Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epine-Şamplatrö
Epine-Şamplatrö (fr. Épinay-Champlâtreux) — Fransada bələdiyyə, İl-de-Frans regionunda yerləşir, Val-d'Uaz departamentinə aiddir, Sarsel rayonu Lüzarş kantonunun tərkib hissəsi sayılır. Əhalisi 75 nəfərdır (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimalında, Serji bələdiyyəsinin 27 km şərqində yerləşir.
Chris Pine
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Dopinq
XX əsrin əvvəllərindən fiziki işgörmə qabiliyyətini yuksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə olıınmağa başlamışdır. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar - dopinq adlanan maddələr aiddir. Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması (xüsusilə də hormonal preparatların) orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır: - ürək-damar; - daxili sekresiya (xüsusilə də vezilərin atrofiyası) və hipofızin funksiyalarına təsir edir, doğuş funksiyasının pozulması, qadınlarda ikincili kişi cinsiyyətinin (virilizasiya) meydana gəlməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya) və s. kimi hallar baş verir; - qara ciyərin serrozuna, sətəlcəm və hepatit (sarılığın) yaranmasına səbəb olur; - immun sistemin zəiflənməsinə, tez-tez soyuqdəyməyə, viruslarla xəstələnməyə səbəb olur; - sinir sisteminin psixoloji pozğunluqları (aqressivlik, depressiya, yuxusuzluq); - borulu sümüklerin böyüməsinin dayanması (inkışafda olan orqanizmlər üçün daha təhlükəlidir) və s; Dopinqlərin qəbulundan sonra pozğunluq dərhal baş vermir. Pozğunluq 10-20 il ötdükdən sonra, bəzən də oyunçunun nəslində özünü büruzə verə bilər. Ona görə də 1967-ci ildə BOK xüsusi tibbi komissiya yaradaraq, idmanda qəbul oluna biləcək zərərli preparatların adlarını tərtib etmiş, dopinq əleyhinə yoxlamaların aparılmasını təşkil edir və bütün beynəlxalq yarışlarda həyata keçirir. Hər bir idmançı, məşqçi, həkim qəbulu qadağan olunmuş preparatları bilməlidir. == Dopinqlərin təsnifatı == İdmanda işgörmə qabiliyyətinin yüksəldilməsi üçün istifadə olunan vasitələrə aiddir: dopinqlər, dopinq metodları, psixoloji metodlar, mexaniki amillər, istifadə olunması məhdudlaşdırılan farmakoloji vasitələr, qida əlavələri və maddələr.
Lpina
Lpina — Çolanın şimal-qərbində Çola ilə Şəki arasında yerləşən Qafqaz Albaniyasının əyaləti. Həmin ərazidə qafqaz albanları, lpinlər, leqlər və başqa etnik qruplar yaşayırdı. Əyalətin adı yunanca lupen, ermənicə lpin adlandırılmış etnik qrupun adından götürülmüşdür. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun "Albaniya, Lpina və Çola" adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin - Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı. Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni - Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür, elə bu, Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”. Lpina VI-VII əsrlərdə türkdilli köçərilərin yürüşləri ilə əlaqədar basqınlara məruz qalmışdır.
Obione
Sirkən (lat. Atriplex) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Atriplex amnicola Atriplex argentea Atriplex bunburyana Atriplex californica Atriplex canescens Mərkəzi Asiya sirkəni (Atriplex centralasiatica Iljin) Atriplex cinerea Atriplex confertifolia Atriplex cordulata Atriplex coronata Atriplex coulteri Atriplex depressa Atriplex elegans Yabanı sirkən (Atriplex fera (L.) Bunge) Atriplex fruticulosa Şoranlıq sirkəni (Atriplex halimus L.) Atriplex hortensis Atriplex hymenelytra Atriplex joaquiniana Atriplex lentiformis Atriplex leucophylla Atriplex lindleyi Atriplex littoralis Atriplex nummularia Atriplex pacifica Atriplex paludosa Atriplex paludosa subsp. baudinii Atriplex parishii Atriplex parryi Atriplex patula Atriplex phyllostegia Atriplex plebeja Atriplex polycarpa Atriplex pusilla Atriplex rosea Atriplex semibaccata Atriplex serenana Atriplex spinifera Atriplex suberecta Atriplex subspicata Atriplex truncata Atriplex tularensis Atriplex vesicaria Atriplex vesicaria subsp. variabilis Atriplex watsonii == Sinonimləri == Armola (Kirschl.) Montandon Blackiella Aellen Halimus Wallr. Haloxanthium Ulbr. Morrisiella Aellen Neopreissia Ulbr. Obione Gaertn. Pachypharynx Aellen Senniella Aellen Theleophyton (Hook.f.) Moq.
