Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ondatra zibethicus
Ondatra zibethicus, müşk siçovulu (lat. Ondatra zibethicus) — ondatra cinsinə aid heyvan növü. Ondatra gəmiricilər dəstəsinin çöl siçanları yarımfəsiləsindən məməli heyvan növüdür. Bədəninin uzunluğu 35 sm-dək, quyruğu 28 sm-dək, kütləsi 1,5 kq-dək olur. Xəzi sıx, rəngi tünd-qəhvəyidən qaraya qədər olur. Erkəklərin qasıq vəziləri çoxalma dövründə tərkibində müşk olan sekret ifraz edir. Şimali Amerikada su hövzələrinin və bataqlıqların sahilində yaşayır. Avropaya bir neçə dəfə gətirilmiş və bütün Avrasiyaya, hətta subarktikaya da yayılmışdır; çay subasarları vasitəsilə Kiçik və Ön Asiyaya, Monqolustana, Çinə və Koreyaya qədər gedib çatmışdır. Yuva qazır, yaxud yediyi su bitkilərinin qalıqlarından, gövdə, budaq, yarpaq və köklərindən daxmacıq düzəldir. İldə 1-dən 3-4 dəfəyədək balalayır.
Psilostomum ondatrae
Psilostomum ondatrae (lat. Psilostomum ondatrae) — heyvanlar aləminin yastı qurdlar tipinin trematodlar sinfinin plagiorxidlər dəstəsinin psilostomatidlər fəsiləsinin psilostomum cinsinə aid heyvan növü. bədənin uzunluğu 1,29-1,57 mm, eni isə (yumurtalıqların nahiyyəsində) 0,504-0,5824 mm-dir. Tam dairə şəklində olmayan ağız əmziyi 0,163-0,168x0,157 mm ölçülüdür. Farinks 0,062-0,056 mm-ə bərabərdir. Birinci toxumluğun ölçüsü 0,203-0,236x0,426-0,381 mm, ikincininki 0,235-0,258x0,392-0,381 mm-dir. Cinsi bursa oval şəkildədir və onun oturacağı oval şəkillidir və onun oturacağı qarın əmziyinin mərkəzində durur. Qısa balalıq qrın əmziyi ilə birinci toxumluğun arasında yerləşir. Yumurtalar oval şəkilli olub, 0,084-0,090x0,056 mm ölçüyə malikdir. Azsaylı endem növdür.
Ondara
Ondara (isp. Ondara) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 10,41 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6570 nəfərə çatmışdır.
Ondetia
Ondetia (lat. Ondetia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Ondetia linearis Benth.
Onaqra
Yağıotu (lat. Epilobium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinə aid bitki cinsi.
Ondetia linearis
Ondetia (lat. Ondetia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Ondetia linearis Benth.
Banksia undata
Dryandra praemorsa (lat. Dryandra praemorsa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Quercus undata
Quercus undata (lat. Quercus undata) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Tüklü onaqra
Namihey Odayra
Namihey Odayra (小平浪平, Odayra Namihey, 15 yanvar 1874, İenaka[d], Toçiqi prefekturası – 5 oktyabr 1951, Tokio) – Yaponiya biznesmeni. 1910-cu ildə "Hitachi" şirkətini təsis etmişdir. == Həyatı == 1874-cü ildə Yaponiyanın Toçiqi prefekturasında yerləşən İenaka kəndində doğulmuşdur. Elektrik mühəndisi olmağa qərar vermiş və Tokio Universitetindən məzun olmuşdur. "Tokyo Dento" şirkətində işlədikdən sonra 1906-cı ildə "Kuhara Koqyoşo" şirkətinin Hitaçi mədənində yerləşən təmir dükkanında işləməyə başlamış, beş at gücünə malik induksiya motoru hazırlamışdır. Bu, yapon bir şəxs tərəfindən dizayn edilmiş və hazırlanmış ilk belə motordur. Motor 2023-cü ildə əhəmiyyətli mədəni mülk statusu almışdır. Odayra mədənçilik əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə elektrik avadanlıqlarının istehsalına başlamışdır. 1910-cu ildə "ali, orijinal texnologiyalar və məhsullarla cəmiyyətə töhfələr vermək" üçün mədənin təmir bölməsi əsasında "Hitachi" şirkətini təsis etmişdir. 1929–1947-ci illərdə şirkətin prezidenti olmuş, şirkəti Yaponiyanın aparıcı elektrik avadanlıqları şirkətlərindən birinə çevirmişdir.
Sent-Ondra
Sent-Ondra (fr. Saint-Ondras) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38194. Kommunanın 1999-cu il üçün əhalisi 496 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir. 2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir.
Konqar-ool Ondar
Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 1962 – 25 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı. Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi. == Həyatı == Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir. Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi.
Undara Vulkanik Milli Parkı
Undara Vulkanik Milli Parkı (ing. Undara Volcanic National Park) — Avstraliyanın Şimali Qvinslend bölgəsində yerləşən, vulkan tunelləri və qiymətli xammalı ilə məşhur milli park. Milli park ay daşı, topaz, peridot, qızıl, qranat, beril, kvars ilə zəngindir. Milli parkda dünyanın ən uzun lava tunelləri yerləşir. Milli parka ən yaxın şəhərlər Taunsvill, Mount Suprayz və Kernsdir. Milli park Makbrayd vulkanik rayonunda yerləşdiyindən burada 164 vulkan, konus və krater vardır. Lava tunelləri uzunluğuna görə dünyada birincidir. "Undara" sözü aborigen mənşəli söz olub "uzun yol" deməkdir. Bu ərazilərdə vulkanik aktivlik 190.000 milyon il əvvəl baş vermişdir. 55 km2 sahini örtən 23 milyon m3 lava yer üzünə püskürmüşdür.