Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ulacalı
Ulacalı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Ulacalı kəndi əsasən dəniz səviyyəsindən aşağıda yerləşmişdir. Bütün ərazisi düzənlikdir. Bitki örtüyünün say müxtəlifliyi çox deyil. Xarakterik meşələr Tuqay meşələridir. Burdakı ağaclar yarımsəhra və quru çöl iqliminə uyğun olan palıd, ağcaqayın və söyüd ağaclarıdır. Kollardan isə yovşan və dəvətikanı üstünlük təşkil edir. Heyvanlar aləmi isə Tuqay meşələrinin heyvanları ilə məhdudlaşır. Bu heyvanların demək olar ki nəsli kəsilmişdir. Bura tülkü, qaban, cüyür, dələ, canavar aiddir.
Ocaqlı
Ocaqlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ocaqlı oyk. Cəlilabad r-nunun Qarazəncir i.ə.v.-də kənd. Düzənlikdədir. əsl adının Ocaqqulu olduğu söylənilir. Keçmiş adı Panovand olmuşdur. Yaşayış məntəqəsi pirembel tayfasının üçüncü qolunun məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 64 ailədən ibarət olan panavandlıdar Muğanda köçəri həyat sürürdülər, Panavandlılann bəş tirəsi vardır. Qışlaqlar həmin tirələrin (Hacıtağı, Sadi, Ocaqqulu, Hacı Mustafa və Fərzulla) adı ilə adlanmışdı. Yaşayış məntəqəsi 1887-ci ildə 40 ailədən ibarət ocaqlar (ocaqqulıı) nəslinin Ocaqlı qışlaq, yaxud Ocaqqulu qışlaq adlı yerda məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır.
Onayaqlı xərçəngkimilər
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi. Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur.
Ulacalı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ocaqlı dazlıq
Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. == Etiopatogenez == Xəstəliyin yaranmasında avtoimmun mexanizmlər dayanır. Yəni, xəstənin immun hüceyrələrinin tük follikulalarına hücum etməsi nəticəsində yaranan iltihabi reaksiya tük soğanaqlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə ocaqlı saç tökülməsi yaranır. == Klinik əlamətlər == Ocaqlı alopesiya saçlı dəridə tala-tala saç tökülməsi ilə başlayır. Xəstəlik proqressivləşərək total alopesiya yarada bilər. Total dazlıq və ya total alopecia zamanı başın bütün saçları tökülür. Xəstəliyin ən ağır formasında bədənin bütün nahiyyələrində tük tökülməsi yaranır.
Hər şey çox gözəl olacaq (film, 1998)
Hər şey çox gözəl olacaq - 1998-ci il türk komediya filmi. Cem Yılmazın və Mahsar Alansonum baş rolları bölüşdükləri ilk sinema filmidir. == Mövzusu == Altan qoşulduğu dava sayəsində illərdir görmədiyi qardaşı Nuriylə qarşılaşır. Altan Nurinin işlədiyi dərman anbarını uzun müddət açmağı planladığı bar üçün pul mənbəyi olaraq görür. Müxtəlif cəhdlərdən sonra Nuriylə təzədən yaxınlaşan Altay fərqinə varmadan həm özünü, həm də Nurini təhlükəli macəraların içinə sürükləyir. Nuri və Altan hər şeyin çox gözəl olacağını ümid edərək həyatla mübarizə aparmağa davam edirlər. Bu mübarizə içərisində unutduqları vacib məqamlar da vardır.
Saçaqlı meduzlar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.
Saçaqlı pendir
Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan mətbəxlərində hazırlanan pendir növü. == Coğrafiyası == Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər. Türkiyədə saçaqlı pendir əsasən Ərdəhan və Ərzurumda istehsal olunur. Türkiyədə çeçil adı ilə tanınır. == Hazırlanması == Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur.Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur. == İstifadəsi == Saçaqlı pendir əsasən səhər yeməyində yeyilir.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata-mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. == Təsvir == Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Saçaqlı meduzalar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.
Olacağa çarə yoxdur (film, 2003)
== Məzmun == Taksi sürücüsü Bəhlul (Anar Heybətov) bir gün taksiyə minən qıza (Təhminə Hüseynova) aşıq olur. Bu məhəbbət ona çox baha oturur. Xoşbəxt sonluqla bitən film-tamaşa musiqili komediyadır.