Oponi
Oponi (q.yun. Οπώνη) — Afrika buynuzunda qədim Somali şəhəri. Şəhər əsasən qədim misirlilər, romalılar, yunanlar, bizanslılar, farslar və hindistanlılarla ticarət etməsiylə tanınır. Arxeoloji tapıntılara əsasən, tarixi liman şəhərinin müasir Somalinin şimal-şərqində yerləşən Hafun şəhəri olduğunu əsaslanmışdır. Güman edilir ki, bu liman şəhəri Qədim Misirin Punt torpağı adlandırdığı ərazidir. Puntlular qədim misirlilərlə Qədim padşahlıq, Orta padşahlıq və Yeni padşahlıq dövrlərində ticarət edirdilər. == Tarixi == Oponidəki qəbilərdə tapılan dulusçuluq nümunələri e.ə. XVI–XI əsrlərdə çiçəklənən Yunanıstanın Mikena krallığı dövrünə təsadüf edir. Şəhərin əsas fəallığı e.ə. I əsrə və III–V əsrlərə təsadüf edir.
Pointe
Puant, Pointe (от fr. la pointe — ucluq, bəzən; paya və ya dəbilqə) — baletdə rəqqasələrin ayaq geyimi. Paunt iki məna daşıyır: Puant ayaq barmağın uc hissəsinə deyilir. Puantla rəqs etmək — pəncə deyil məhz baş barmaqlar - puantlar üzərində rəqs etmək deməkdir. Bu rəqs sistemi baletdə XIX əsrin əvvəllərində tətbiqini taparaq onun vacib elementinə çevrilmişdir. Puanlar üzərində rəqsi ancaq qadın balet sənətçiləri ifa edirlər. Puantlar balerinaların rəqs edərkən geymiş olduqları xüsusi balet çəkmələrinin adıdır.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). == Variantları == Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Udine
Udine — İtaliyanın Friuli-Venesiya-Culiya regionunda şəhər.
Şpinel
Şpinel — mineral, alümoşpinellər qrupu MgAl2O4. Şpinel qrupun başqa mineralları (hersinit, qanit və qalaksit) izomorf sıralar əmələ gətirir. Al qismən Fe3+, Cr3+, Mn3+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik, rombododekaedrik. İkiləşmə {111} şpinel qanunu üzrə, bəzən polisintetik, nadir hallarda {211} üzrə. Ayrılma {111} üzrə qeyri-mükəm­məl. Aqreqat: dənəvər, tək-tək dənələr. Rəngi müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara, rəngsiz. Cizgisi ağ.
Dofine
Dofine (fr. Dauphiné Fransızca tələffüz: [dofine]) — Fransanın cənub-şərqində yerləşən tarixi bölgə. Fransa dofeni titulu Dofine bölgəsindən meydana gəlmişdir. İlk dəfə 1349-cu ildə bölgənin şahzadəsi V Şarla verilmişdir. Şarl hökmdar olduqdan sonra həmin regionu və titulu ən böyük oğluna ötürmüşdür. Beləliklə, bu titul "taxta ən yaxın prens və ya prenses" mənasında, yəni "vəliəhd" mənasında işlənmişdir.
Online
Kompüter texnologiyası və telekommunikasiyada onlayn bağlantının vəziyyətini, oflayn isə bağlantının kəsilmiş olduğunu göstərir. Müasir terminologiyada bu adətən internet bağlantısını nəzərdə tutur, lakin daha böyük sistemə qoşulmuş hər hansı avadanlıq və ya funksional bölməyə də aid edilə bilər. Onlayn olmaq avadanlıq və ya alt sistem qoşulmuşdur və ya istifadəyə hazırdır deməkdir. "Onlayn" yerinə yetirilən fəaliyyətləri və internetdə mövcud olan məlumatları təsvir etmək üçün istifadə olunur, məsələn: "onlayn şəxsiyyət", "onlayn yırtıcı", "onlayn qumar", "onlayn oyun", "onlayn alış-veriş", "onlayn bankçılıq", və "onlayn öyrənmə". Oxşar məna "kiberfəza", "kibercinayət", "e-poçt", "e-ticarət" sözlərində olduğu kimi "kiber" və "e" prefiksləri ilə də verilir. Bunun əksinə olaraq, "oflayn" ya internetdən ayrılmış halda yerinə yetirilən fəaliyyətlərə, ya da internet fəaliyyəti alternativlərinə aid ola bilər. "Oflayn" termini bəzən "real həyatda" mənasını verən "IRL" abreviaturu ilə əvəz olunur. == Tarixi == XIX əsrdə onlayn (on-line) termini həm dəmiryolu, həm də teleqraf sənayesində geniş istifadə olunurdu. Dəmiryolları üçün siqnal qutusu teleqraf xətti (kabel) vasitəsilə xəttin (yolun) aşağısına yolun vəziyyəti, yəni xəttdə qatarın olub-olmaması barədə mesajlar göndərirdi. Teleqraf xətti işçiləri cərəyanı göndərməyə "xətt üzrə birbaşa" və ya "xətt üzrə batareya" deyirdilər.
