Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sword Art Online: Ordinal Scale
Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası‎) – abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır. == Məzmun == 2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.
Orjinal
Orijinal (lat. originalis - ilkin) — ilkin, saxta olmayan. Orijinal – (lat. originalist (originalis)) – ən birinci, əvvəlinci, ilk, birinci, ilkin; Dərc edilmək üçün təqdim olunan elanın və ya başqa materialın əsli; Əsl, öz kökünun əsasında olan; 3)Özünəməxsus, özümlü; Hər hansı bir əsərin əlyazması, əsli (tərcümə, surət və s. fərqli olaraq), birinci, əsas nüsxəsi: ilk variantı; Beynəlxalq ticarət əqdlərində sənədin, müqavilənin birinci nüsxəsindəki möhür, ştamp; Özünəməxsus davranışlı, qəribə adam. == Həmçinin bax == Əlyazma == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kardinal
Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsiː Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasında seçilir. Kardinal geyimləri == İstinadlar == Viktor Hüqo — Paris Notr-Dam Kilsəsi, s 9.
Ordahal
Ordahal — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 313 nəfərdir. == Toponimiyası == Kəndin keçmiş adı Ərəkit olmuşdur. Türk dillərində ərəkit (araqut) “açıq meydan, dayanacaq yeri” mənalarında işlənir. Tədqiqatçılara görə, Ordahal oykonimi talış dilindəki ordalürdü (qamış, qarğı) və hal (təpə) sözlərindən düzəlib, “qamışlı təpə, qarğı bitən təpə” mənasındadır. Oyokonimin Ordaha variantı da işlənməkdədir.
Ordino
Ordino (Andorra) — Andorrada yerləşən şəhərlərdən biridir. Ordino (Rusiya) — Rusiyada yaşayış məntəqəsi. Ordino (futbol klubu) — futbol klubu.
Boz kardinal
Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — "pərdə arxasında" qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçi. == Etimologiya == XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdır. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyönü dəvət edir. O tez bir zamanda kral hakimiyyətini gücləndirərək ölkənin inkişafına başlamasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. Kardinal əslində dini bir vəzifə idi-kardinallar katolik kilsəsində Roma papasından sonra ən yüksək vəzifəli şəxslərdir. Roma papasını məhz onlar seçirlər. XIII əsrdən onlara qırmızı papaq və qırmızı geyim geyinmək göstərişi verilmişdir. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi. Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyöyə "qırmızı kardinal" adı verilmişdir.
Kardinal (dəqiqləşdirmə)
Kardinal (quş) — Kardinal (rəng) — Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsi.
Kardinal (quş)
Kardinal (rəng)
Kardinal — rəng çaları. == Ədəbiyyat == The color displayed in the color box above matches the color called cardinal in the 1930 book by Maerz and Paul A Dictionary of Color New York:1930 McGraw-Hill; the color cardinal is displayed on page 33, Plate 5, Color Sample L5.
Kardinal Rişelye
Arman-Jan dyu Plessi de Rişelye (fr. Armand-Jean du Plessis, duc de Richelieu; 9 sentyabr 1585 — 4 dekabr 1642) — Fransa dövlət xadimi, 1624-cü ildən ömrünün sonunadək Fransanın faktiki rəhbəri, Generalissimus. Tarixə "Qırmızı Kardinal" ləqəbi ilə düşmüşdür. == Həyatı və fəaliyyəti == 1585-ci il sentyabrın 9-da Parisdə Puatu əyalətinin Rişelye qəsrində kasıblaşmış zadəgan ailəsində anadan olmuşdur. Onun atası Fransua dyu Plessi Fransada III Henrixin dövründə baş prevo – məhkəmə məmuru olmuşdur, anası Süzanna de la Port Paris parlamentinin vəkilinin ailəsində anadan olub. Ailənin kiçik oğlu olan Arman-Jan markiz dyu Şillunin titulunun varisi kimi 1594-cü ildə Navarr kollecinə daxil olur və hərbçi təhsili alır. 1516-cı ildə III Henrix tərəfindən Plessiyə bağışlanmış La-Roşelye yeparxiyasında dini vəzifə ailənin yeganə gəlir mənbəyi idi.Ailənin ortancıl oğlu monastıra getdiyindən Rişelye ailəsi bu vəzifəyə gənc Armanın təyin olunmasına çalışır. Arman gənc olduğu üçün bu rütbəyə onu Roma Papası V Pavel təsdiq etməli idi. Gənc abbatı qəbul edərkən onun fitri istedadını və hazırlığını görən V Pavel onu bu vəzifəyə 22 yaşında təsdiq etdi. Yepiskop rütbəsi ona kral sarayı mühütünə daxil olmağa imkan verdi.
