Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aldis Adamovis
Aldis Adamovis (latış. Aldis Adamovičs‎; 1970) — Latviya dövlət və siyasi xadimi, Latviya Seyminin XII (2014—2018) və XIII (2018—) çağırış üzvü. == Həyatı == Aldis Adamovis 1977-ci il fevralın 1-də anadan olub. Aldis Adamovis ali təhsilini Latviya Universitetində alıb. == Fəaliyyəti == Aldis Adamovis «Vahid» Partiyanın üzvüdür. === Deputatlığı dövrü === 2014-cü ildə XII çağırış Latviya Seyminə seçkilər baş tutdu. «Vahid» Partiyanın üzvü olan Aldis Adamovis, Latqale ərazisindən Latviya Seyminə üzv seçildi. 2018-ci ildə XIII çağırış Latviya Seyminə seçimlər baş tutdu. Yenə «Vahid» Partiyanın üzvü olan Aldis Adamovis, Latqale ərazisindən Latviya Seyminə üzv seçildi.
Oldos Haksli
Oldos Leonard Haksli (ing. Aldous Leonard Huxley; 26 iyul 1894[…] – 22 noyabr 1963[…], Los-Anceles, Kaliforniya, ABŞ) — ingilis yazıçısı. Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxladı. Sonrada bir daha kor olacağı qorxusu ilə qarşısına gələn bütün kitabları oxudu. Müasirlər Oldos Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyənlə və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı. İntellektual-polemik "Sarı Krom" (1921), "Təlxək rəqsi" (1923), "Kontrapunkt" (1928), "Cəsur Yeni Dünya" (1932) romanlarında cəmiyyətin mənəvi eybəcərliyi satira atəşinə tutulur. Lakin Haksli yaradıcılığında humanizmin zəifləməsinə, əxlaqi və dini öyüdçülüyə, mistisizmə gətirib çıxarmışdır: "Meymun və mahiyyət" (1948), "Dahi və ilahə" (1955) və s. romanları var.
Uldis Berzinş
Uldis Berzinş (latış. Uldis Bērziņš‎; 17 may 1944, Riqa – 24 mart 2021, Riqa) — latış şair və tərcüməçi. Uldis Berzinş 1944-cü il may ayının 17-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Latviya Universitetində latış filologiyasını öyrənib. İlk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. 1968–1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq kafedrasında türk dilini öyrənib. Moskva Dövlət Universitetinin Şərqşünaslıq və afrikaşünaslıq şöbəsində (fars və türk dilləri) təhsil alıb. Daşkənd Dövlət Universitetində (özbək dili üzrə), Reykyavik Universitetində (island dili üzrə), eləcə də Çexoslovakiyanın, İsveçin və digər ölkələrin universitetlərində oxuyub. Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatar və çuvaş dillərini bilir. Berzinş İncilin tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, Quranın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib.
Odişi
Odişi (tarixi bölgə)
Odişi (Suxumi)
Odişi (gürc. ოდიში) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 360 metr hündürlükdə, Suxumidən 16 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 7, თბ., 1984. — გვ. 502.
Odişi (tarixi bölgə)
Odişi (gürc. ოდიში) Qərbi Gürcüstanda keçmiş Mingreliya knyazlığının əsas mülkü olan tarixi bölgədir. 19-cu əsrin əvvəllərindən bu toponimi Sameqrelo (Mingrelia) əvəz etmişdir. Gürcüstanın əksər tarixi bölgələri kimi Odişanın da dəyişkən sərhədləri vardı. Qərbdə Qara dəniz və şərqdə Tsxenistski çayı ilə sərhəddir; Şimalda Takveri dağları, Rioni çayı cənubda Odişi ilə Guria arasındakı sərhədi meydana gətirdi. Sözün daha dar mənasında Odişi, Qara dəniz tərəfindən yuyulan İnguri və Tehuri çayları arasında bir torpaq sahəsi deməkdir. Əsas şəhər və ən böyük yaşayış yeri Zuqdidi idi. Martvilidəki Çkondidi, əsas xristian katedrali olaraq xidmət etdi. Odişi xalqı üçün gürcü cin odişarı idi. Odişi ilk dəfə Gürcüstan salnamələrində, Kraliça Tamarın hakimiyyəti dövründə (1184–1213-cü illərdə hökmranlıq etmişdir), müvafiq yerlərdən gələn Bediani və Dadiani ailə adları olan bir sülalədən bir eristavi ("hersoq") tərəfindən idarə olunan bir fiefdom olaraq görünür.