PANG

(Quba)
alma növü. – Pang qırmızı alma oldığı içün uşağların həvəsi unda çoxdı
PANCARA
PANGGÜL
OBASTAN VİKİ
Bulbophyllum pangerangi
Bulbophyllum odoratum (lat. Bulbophyllum odoratum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum odoratum növü Malayziya üçün endemik növdür. == Sinonim == Bulbophyllum braccatum Rchb.f. Bulbophyllum brookesii Ridl. Bulbophyllum crassicaudatum Ames & C.Schweinf. Bulbophyllum deceptum Ames Bulbophyllum elatius Ridl. Bulbophyllum hortense J.J.Sm. Bulbophyllum hortensoides Ames Bulbophyllum mindanaense Ames Bulbophyllum niveum (J.J.Sm.) J.J.Sm. Bulbophyllum odoratum var.
Pangeya
Pangeya — dünyada həyat başladığı zaman bütün qitələrin bir ada kimi bir-biriylə birləşmiş halına verilən addır. Pangeya (rus. Пангея, ing. Pangaea) /yun. pan — hamısı və ge, gaia- yer, torpaq/ — Paleozoyda və Mezozoyun əvvələrində müasir materiklərin hamısını birləşdirən fərziyyəvi materik. Onun parçalanmasını və hissələrinin bir- birindən aralanmasını, yeni qlobal tektonikaya əsasən mantiyada konveksion özəklərin yeni sisteminin yaranması ilə əlaqələndirirlər. Materik çıxıntıları və okean çökəkliklərinin sonrakı inkişafı haqqında bir sıra fərziyyələr mövcuddur. Bəzi alimlər materiklərin hərəkətsiz olduğunu, bəziləri isə onların daim hərəkət etdiklərini güman edirlər. Materiklərin hərəkət etməsi haqqında ilk dəfə fikir söyləyən Alfred Vegener olmuşdur. Onun nəzəriyyəsinə görə, yer qabığında vahid quru-Pangeya mövcud olmuşdur.
Pangong-Tso gölü
Pangong-Tso (Hindi: पांगोंग त्सो) — Himalay dağlarında axarsız göl. Göl dəniz səviyyəsindən 4350 metr yüksəklikdə yerləşir. Göl Hindistan və Çin sərhəddi boyu 134 km uzanır. Pangong-Tsonun 60 %-i Çin ərazisində yerləşir. Ən enli yeri 5 km-dir. Suyu duzlu olsa da, qış aylarında göl tam donur. Göl Ramsər konvensiyasına (Su quşlarının əsas məskəni olan, beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında konvensiya) aiddir. Bu Asiyada konvensiyaya düşən ilk sərhəd gölüdür. Göl Çin və Hindistan arasında olan mübahisəli ərazi daxilindədir. Gölün bir hissəsi (20 km) ÇXR-nın ərazisinə aiddir.
Pangermanizm
Pangermanizm (alm. Alldeutschtum‎, lat. Pangermanismus) — alman millətinin etnik, mədəni və dil identikliyinə əsaslanan siyasi birliyi ideyasına əsaslanan mədəni və siyasi hərəkat. Hərəkat (cərəyan) XIX əsrin əvvəllərində formalaşmışdır. XIX əsrin 60-cı illərində Prussiya və Avstriya imperiyası iki ən güclü almandilli dövlət idi. Onlar öz nüfuzlarını və ərazilərini genişləndirməyə çalışırdılar. Avstriya imperiyası çoxmillətli bir dövlət idi və burada almanlar (prussiyalılar, şvabiyalılar, bavariyalılar və s.) mütləq say üstünlüyünə malik deyildilər; Avstriya-Macarıstan imperiyasının yaradılması imperiyada digər etnik qrupların artan millətçiliyinin nəticəsi idi. Bismarkın rəhbərliyi altında Prussiya alman torpaqlarını yenidən birləşdirmək üçün pangermanizm ideyalarından istifadə etdi. Almaniyanın yenidən birləşdirilməsi 1871-ci ildə kayzer I Vilhelmin almandilli dövlətlər ittifaqının başçısı elan edilməsindən sonra baş verdi. Yeni imperiyanın hüdudlarından kənarda yaşayan bir çox almanlar onun hakimiyyəti altında və ya etnik cəhətdən homogen alman dövlətində yaşamağa üstünlük verərdilər, lakin bu istək digər etnik qrupların əks istəkləri ilə toqquşdu.
Ephedra pangiensis
Ortaboylu acılıqotu (lat. Ephedra intermedia) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteistikası == Orta Asiya, Tyan-Şan, Qafqaz, Cunq-Kaşq və Tibetdə geniş yayılmışdır. İlk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır.

Значение слова в других словарях