Opium
Opium — ABŞ repçisi Playboi Carti tərəfindən yaradılmış səsyazma leyblı və reklam agentliyi. Leyblın hazırkı sənətçiləri arasında Playboi Carti, Ken Carson, Destroy Lonely və hip-hop dueti Homixide Gang var. Leybla həmçinin Playboi Carti-nin ikinci albomu olan “Whole Lotta Red”-in yaradılmasında kömək edən prodüserlər KP Beatz, F1lthy və Art Dealer daxildir. Opium kollektivi tünd, gur və avanqard səsə malikdir. Onların musiqiləri 70–80-ci illərin pank rok musiqisinə bənzər “rage beat” ritmləri ilə xarakterizə olunur. Onlar eksperimental səsi ilə tipik trap hip hop janrından fərqlənirlər, bu sayədə geniş pərəstişkar kütləsi yığmağı bacarıblar.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Aline Reiç
Aline Reiç (6 sentyabr 1974) — Meksikanı təmsil edən bədii üzgüçü. == Karyerası == Aline Reiç Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirdə Aline Reiç 8-ci pillənin sahibi olub.
Alpine Hotel
Alpine Hotel — 1914-cü ildə Britaniyanın çay plantatorların evi kimi tikilmiş və Şri-Lankada yerləşən mehmanxanadır. Sonralar ziyarətçilər üçün otaqları icarəyə götürən Dodampa Qamace ailəsi tərəfindən alınmışdır. Hal-hazırda otel köhnə müstəmləkə gözəlliyini və onun arxitekturasını, keçmiş Britaniya Dövrünün neçə-neçə davamlı dəlillərini özündə saxlayır. Oteldə 30 nömrə, restoran, bilyard zalı, bar və iki istirahət zalı və kofe mağazası fəaliyyət göstərir. 2006-ci ildə Alpine Mehmanxanası böyük miqyasda xidmət sahəsinin olmasına görə Mərkəzi Əyalətdə ən yaxşı yerinə yetirən antropometriya olan "Star Mükafatı"na layiq görülmüşdür. == Yerləşməsi == Otel Nuvara Eliya Cıdır Kompleksinin önündə duran və Badulla istiqamətində yerləşən Magistral Yolda olan oteldir. Otel Nuvara Eliya şəhərindən kilometrlərlə uzaqda yerləşmişdir.
Alyona Apina
Alyona Apina (Еле́на Евге́ньевна А́пина; qızlıq familiyası — Levoçkina; 23 avqust 1964, Saratov) — Sovet və rus müğənnisi, aktrisa, bəstəkar, Rusiya Federasiyasının əməkdar artisti (2002) == Həyatı == Alyona 1964-cü il 23 Avqust tarixində Saratov şəhərində doğulub. 5 yaşı olanda valideynləri onu lokal musiqi məktəbinə qoydular. O, musiqi məktəbini uğurla bitirdikdən sonra musiqi kollecinə daxil olub. Musiqi kollecindən sonra Saratov Dövlət Konservatoriyasında təhsilinə davam edib. == Fəaliyyəti == Konservatoriyada oxuyarkən Alyona bir dostu tərəfindən bir qrupda müğənni olaraq əlavə pul qazanmaq üçün yay tətilinə dəvət edilir və 1988-1991-ci illərdə Rusiya qadın qrupu Kombinaciya-nın aparıcı müğənnisi olur. Qrupun populyarlığı 1989-1993-cü illər arasında "Rus Qızları", "Amerikan oğlan", "Mühasib" (Бухгалтер) və "İki Dilim Sosis" (Два кусочека колбаски) kimi məşhur hitləri ilə zirvəyə çatdı. 1991-ci ildə Alyona Apina solo ifaçı kimi uğurlu karyerasını davam etdirmək üçün qrupdan ayrıldı. İlk solo mahnısı "Xenia" dərhal hit oldu. 1992-ci ildə ilk solo albomu 'Street of love' nı çıxardı, lakin ikinci albomu "Səhərə qədər rəqs et" ən uğurlu hesab olunur. Bu albomdakı səkkiz mahnının hamısı bütün Rusların tanıdığı və oxuduğu populyar hit oldu.