Kardinal tetra
Paracheirodon axelrodi (lat. Paracheirodon axelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Qırmızı neon və ya kardinal tetra ( lat.Paracheirodon axelrodi ) — xarasinkimilər fəsiləsinin tropik şirin suda yaşayan şüalı balıq növüdür. Ən məşhur və gözəl akvarium balıqlarından biridir. Adını amerikalı ixtioloq Herbert R. Axelrodun şərəfinə almışdır. == Təsviri == Dişilər erkəklərə nisbətən daha iri olub uzunluğu 5 sm-ə, erkəklərin uzunluğu isə 2,5-3,0 sm-ə qədərdir. Belləri zeytuni-bej rəngdədir. Gözlərindən yağ üzgəcinə qədər neon kimi parıldayan parlaq mavi zolaq var, bu zolağın altında isə enli qırmızı zolaq yerləşir. Qarınları ağımtıldır. Dişilər erkəklərdən daha dolğundur və anal üzgəclərinin kənarı daha qabarıqdır.
Kardinal ədəd
Kardinal ədəd — çoxluqlar nəzəriyyəsinin mühüm anlayışıdır. Kardinal ədəd çoxluğu onun elementləri ehtiyatı baxımından xarakterizə edir. Kardinal ədəd çoxluğun elementləri sayı anlayışının sonsuz çoxluqlar üçün ümumiləşməsidir. Bu cür ümumiləşdirmənin maraqlı cəhəti odur ki, eyni bir sonsuz çoxluğu tamamilə müxtəlif cür nizamlamaq olar və bununla əlaqədar Kardinal ədəd transfinit, yəni nizamı müəyyən edən ədəddən kəskin fərqlənir. Sonlu çoxluqlar üçün kardinal ədəd transfinit ədədlərlə eynidir və çoxluğun elementləri sayı ilə üst-üstə düşür. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Orbital dövr
Orbital dövr — bir göy cisminin xarici ağırlıq mərkəzi və ya başqa bir göy cismi ilə ümumi olan bir kütlə mərkəzi ətrafında orbitdə tam bir inqilab etdiyi vaxtdır. Göy mexanikasının öyrənilməsi mövzusudur. Orbital dövr göy cisminin ölçüsündən asılı deyil. Kiçik bir təbii ədədə bərabər olan iki (və ya daha çox) göy cisminin orbital dövrlərinin nisbəti orbital rezonansa səbəb olur və cismin orbital dövrünün və onun oxu ətrafında fırlanma dövrünün belə bir nisbəti ilə — spin-orbitala. rezonans. Günəş sistemindəki toz hissəciklərinin orbital dövrü Poyntinq-Robertson effektinə görə azala bilər. == Formula Xülasəsi == Keplerin üçüncü qanununa görə, dairəvi və ya elliptik orbitdə bir-birinin ətrafında fırlanan iki cismin orbital dövrü T (saniyələrlə) T = 2 π a 3 μ {\displaystyle T=2\pi {\sqrt {\frac {a^{3}}{\mu }}}} a — orbitin yarım əsas oxudur μ = GM standart qravitasiya parametridir G — qravitasiya sabitidir M — daha böyük cismin kütləsidir. Eyni yarım böyük oxa malik bütün elliptik orbitlər üçün ekssentriklikdən asılı olmayaraq, inqilab dövrü eynidir. μ = GM standart qravitasiya parametridir Əksinə, verilmiş orbital dövrə malik olmaq üçün cismin fırlanmalı olduğu məsafəni hesablamaq üçün formula belədir: a = G M T 2 4 π 2 3 {\displaystyle a={\sqrt[{3}]{\frac {GMT^{2}}{4\pi ^{2}}}}} Məsələn, 100 kq bədən kütləsi ilə hər 24 saatda bir hərəkəti başa çatdırmaq üçün kiçik bir cisim öz kütlə mərkəzindən 1,08 metr məsafədə fırlanmalıdır. Nisbətən kiçik bir cisim dairəvi bir orbitdə hərəkət etdikdə və kütlə mərkəzinin sıxlığından asılı olduqda — p (kq / m³), ​​yuxarıdakı tənlik sadələşdirilir: T = 3 π G ρ {\displaystyle T={\sqrt {\frac {3\pi }{G\rho }}}} .
