Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Onurğasızlar
Invertebrata (lat. Invertebrata) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. Termin olaraq, Jan-Batist Lamark tərəfindən irəli sürülmüş və bu ad bütün həşəratları və qurdları özündə birləşdirir. Onurğasızların əksi isə Onurğalılardır (lat. Vertebrata) ki, bu qrupa bütün Balıqlar, Quşlar və Məməlilər daxildir. Bu gün ki dünyamızda yeni sistematikada onurğasızlar tam hüquqlu takson hesab edilmir. Səbəb isə bu taksonun sanki bir elmi töküntü taksonu görünüşü yaradırdı. Bura bütün onurğasız heyvanlar daxil edilmişdi. Buna baxmayaraq onurğasızlar termini alim-zooloqlar arasında öz əhəmiyyətini itirməmişdir. Hal-hazırda onurğasızlarla bağlı çoxlu sayda zooloji kafedralar və departamentlər (ing.
Onurğalı heyvanlar
Onurğalılar (lat. Vertebrata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi. Onurğalılar növlərinə görə onurğasızlardan xeyli azdır (45000 növ), lakin müasir biosferin həyatındakı roluna, adətən biosenozlarda qidalanma zəncirini tamamladığına görə onlardan üstündür. Kələlilərə dəyirmiağızlılar, qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər daxildir. Onurğalı heyvanlar torpaqəmələgəlmə prosesində fəal iştirak edirlər. Bunlar arasında gəmiricilərin xüsusi çəkisi daha böyükdür. Bütün gəmiricilər torpaq qatında yuvalar qazır. Bu zaman səthə külli miqdarda qarışdırılmış torpaq atılır. Gəmiricilərdən bəziləri torpaqda "köstəbək yolları" adlanan yollar qazır. Bozqır rayonlarda yer siçanları torpağın aşağı və yuxarı qatlarını o qədər qarışdırır və ya torpağın səthinə o qədər torpaq atırlar ki, səthdə bozqırlar üçün səciyyəvi olan mikrorelyef yaranır.