Centaurea ovina
Səpələng güləvər (lat. Centaurea diffusa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == Acosta diffusa (Lam.) Soják Acrolophus diffusus (Lam.) Á.Löve & D.Löve Centaurea ammophila Besser ex DC. Centaurea microcalathina A.O.Tarassov Centaurea myriocephala E.D.Clarke Centaurea myriocephala var. myriocephala Centaurea ovina Pall. ex Steud. Centaurea parviflora M.Bieb. [Illegitimate] Centaurea parviflora Sibth. & Sm. non Lam. Centaurea parviflora auct.
Dengeki Online
Dengeki PlayStation (電撃 PlayStation) — Yaponiya videooyun publikasiyası. "ASCII Media Works" tərəfindən nəşr olunurdu. Əsasən "PlayStation" markası ilə bağlı məlumatları dərc edirdi. "Dengeki" ilk olaraq 1994-cü ildə jurnal kimi təsis edilmişdir. Buna baxmayaraq, 2020-ci ildə jurnalın buraxılışı dayandırmış və publikasiya "Dengeki Online" adı ilə rəqəmsal fəaliyyətə keçid etmişdir. == Tarixi == Jurnal ilk dəfə 1994-cü ilin dekabrında "Dengeki G's Magazine"in xüsusi buraxılışı kimi satışa çıxarılmışdır. Jurnalın nəşri 28 mart 2020-ci il tarixində buraxılan 686 nömrəsində dayandırılmışdır. Qərar "jurnallar kimi medianı əhatə edən, həmçinin videooyunlar haqqında məlumatların çatdırılmasında dəyişikliklər" səbəbindən qəbul edilmişdir. Publikasiya hələ də "Dengeki Online" veb-saytı vasitəsilə rəqəmsal olaraq fəaliyyətini davam etdirir.
Emine Önasya
Emine Önasya (türk. Emine Semiye Önasya 28 mart 1866, Konstantinopol – 1944, İstanbul) — Türk əsilli yazıçı və ilk feministlərdən biri. == Bioqrafiya == 28 mart 1866-cı ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın ikinci qızı və yazıçı Aliye Fatmanın bacısı idi. Emine Seminin anası Advie Rəbiyə xanım idi. Emine Semiye yeddi il Fransa və İsveçrədə psixologiya və sosiologiyanı öyrənir. Osmanlı İmperiyasının Avropada təhsil almış ilk müsəlman qadınlarından biri olur. 1882-ci ildən etibarən Emine Semiye İstanbulda, digər şəhərlərdə türk dili və ədəbiyyatından dərs deyir. Qızlar üçün bir məktəbdə müfəttiş və Şişli Eftal xəstəxanasında tibb bacısı işləmişdir. "Mütalaa" və "Hanımlara Mahsus Gazete" qəzetlərində dərc olunan təhsil və siyasətlə bağlı məqalələr yazır.
Knight Online
Knight Online — MGame Corporation tərəfindən istehsal olunan MMORPG oyunudur.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Odin
Odin və ya Votan (q.skan. Óðinn) — German-skandinav mifologiyasında baş tanrı. Valhallanın sahibi. German mifologiyasındakı "Woden" və "Wodanaz" ilə bənzərlikləri vardır. Adı "təhrik", "hiddət" və "şeir" mənasını verən "óðr"dan gəlir. Skandinaviya panteonundakı digər bir çox ilahi varlıq kimi mürəkkəb bir rola malikdir; döyüş və müdriklik tanrısıdır. Bundan əlavə, cadu, zəfər və ov tanrısı kimi də tanınır. Günəş və kelt xaçı ilə simvolizə edilir. == Tanrıların atası == Tanrıların atası (Allfather — Hər kəsin atası); Asqarddakı sarayı "Valaskjalf"da (qətlə yetirilmişlərin sığınacağı) "Hlidskjalf" (taxtı) yerləşir. Bu taxtdan doqquz diyarda baş verən bütün hadisələri izləyir.
Orne
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Əminə
Əminə (ərəb. أمينة‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Binə
Binə (dağ) — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.