Orbital lift
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir. Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.
Orbital rəsədxana
Orbital rəsədxana — yerin xəyali hərəkət orbitində yerləşən rəsədxana. Bu rəsədxanaların yaradılmasında məqsəd aparılan astronomik tədqiqatların daha da dəqiqləşdirilməsidir. Bir çox dalğa tezlikləri yerin maqnitosferi tərəfindən bloklanır. Bu dalğa tezliklərinin analizi üçün orbital rəsədxanalardan istifadə olunur. Bugünkü gündə ən uğurlu layihələndirilən və faydalı olan orbital rəsədxanalar və onların teleskopları bunlardır: Astron Habbl Radiodiapazonda aparılan müşahidələr tamamilə yeni tip obyektlərin — kvazarlar, pulsarlar, on minlərlə yeni rentgen və radioşüalanma mənbələrinin kəşfinə gətirdi.
Orijinal-maket
Orijinal-maket (camera-ready)– nəşriyyat sistemlərində sənədin hazırlanmasının elə mərhələsidir ki, onda bütün mətbəə elementləri, qrafik görüntülər öz yerlərində olur və çap xidmətinə verilə bilər. Çap xidməti orijinal-marketin fotoşəklini çəkir və bu fotoşəkillərdən çap formalarının hazırlanmasında istifadə edir. Bəzi səhifə bağlama proqramları elementləri əl ilə düzməklə və quraşdırmamaqla sənədi icra edilməyə tam hazır vəziyyətə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yoan Kardinal
Yoan Kardinal (27 mart 1994-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Nitsa === Kardinal Nitsa klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 18 oktyabr 2015-ci ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. == Karyera statistikası == === Klub === 30 Aprel 2017 tarixində yenilənib 1.^ Fransa Kuboku görüşləri daxildir. 2.^ Liqa Kuboku görüşləri daxildir. 3.^ UEFA Avropa Liqası görüşləri daxildir.
Orbital mexanika
Astrodinamika (q.yun.
Ordino (Andorra)
Ordino — Andorrada yerləşən şəhərlərdən biridir. Şəhər əhalisi 2005-ci il hesablamalarına görə 3309 (üç min üç yüz doqquz) nəfərdir.
Kardinal-infant Ferdinand
Kardinal-infant Ferdinand (isp. Fernando el Cardenal-infante) (16 may 1609[…], Eskorial – 9 noyabr 1641[…], Brüssel[d][…]) – İspaniya kralı III Filippin üçüncü oğlu. Roma-Katolik kilsəsinin kardinalı və Habsburq Niderlandiyasının naibi. == Mənbə == Van Nimwegen, Olaf: The Dutch Army and the Military Revolutions, 1588–1688. Woodbridge: The Boydell Press, 2010. ISBN 9781843835752 Hart, Marjolein: The Dutch Wars of Independence: Warfare and Commerce in the Netherlands 1570–1680. Oxon: Routledge, 2014. ISBN 9781317812548 Thion, Stéphane: French Armies of the Thirty Years' War. Auzielle: LRT Editions, 2008. ISBN 9782917747018 González de León, Fernando: The Road to Rocroi: Class, Culture and Command in the Spanish Army of Flanders, 1567–1659.
Kardinal-infant Lüdovik
Kardinal-infant Lüdovik (isp. Luis Antonio Jaime de Borbón y Farnesio) (25 iyul 1727, Madrid – 7 avqust 1785) – İspaniya kralı V Filippin oğlu, Roma-Katolik kilsəsinin kardinalı. == Mənbə == McWhirter, Ross, McFarlan, Donald, Boehm, David A., and McWhirter, Norris. 1989. 1990 Guinness Book of World Records. Sterling Pub. Co. p. 270. Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans (in French).
