq Nayt, təcavüz iddiası ilə həbsdə olan Tupak Şakura zamin durdu və $1.4 milyon ödəyərək həbsdən çıxartdı. Zaminliyin qarşılığında Tupak Death Row Records musiqi şirkəti ilə 3 albom çıxartmaq üçün müqavilə imzaladı. Həbsdən çıxıb studiyaya gələn Tupak Şakur albomu sadəcə 2 həftədə bitirdi.
Can't Take My Eyes Off you
"Can`t Take My Eyes Off You" (Tərc.: "Gözlərimi səndən ayıra bilmirəm") 1967-ci ildə Frankie Valli tərəfindən ifa olunmuş mahnıdır. Bəstə onun ən böyük hitlərindən biri idi, və ona qızıl qrammofon valı-nı və Billboard Hot 100 siyahısında 2-ci yeri qazandırdı. Bəstə Bob Gaudio və Frankie Valli tərəfindən yazılmışdır. == Əlamətdar kover versiyaları == Bu mahnı 200-dən çox müğənni tərəfindən, öz stillərində ifa olunmuşdur. Bunların arasında Andy Williams, The Supremes, Bobby Darin, Julio İglesias-ı saymaq olar. Həmçinin, Robert De Niro, John Cazale və Christopher Walken mahnını, 1978-ci ildə, Deer Hunter filmində ifa etmişlərdir.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Cilian Eyes
Culian Emyes və ya Culian Emis (ing. Julian Charles Becket Amyes) - Böyük Britaniya rejissoru və prodüseridir. Həyat yoldaşı Böyük Britaniya aktrisası Enn Allandır.
Leaves' Eyes
Leaves' Eyes — Alman və Norveç metal qrupu. 2003-cü ildə Liv Kristine-in Theatre Of Tragedy qrupundan ayrıldıqdan sonra və Liv Kristine-in həyat yoldaşı Atrocity qrupunun vokalisti Alexander Krull ayrıldıqdan sonra qurulmuşdur. Liv Kristine Norveçli,Alexander Krull isə Almaniyalı olduğundan qrup iki ölkənin təmsilçisi kimi qeyd edilir. Qrupun ilk studio albomu 2004-cü ildə "Lovelorn" adlı albomları olmuşdur. Bu albomun işləri qurtardıqdan sonra Liv Kristine hamilə idi və onların ilk uşaqları dünyaya gəldi.
The Black Eyed Peas
The Black Eyed Peas — Los Anceles şəhərində yaradılan ABŞ musiqi qrupu. 2009-cu ildə qrupun üzvləri: üzvləri will.i.am, apl de ap, Tabbo və Fergie-dir. 2003-cü ildə işıq üzü görən Elephunk albomundan sora qrup təxminən 27 milyon albom və track satışına nail olub.
Ocean Eyes
"Ocean Eyes" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən birinci sinql. Mahnını əvvəlcə Finneas öz qrupu üçün yazmışdı, lakin Aylişin səsinə uyğun olduğunu gördükdən sonra mahnını ona vermək qərarına gəldi. Mahnı ilk dəfə 18 noyabr 2015-ci ildə SoundCloud-da buraxılıb. Bir il sonra 2016-cı ildə Darkroom və Interscope Records tərəfindən yenidən yayımlanmışdır.
агромелиора́ция виктори́на выкристаллизи́ровать народонаселе́ние педиатри́я слабоси́льная террико́н взви́згивание де́ньги обмочи́ться перетрави́ться поёрзать помыка́тельство church-shot passive belt seismograph South Georgia straight-from-the-shoulder tinkler бушлат влагонепроницаемый гипертрофия граммофон облизнуть экспатриировать