Orijinal video animasiya
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Odina Bayramova
Odina Əliyeva (bir müddət: Bayramova; 22 may 1990) — azərbaycanlı voleybolçu, Azərbaycan qadın milli voleybol komandasının kapitanı və Jakarta Elektrik PLN komandasının üzvü. Voleybol üzrə Azərbaycan Superliqasının 2015–2016-cı illər mövsümünün "ən yaxşı top qəbul edən"i, mövsümün final mərhələsinin isə "ən dəyərli oyunçusu" seçilib. 2016-cı ildə qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunları çərçivəsində, üzvü olduğu "Il Bisonte Firenze" və "Yamamay" klubları arasında keçirilən qarşılaşmanın "ən dəyərli oyunçu"su seçilib. Türkiyənin "Seramiksan" voleybol komandasına transferi zamanı, İtaliyanın "iVolleyMagazine" idman jurnalı onu, "Marko Bracçinin (komandanın məşqçisi) Il Bisonte Firenzesinin ən böyük qəhramanlarından biri" adlandırıb. Bütün zamanların, ən yaxşı 55733 nəfər qadın valeybolçuları arasında 812.85 xalla 1412-ci yerdə, 2023-cü ilin 18407 nəfər ən yaxşı qadın voleybolçuları arasında isə 40 xalla, 179-cu yerdədir. == Bioqrafiyası == Odina Əliyeva 22 may 1990-cı ildə Özbəkistanın Buxara vilayətinin, Navoy şəhərində doğulub. == Klub karyerası == === 2010. Şahdağ-Şirvan QVK === Odina Əliyeva peşəkar karyerasına 2010-cu ildə Şahdağ-Şirvan QVK ilə başlayıb. Həmin il, 2010–2011 mövsümündə Şahdağ-Şirvanla Voleybol üzrə Azərbaycan Superliqasında debüt edib. === 2010. ===
Odina Əliyeva
Odina Əliyeva (bir müddət: Bayramova; 22 may 1990) — azərbaycanlı voleybolçu, Azərbaycan qadın milli voleybol komandasının kapitanı və Jakarta Elektrik PLN komandasının üzvü. Voleybol üzrə Azərbaycan Superliqasının 2015–2016-cı illər mövsümünün "ən yaxşı top qəbul edən"i, mövsümün final mərhələsinin isə "ən dəyərli oyunçusu" seçilib. 2016-cı ildə qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunları çərçivəsində, üzvü olduğu "Il Bisonte Firenze" və "Yamamay" klubları arasında keçirilən qarşılaşmanın "ən dəyərli oyunçu"su seçilib. Türkiyənin "Seramiksan" voleybol komandasına transferi zamanı, İtaliyanın "iVolleyMagazine" idman jurnalı onu, "Marko Bracçinin (komandanın məşqçisi) Il Bisonte Firenzesinin ən böyük qəhramanlarından biri" adlandırıb. Bütün zamanların, ən yaxşı 55733 nəfər qadın valeybolçuları arasında 812.85 xalla 1412-ci yerdə, 2023-cü ilin 18407 nəfər ən yaxşı qadın voleybolçuları arasında isə 40 xalla, 179-cu yerdədir. == Bioqrafiyası == Odina Əliyeva 22 may 1990-cı ildə Özbəkistanın Buxara vilayətinin, Navoy şəhərində doğulub. == Klub karyerası == === 2010. Şahdağ-Şirvan QVK === Odina Əliyeva peşəkar karyerasına 2010-cu ildə Şahdağ-Şirvan QVK ilə başlayıb. Həmin il, 2010–2011 mövsümündə Şahdağ-Şirvanla Voleybol üzrə Azərbaycan Superliqasında debüt edib. === 2010. ===
Svetlana Rodina-Lünqkvist
Svetlana Rodina-Lünqkvist (isv. Svetlana Rodina-Ljungkvistt; 29 noyabr 1958, Rusiya) — Sovet və İsveç teatr və kino aktrisası. == Həyatı == Svetlana Rodina 1958-ci ildə Rusiyanın İvanovo şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra bir müddət İvanovo Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində oxumuş, lakin sonra teatr universitetinə daxil olmaq üçün Moskvaya getmişdir. 1975-ci ildə Moskva İncəsənət Teatr Məktəbini (V. Monyukovun kursu) bitirmişdir. 1975-ci ildən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının üzvüdür. Tələbə ikən Moskva İncəsənət Teatrında M. Qorkinin "Üç kök kişi" (Tomboy, V. N. Boqomolovun quruluşunda) və "Bizim borclarımız" (Yura, V. Monyukovun quruluşunda) pyeslərində aktrisa kimi kiçik rolları ifa edirdi. 1975–1989-cu illərdə — A. S. Puşkin adına Moskva Dram Teatrının aktrisası olub. 1982-ci ildə "Azərbaycanfilm" Kinostudiyasının dəvəti ilə İşgüzar səfər (film, 1982) filmində Toma obrazını canlandırır. 1990-cı ildə bir isveçli ilə tanış olur və evlənərək İsveçə köçür.